RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[18.10.2021]

Akademik Mahmud Kərimovun xatirəsi anılıb

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunun kollektivi Fəxri xiyabanda AMEA-nın sabiq prezidenti, akademik Mahmud Kərimovun anadan olmasının 73 illiyi münasibətilə görkəmli alimin məzarını ziyarət edib, qəbirüstü abidəsi önünə əklil və gül dəstələri qoyublar.

Qeyd edək ki, akademik Mahmud Kərimov 1973-cü ildə Azərbaycan EA Fizika İnstitutunda mühəndis kimi elmi fəaliyyətə başlayıb. 1974-1984-cü illərdə Radiasiya Tədqiqatları Sektorunda kiçik elmi işçidən laboratoriya rəhbəri vəzifəsinədək yüksəlib və 1984-cü ildən etibarən 17 il həmin sektorun direktoru olub.

2001-ci ildə AMEA-nın prezidenti seçilmiş Mahmud Kərimov ömrünün sonunadək (10 Fevral 2013) bu vəzifədə çalışıb.


 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.