RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[01.12.2021]

İnstitutda Elmi Şuranın növbəti iclası keçirilib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunun Elmi Şurasının növbəti iclası keçirilib.

İclasda giriş sözü ilə çıxış edən RPİ-nin Baş direktoru, AMEA-nın müxbir üzvü, professor İslam Mustafayev Gündəlikdəki məsələləri iclas iştirakçılarının diqqətinə çatdırıb.

İclasda əvvəlcə Azərbaycan Respublikası Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası üçün “Dissertasiya mövzularının reyestri” sisteminin istifadəyə verilməsi, həmçinin 2021-2025-ci illərdə aparılacaq beşillik elmi-tədqiqat işlərinin mövzu planının təsdiqi, 2022-ci il üçün AMEA-da aparılacaq elmi tədqiqat işlərinin planlaşdırılması və RPİ-nin strukturundakı dəyişiklik haqqında məsələlərə baxılıb.

Sonra İnstitutun 2021-ci il üçün hesabatı dinlənilib.

Daha sonra iclasda RPİ üzrə laboratoriya rəhbəri vəzifəsinə seçki müsabiqəsində iştirak edəcək iştirakçıların sənədlərinə baxış məqsədi ilə Müsabiqə komissiyasının yaradılması, RPİ-nin “Radiasiya tədqiqatları” və “Radiation researches” jurnalının çapa hazırlanan yeni sayı üçün məqalə təminatı və İnstitut üzrə əmək intizamı məsələləri ətrafında müzakirələr aparılıb.

İclasın sonunda İnstitut üzrə digər elmi-təşkilati məsələlərə baxılıb.

Qeyd edək ki, İnstitutun Elmi Şurasının iclasları COVİD-19 pandemiyası ilə mübarizə tədbirləri (sosial məsafə və tibbi maskalardan istifadə) diqqətə alınaraq keçirilir.


 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.