RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[15.10.2021]

İnstitutda Elmi Şuranın növbəti iclası keçirilib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunun Elmi Şurasının növbəti iclası keçirilib.

İclasda giriş sözü ilə çıxış edən RPİ-nin Baş direktoru, AMEA-nın müxbir üzvü İslam Mustafayev Gündəlikdəki məsələləri iclas iştirakçılarının diqqətinə çatdırıb.

İclasda əvvəlcə İnstitutun Baş direktoru, AMEA-nın müxbir üzvü İslam Mustafayevin 70 illik yubileyi haqqında məsələyə baxılıb və Bölmələrin iclasında müzakirə olunması məqsədəuyğun hesab olunub.

Sonra Radiasiya Problemləri İnstitutunda 21-22 oktyabr 2021-ci il tarixlərində keçiriləcək “İşğaldan azad olunmuş ərazilərdə radioloji və kimyəvi risklər” mövzusunda Respublika Elmi-texniki Konfransı, İnstitut üzrə elmi tədqiqat işlərinin vəziyyəti və hesabatlara hazırlıq, əmək və icra intizamı, həmçinin 2021-2022-ci tədris ilində qəbul olunmuş magistrlərin elmi rəhbəri, mövzuları və fərdi iş planlarının təsdiqi haqqındakı məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Elmi Şuranın iclasında daha sonra RPİ-nin “Radiasiya tədqiqatları” jurnalının çapa hazırlanan yeni sayı üçün məqalə təminatı və bir sıra cari məsələlər müzakirə edilib.


 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.