RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[05.11.2021]

İnstitutun Baş direktorunun “8 Noyabr – Zəfər Günü” təbriki

8 noyabr

Hörmətli həmkarlar!

Biz xoşbəxtik ki, əzəli və əbədi yurd yerlərimizin düşmən tapdağından azad olunmasını, Vətənin ərazi bütövlüyünü müjdələyən 8 Noyabr – Zəfər Gününü milli birlik və həmrəylik içində qeyd edirik. Biz həm də xoşbəxt bir nəsilik ki, müstəqil Azərbaycanda yaşayırıq və bu sevincli, qələbə dolu günlərə, bayramlara şahidlik edirik.

Müzəffər Ali Baş Komandanımızın uğurlu siyasəti və rəşadətli Azərbaycan Silahlı Qüvvələrinin qəhrəmanlığı sayəsində qazanılan tarixi Zəfərin birinci ildönümü8 Noyabr – Zəfər Günü münasibətilə Sizi səmimi qəlbdən təbrik edir, ölkəmizin inkişafı naminə elmi fəaliyyətinizdə uğurlar arzulayıram.
Yaşasın Azərbaycan! Qarabağ Azərbaycandır!

 

 

İslam Mustafayev
Radiasiya Problemləri İnstitutunun Baş direktoru,
AMEA-nın müxbir üzvü, professor