RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[18.10.2021]

İnstitutda “Müstəqilliyimiz əbədidir, dönməzdir!” adlı tədbir keçirilib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunda 18 Oktyabr–“Müstəqilliyin Bərpası Günü”nə həsr olunmuş “Müstəqilliyimiz əbədidir, dönməzdir!” adlı tədbir keçirilib.

Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə giriş sözü ilə çıxış edən RPİ-nin Baş direktoru, AMEA-nın müxbir üzvü, professor İslam Mustafayev və İnstitutun İcraçı direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Rəvan Mehdiyeva Azərbaycanın Müstəqillik Günü və Müstəqilliyin Bərpası Günü, eləcə də dövlət müstəqilliyimizin bərpasında və möhkəmlənməsində ulu öndər Heydər Əliyevin xidmətləri barədə məlumat veriblər.

Bildirilib ki, bu il oktyabrın 15-də Azərbaycan Respublikasının Milli Məclisi Prezident İlham Əliyevin təşəbbüsü ilə “Müstəqillik Günü haqqında” yeni Qanunu təsdiqləyib və sözügedən Qanuna əsasən, mayın 28-i Müstəqillik Günü, oktyabrın 18-i isə Müstəqilliyin Bərpası Günü elan olundu.

Daha sonra tarix elmləri doktoru, Azərbaycan Tibb Universitetinin professoru Fəxrəddin Məmmədov çıxış edərək Azərbaycanın dövlətçilik tarixi, müstəqilliyimizin xronikası, Vətən müharibəsi və Zəfər Günü, həmçinin işğaldan azad edilmiş yurd yerlərimizdə aparılan hazırki quruculuq işləri haqqında geniş məlumat verib.

Çıxış tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.

Tədbirin sonunda “Müstəqilliyinin Bərpası Günü”nə həsr olunmuş videoçarx nümayiş olunub.


 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.