RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[09.12.2021]

İnstitutun alimi beynəlxalq seminarda iştirak edib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunun “Nizamsız bərk cisimlərin radiasiya fizikası” laboratoriyasının aparıcı elmi işçisi, fizika üzrə elmlər doktoru, dosent Mətanət Mehrabova beynəlxalq tədbirdə iştirak edib.

Belarusiyanın Minsk şəhərində onlayn keçirilən “Yüksək Texnologiyalara Yeni Yanaşmalar: Nano-Dizayn, Texnologiya, Kompüter Simulyasiyaları” adlı 19-cu Beynəlxalq Seminarda alimin “CdMnS yarımmaqnit yarimkeçiricilərinin elektron zona quruluşunun təməl prinsilərdən hesablanması” mövzusunda məruzəsi maraqla qarşılanıb.

Məruzədə ideal və defektli Cd1-xMnxS (x = 6,25%; 25%) yarımmaqnit yarımkeçiricilərin elektron zona quruluşu, hal sıxlığının təməl prinsiplərdən DFT nəzəriyyəsi çərçivəsində psevdopotensiallar metodu tədqiqi üzrə alınmış nəticələr müzakirə edilib.

Sonra iştirakçıları maraqlandıran suallar cavablandırılıb və gələcəkdə birgə iş təklifləri ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, Mətanət Mehrabova konqresin proqram komitəsinin üzvü seçilib və seminarda məruzə olunmuş iş Belarusiyanın “Doklady BGUIR” jurnalında dekabr ayında çap olunamaq üçün qəbul edilib.


 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.