RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[15.11.2013]

Alimlər BTC neft kəməri marşrutu üzrə ekspedisiyadan qayıtmışlar

Radiasiya Problemləri İnstitutunun laboratoriya rəhbəri, kimya elmləri doktoru, professor İslam Mustafayevin rəhbərliyi ilə İnstitutun bir qrup əməkdaşı Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondunun Layihəsi çərçivəsində BTC neft kəməri marşrutu üzrə ekspedisiyada olmuş, kəmər boyunca yerləşən obyektlərin ətraf mühitə təsirini qiymətləndirmiş, ətraf mühitə ekoloji monitorinq həyata keçirmişlər. Layihənin məqsədi obyektlərdə yaranan tullantıların idarə olunmasının təkmilləşdirilməsi və ətraf mühitə təsirin azaldılması üzrə elmi əsaslandırılmış təkliflərin hazırlanmasından ibarətdir.