İçindəki
Xəbərlər
Professor Müslüm Qurbanovun 70 yaşı tamam olur
Bu gün Azərbaycanın tanınmış ekoloq alimlərindən biri, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunun “Ətraf mühitin radiasiya kimyası” laboratoriyasının rəhbəri, kimya elmləri doktoru, professor Müslüm Qurbanovun 70 yaşı tamam olur.
İnstitutda Elmi Şuranın növbəti iclası keçirilib
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunun Elmi Şurasının növbəti iclası keçirilib.
İclasda giriş sözü ilə çıxış edən RPİ-nin Baş direktoru vəzifəsini icra edən, AMEA-nın akademik-katibi, akademik Adil Qəribov Gündəlikdəki məsələləri iclas iştirakçılarının diqqətinə çatdırırb.
İnstitutun alimi Ekologiya və Həyat Fəaliyyətinin Təhlükəsizliyi üzrə Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü seçilib
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstutunun “Heterogen proseslərin radiasiya kimyası” laboratoriyasının rəhbəri, kimya elmləri doktoru, professor Teymur Ağayev Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində yerləşən Ekologiya və Həyat Fəaliyyətinin Təhlükəsizliyi üzrə Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü (akademik) seçilib.
Məktəblilər Radiasiya Problemləri İnstitutunda hazırladıqları elmi layihə ilə növbəti uğura imza atıblar
Məktəblilər Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunda (RPİ) hazırladıqları elmi layihə ilə növbəti uğura imza atıblar. Belə ki, İndoneziya Gənc Alimlər Assosiasiyası (İYSA), Türkiyə Buca Bələdiyyəsi Qızılçullu Elm və Sənət Mərkəzi və BUCA İMSEF (Beynəlxalq Musiqi, Elm, Enerji və Mühəndislik Sərgisi) tərəfindən təşkil edilən YİSF – Gənclərin Beynəlxalq Elm Sərgisi çərçivəsində onlayn olaraq keçirilən layihə müsabiqəsində Bakı Avropa Liseyinin 10-cu sinif şagirdləri Rauf Hacıyev və Aydan Əhmədovanın hazırladığı birgə layihə uğur qazanıb.
“Elmi Kadrlar” Milli İnformasiya Sisteminin informasiya təminatının vəziyyəti müzakirə olunub
AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin (FRTEB) Ümumi Yığıncağının onlayn iclasında “Elmi Kadrlar” Milli İnformasiya Sisteminin informasiya təminatının vəziyyəti müzakirə olunub.
Tədbirdə bu barədə AMEA Rəyasət Heyəti aparatının Hüquq və Kadrlar idarəsinin baş mütəxəssisi, texnika üzrə fəlsəfə doktoru Dilquşa Mirzəyeva çıxış edib.
İnstitutda Elmi Şuranın növbəti iclası keçirilib
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunun Elmi Şurasının növbəti iclası keçirilib.
İclasda giriş sözü ilə çıxış edən RPİ-nin direktoru vəzifəsini icra edən, AMEA-nın akademik-katibi, akademik Adil Qəribov Gündəlikdəki məsələləri iclas iştirakçılarının diqqətinə çatdırırb.
Akademik Rasim Əliquliyev AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru seçilib
AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin (FRTEB) Ümumi Yığıncağının 02 aprel 2021-ci il tarixində keçirilən onlayn iclasında AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru vəzifəsinə seçkilər keçirilib.
Açıq səsvermədən öncə çıxış edən FRTEB-in Elmi şurasının sədr müavini, akademik Cavad Abdinov qeyd edib ki, AMEA prezidentinin təqdimatına və AMEA Rəyasət Heyətinin 08 yanvar 2021-ci il tarixli qərarına müvafiq olaraq, adıçəkilən vəzifəyə akademik Rasim Əliquliyevin namizədliyi irəli sürülür.
FRTEB-in və elmi müəssisələrinin veb-saytlarının monitorinqi aparılıb
AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin (FRTEB) Ümumi yığıncağının onlayn iclasında FRTEB-in və elmi müəssisələrinin veb-saytlarının aparılan monitorinqinin nəticələri açıqlanıb.
FRTEB-in və onun elmi müəssisələrinin veb-saytlarının monitorinqi haqqında məlumat verən vitse-prezidentin xidmətinin elmi katibi, dosent Hikmət Quliyev qeyd edib ki, AMEA-da elektron elmin inkişafı və elmin informasiya təminatının yüksəldilməsi, eləcə də elmin populyarlaşdırılması və ictimaiyyətlə əlaqələrin səmərəliliyinin artırılması məqsədilə FRTEB-in və elmi müəssisələrinin veb saytlarının monitorinqi aparılıb.
AMEA-da elmi jurnalların vəziyyəti müzakirə olunub
Xəbər verdiyimiz kimi, aprelin 2-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin (FRTEB) Ümumi yığıncağının növbəti onlayn iclası keçirilib.
Tədbirdə Riyaziyyat və Mexanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Misir Mərdanov akademiyada elmi jurnalların vəziyyəti haqqında məruzə edib.
FRTEB-in Ümumi yığıncağının onlayn iclasında bir sıra mühüm məsələlər müzakirə edilib
Aprelin 2-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin (FRTEB) Ümumi yığıncağının növbəti onlayn iclası keçirilib.
Tədbirdə AMEA-nın vitse-prezidenti, FRTEB-in Elmi şurasının sədri, akademik Rasim Əliquliyev, bölmə üzrə AMEA-nın həqiqi və müxbir üzvləri, elmi müəssisələrin rəhbərləri, direktor müavinləri, elmi katibləri, təhsil, beynəlxalq və ictimaiyyətlə əlaqələr şöbələrinin müdirləri, eləcə də həmkarlar, gənc alim və mütəxəssislər şuralarının sədrləri iştirak ediblər.