RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[05.10.2021]

İnstitutun əməkdaşları beynəlxalq forumda iştirak ediblər

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunun Təhsil şöbəsinin müdiri, fizika üzrə fəlsəfə doktoru Əminə Mikayılova və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Baba Əliyev “Təhsildə Yeni Çağırışlar” II Beynəlxalq Forumunda iştirak edib.

Azərbaycan Respublikası Təhsil İnstitutu və T-Network təhsil işçilərinin təcrübə və kommunikasiya Platformasının təşkilatçılığı, Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Gənc Müəllimlər Assosiasiyası, “Bir könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin təstəyi ilə baş tutan Forumun sonunda iştirakçılara sertifikatlar təqdim olunub.

Qeyd edək ki, “Təşəbbüsdən tətbiqə” başlığı altında keçirilən beynəlxalq forum virtual təhsil, beynəlxalq qiymətləndirmə, liderlik, 21-ci əsrin bacarıqları və davamlı inkişaf mövzularını əhatə edib.


 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.