RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[15.11.2021]

İnstitutda 2021-ci il üzrə hesabat iclasları keçirilir

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunda (RPİ) 2021-ci ildə aparılmış elmi-tədqiqat işlərinin yekunlarına dair laboratoriya və şöbələrin hesabat iclasları keçirilir.

Karantin qaydalarına əməl olunmaqla və müvafiq qrafik üzrə keçirilməsi nəzərdə tutulan iclasların birincisi bu gün baş tutub.

İclasda çıxış edən İnstitutun Baş direktoru, AMEA-nın müxbir üzvü, professor İslam Mustafayev iclas iştirakçılarını Gündəlikdəki cari məsələlərlə tanış edib. İ.Mustafayev həmçinin bildirib ki, hesabat ilində İnstitutun əməkdaşları COVİD-19 pandemiyası dövründə və karantin qaydaları da nəzərə alınmaqla, ümumilikdə səmərəli fəaliyyət göstəriblər.

Daha sonra laboratoriya və şöbələrin hesabatlarına başlanılıb.


 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.