RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[07.01.2022]

İnstitut alimlərinin növbəti məqaləsi dərc olunub

07.01.2022

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Radiasiya Problemləri İnstitutunun (RPİ) “Radioekologiya” laboratoriyasının əməkdaşları dosent Aygün Nəsibova və professor Rövşən Xəlilovun həmmüəllif olduqları “Müxtəlif ərazilərdən olan bioloji sistemlərdə endogen paramaqnit mərkəslərin öyrənilməsi” (Study of Endogenous Paramagnetic Centers in Biological Systems from Different Areas) adlı məqalə SCOPUS elmmetrik bazasına daxil olan (IF: 1.176) “Magnetic Resonance Part B, Magnetic Resonance Engineering” jurnalında dərc olunub.

Məqalədə Abşeron yarımadasının müxtəlif bioloji sistemlərində biominerallaşma hadisəsi nəticəsində nanofazalı dəmir oksidi maqnit hissəciklərinin yaranması və bu hadisəyə stress amillərinin təsiri müzakirə olunub. Qeyd edək ki, alınan nəticələr ətraf mühitin ekoloji vəziyyətinin qiymətləndirilməsi və biotibdə tətbiqi perspektivləri baxımından yüksək aktuallığa malikdir.


 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.