RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[16.05.2024]

Radiasiya Problemləri Institutu Özbəkistan Respublikasının Karşi Dövlət Universiteti ilə qarşılıqlı əməkdaşlıq üzrə Müqavilə imzalamışdır

16 may 2024-cü il tarixində Radiasiya Problemləri İnstitutunun Elmi Şurasının növbəti iclası keçirilmişdir. Elmi Şurada Özbəkistan Respublikasının Karşi Dövlət Universiteti ilə təhsil və elmi-tədqiqat üzrə Əməkdaşlıq Müqaviləsi imzalanmışdır. Elmi Şuranın iclasında Karşi Universitetinin elm və tədris işləri üzrə prorektoru İlhom Bekpulatov və iqtisadiyyat üzrə prorektor Xurşud Corayev iştirak etmişdir. Karşi Universitetinin prorektoru İlhom Bekpulatov Universitet haqda geniş məruzə ilə çıxış etmiş və elmi şura üzvlərini universitetin elmi-tədqiqat istiqamətləri, laboratoriyaları, müəllim, tələbə heyəti, dissertasiya müdafiə şuraları, eləcə də əməkdaşlıq etdikləri ölkələr, universitetlər ilə tanış etmişdir. Sonra təntənəli şəkildə Universitetlə İnstitut arasında Əməkdaşlıq Müqaviləsi bağlanmışdır.

Radiasiya Problemləri Institutu Özbəkistan Respublikasının Karşi Dövlət Universiteti ilə qarşılıqlı əməkdaşlıq üzrə Müqavilə imzalamışdır
[10.05.2024]

Radiasiya Problemləri İnstitutu AzMİU ilə birgə elmi seminar keçirib

"Yaşıl dünya naminə həmrəylik" ilində Radiasiya Problemləri İnstitutu Azərbaycan Memarlıq və İnşaat Universiteti ilə birlikdə Bakı şəhəri üzrə silsilə seminarlar təşkil edir. Seminarlarda Elmi-tədqiqat İnstitutları və Ali məktəb tələbələri iştirak edirlər.

Mayın 10-da AzMİU-da "COP29" auditoriyasında "İşğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur ərazisində radioekoloji risklərin qiymətləndirilməsi" mövzusunda Radiasiya Problemləri İnstitutunun Radioekologiya Laboratoriyasının müdiri və AzMİU-nun dosenti F.Hümbətov çıxış etmişdir. O, öz məruzəsində işğaldan azad olunmuş ərazilərə təşkil olunmuş 20-dən çox ekspedisiyanın nəticələrindən bəhs etmişdir.

Radiasiya Problemləri İnstitutu AzMİU ilə birgə elmi seminar keçirib
[08.05.2024]

Ulu Öndər Heydər Əliyevin ətraf mühitin sağlamlaşdırılması siyasəti və Azərbaycan Respublikasını COP-29-a aparan yol

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutunda YAP ƏPT təşkilatçılığı ilə birgə müasir dövlətçiliyimizin banisi, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunan tədbir keçirilib.

Tədbir Azərbaycan Respublikasının Himninin ifası ilə başlayıb və Ulu Öndərin, torpaqlarımızın işğaldan azad edilməsində canlarını qurban etmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.

2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə bağlı olaraq tədbir həm də Azərbaycanın ekoloji siyasətinin formalaşmasında cənab Heydər Əliyevin roluna həsr olunub. Tədbirdə giriş sözü ilə çıxış edən İnstitutun Baş Direktoru, AMEA-nın müxbir üzvü, professor İslam Mustafayev ümummilli lider Heydər Əliyevin fəaliyyətindən, Azərbaycana rəhbərliyi dövründə ölkəmizdə iqtisadiyyatın, elm və təhsilin, mədəniyyətin inkişafı, eləcə də ətraf mühit sahəsindəki əvəzolunmaz xidmətlərindən bəhs edib.

Ulu Öndər Heydər Əliyevin ətraf mühitin sağlamlaşdırılması siyasəti və Azərbaycan Respublikasını COP-29-a aparan yol
[07.05.2024]

Göygöl rayonunda “Yaşıl dünya naminə həmrəylik – COP29-a doğru” tədbiri keçirilib

Göygöl rayon İcra hakimiyyətinin, Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutunun və Azərbaycan Memarlıq və İnşaat Universitetinin birgə təşkilatçılığı ilə Göygöl şəhər Gənclər evində Ulu Öndər H.Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş “Yaşıl dünya naminə həmrəylik – COP29-a doğru” tədbiri keçirilib.

