RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[01.12.2021]

Lütfi Zadənin 100 illiyi münasibəti ilə dövriyyəyə buraxılan poçt markası maraqla qarşılanıb

Lutfi Zadeh

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fəxri üzvü, Berkli Universitetinin ömürlük professoru, İnformasiya Texnologiyaları İnstitutunun “İnformasiya Cəmiyyəti Problemləri” və “İnformasiya Texnologiyaları Problemləri” junallarının Fəxri baş redaktoru, dünya şöhrətli elm xadimi Lütfi Zadənin 100 illik yubileyi münasibəti ilə “Azərmarka” MMC tərəfindən dövriyyəyə buraxılan poçt markası maraqla qarşılanıb.

Qeyd edək ki, “Azərbaycanlı alim, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi Lütfi Zadənin 100 illiyi” poçt markasının rəssamı Vüqar Əyyubovdur. Yüz min tirajla dövriyyəyə buraxılan bu poçt markası Belarus Respublikasının “Bobruisk Integrated Printing House” nəşriyyat evində çap olunub.

Xatırladaq ki, görkəmli elm xadimi Lütfi Zadənin 100 illik yubileyinə dair Tədbirlər planında dünya şöhrətli alimin adına xatirə lövhəsinin hazırlanması, həmçinin Bakı şəhərinin Nəsimi rayonunda yerləşən Texniki-humanitar liseyə adının verilməsi, “Azərbaycanlı alim, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi Lütfi Zadənin 100 illiyi” poçt markasının hazırlanması və digər mühüm tədbirlər yer alıb.

© frteb.science.gov.az