İçindəki
Xəbərlər
İnstitut əməkdaşları növbəti çöl tədqiqatı icra ediblər
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunun alimləri işğaldan azad olunmuş ərzilərdə tədqiqatlarını davam etdirirlər. Bu günlərdə sözügedən ərazilərdə İnstitutun “Radioekologiya” laboratoriyasının əməkdaşları tərəfindən növbəti çöl tədqiqatı icra edilib.
Belə ki, 23-28 dekabr tarixlərində İnstitut alimləri işğaldan azad olunmuş ərazilərin radioekoloji vəziyyətinin qiymətləndirilməsi üzrə tədqiqat planına uyğun olaraq Tərtər rayonu ərazisində nümunə götürmə və çöl ölçməsi işləri aparıblar.
Tədqiqat planına uyğun olaraq alimlər tərəfindən ərazidə radiasiya fonu ölçmələri aparılıb, Tərtər çayından və ərazidəki digər su mənbələrindən su, dib çöküntüsü nümunələri və ətraf ərazilərdən torpaq nümunələri götürülüb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.