RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[15.11.2021]

İnstitutda “Ən yaxşı məqalə” müsabiqəsinin qalibləri mükafatlandırılıb

Bu gün Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Radiasiya Problemləri İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının “8 Noyabr - Zəfər günü” münasibətilə RPİ-nin Həmkarlar Təşkilatı ilə birgə İnstitutun gəncləri arasında elan etdiyi “Ən yaxşı məqalə” müsabiqəsinin qalibləri mükafatlandırılıb.

Tədbirdə çıxış edən İnstitutun Baş direktoru, AMEA-nın müxbir üzvü, professor İslam Mustafayev qalibləri təbrik edib və gələcək elmi fəaliyyətlərində onlara uğurlar arzu edib.

Daha sonra İnstitutun Gənc Alim və Mütəxəssislər Şurasının sədri, fizika üzrə fəlsəfə doktoru Günel İmanova və İnstitutun Həmkarlar Təşkilatının sədri, fizika üzrə fəlsəfə doktoru Əminə Mikayılova çıxış edərək müsabiqənin əhəmiyyətindən danışıblar, eləcə də təqdim olunan elmi işlərin hər birinin dəyərli olduğunu vurğulayıblar.

Qeyd edək ki, sözügedən müsabiqənin nəticələrinə əsasən I yerə Səttar Məmmədzadə, II yerə Aydan Xalıqzadə, III yerə isə Qabil Allahverdiyev layiq görülüblər. Qaliblər diplom və pul mükafatı ilə təltif olunublar.

Bundan başqa müsabiqə iştirakçısı Asif Nəbiyev aktiv elmi fəaliyyətə görə diplomla, əlavə 5 müsabiqə iştirakçısı isə həvəsləndirici sertifikat ilə təltif olunublar.

Tədbirin sonunda müsabiqə iştirakçıları İnstitut rəhbərliyinə və təşkilatçılara belə bir müsabiqənin təşkilinə görə öz minnətdarlıqlarını bildiriblər.


 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.