RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[15.11.2021]

İnstitutun gənc alimi “Elmdə Zəfər mükafatı – 2021” müsabiqəsinin qalibi olub

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Radiasiya Problemləri İnstitutunun böyük elmi işçisi Elçin Hüseynov “Elmdə Zəfər mükafatı – 2021” müsabiqəsinin qalibi olub. Belə ki, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu (EİF), Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) və İslam Dünyası Elm, Təhsil və Mədəniyyət Təşkilatının (ICESCO) Dünya Elm Günü və 8 Noyabr - Zəfər Günü ilə əlaqədar təşkil etdiyi “Elmdə Zəfər mükafatı-2021” müsabiqəsinin nəticələrinə əsasən “Thermal stability and heat flux investigation of neutron-irradiated nanocrystalline silicon carbide (3C–SiC) using DSC spectroscopy” elmi işinə görə Elçin Hüseynov I yerə layiq görülüb.

Qeyd edək ki, sözügedən müsabiqəyə 2021-ci ilin oktyabr ayında start verilib. Müsabiqəyə daxil olan elmi işlərin ekspertizası oktyabrın 12-dən noyabrın 05-dək aparılıb. Ekspertlər daxil olan işlərinin yüksək elmi səviyyəsini qeyd ediblər.


 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.