Tədbiri giriş sözü ilə açan RİH başçısının müavini Arzu Qocayev qeyd etdi ki, Prezident Sərəncamı ilə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik” ili elan edilməsi və Birləşmiş Millətlər Təşkilatının İqlim dəyişmələri üzrə Çərçivə Konvensiyasının 29-cu tərəflər Konfransının Azərbaycanda keçirilməsi əlamətdar hadisələrdir. O, rayonda Ətraf mühitin qorunması sahəsində görülən işlərdən bəhs etdi. 150-dən çox rayon ictimaiyyətinin nümayəndələri Radiasiya Problemləri İnstitutunun baş direktoru və Azərbaycan Memarlıq və İnşaat Universitetinin kafedra müdiri, AMEA-nın müxbir üzvü İ.Mustafayevin ölkəmizdə ekoloji vəziyyət və “COP29-a aparan yol” haqqında ətraflı məruzəsini, dosent F.Hümbətovun “İşğaldan azad olunmuş ərazilərdə Radioekoloji vəziyyət”, b.ü.f.d. Quliyeva Nərmin “Göygöl ekosistemi və Göygöl Milli Parkı”, mühəndis N.Heydərovun “Mobil ekoloji monitorinq aparatları” çıxışlarını maraqla dinləmişlər.

Göygöl rayonunda “Yaşıl dünya naminə həmrəylik – COP29-a doğru” tədbiri keçirilib
[07.05.2024]

Radiasiya Problemləri İnstitutunun əməkdaşı elmi tədbirdə məruzə ilə çıxış edib

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutunun əməkdaşı Aybəniz Əhədova Azərbaycan Kooperasiya Universitetində elmi tədbirdə məruzə ilə çıxış edib.

Universitetin Marketinq və Menecment fakültəsinin dekanı i.ü.f.d. Eldəniz Məhərrəmovun təşkilatçılığı ilə Muzey, arxiv işi və abidələrin mühafizəsi ixtisası üzrə təhsil alan tələbələr üçün “Arxeoloji qazıntıdan laboratoriyaya: tarixi abidələrin mütləq yaş təyini” mövzusunda mühazirə təşkil olunub.

Radiasiya Problemləri İnstitutunun əməkdaşı elmi tədbirdə məruzə ilə çıxış edib
[06.05.2024]

Radiasiya Problemləri Institutunun baş direktoru I.Mustafayev konfransda iştirak edib

Azərbaycan Texnologiya Universitetində 6-7 may tarixlərində "Dördüncü Sənaye İnqilabı dövründə elm və texnologiyaların mövcud vəziyyəti və inkişaf perspektivləri" mövzusunda beynəlxalq konfrans keçirilib.

Radiasiya Problemləri İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü İslam Mustafayev “Azkarbonlu radiasiya texnologiyalarinin iqlim dəyişmələrinə qarşı mübarizədə tətbiqi” mövzusunda plenar məruzə etmişdir. Məruzədə qlobal iqlim dəyişmələrinə səbəb olan karbon-dioksid qazının emissiyalarının azaldılması üçün alternativ enerji mənbələrinin istifadə olunması üsullarından bəhs olunub. Burada üzvi yanacaqların yanmasından alınan enerjinin Günəş və nüvə enerjisi kimi azkarbonlu enerji mənbələri ilə əvəz olunması məsələsinə baxılıb.

Radiasiya Problemləri Institutunun baş direktoru I.Mustafayev konfransda iştirak edib
[03.05.2024]

Radiasiya Problemləri İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilib

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutunda (RPİ) Elmi Şuranın növbəti iclası keçirilib.

İclasda çıxış edən İnstitutun Baş direktoru, AMEA-nın müxbir üzvü, İslam Mustafayev gündəlikdəki məsələləri iclas iştirakçılarının diqqətinə çatdırıb.

Elmi Şuranın iclasında daha sonra İnstitutun baş direktoru AMEA-nın müxbir üzvü İİ Mustafayevin Şərəf Rəşidov adına Səmərqənd Dövlət Universitetində “PHYSICS – 2024” beynəlxalq forumunda və k.e.d. Xaqani Məmmədovun Çin Xalq Respublikasının Siamen şəhərində keçirilən “Fiziki Kimya” CPC-2024 9-cu beynəlxalq konfransda iştirakları ilə bağlı hesabatları dinlənilib.

Radiasiya Problemləri İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilib
[29.04.2024]

Kimya elmləri doktoru Xaqani Fərzulla oğlu Məmmədovun Çində Konfransda iştirak etmişdir

Radiasiya Problemləri İnstitutunun laboratoriya rəhbəri, kimya üzrə elmlər doktoru Xaqani Fərzulla oğlu Məmmədov 19-21 aprel 2024-cü il tarixlərdə Çin Xalq Respublikasının Siamen şəhərində keçirilən “Fiziki Kimya” CPC-2024 9-cu Beynəlxalq Konfransında məruzə ilə çıxış etmişdir.

Konfransda Çin Elmlər Akademiyasının və Universitetlərinin nümayəndələri ilə yanaşı Birləşmiş Britaniya Krallığının, Rusiya Federasiyasının, Yaponiyanın, Bruney krallığının, Malayziyanın, İİR-nin, Pakıstanın, Hindistanın, İtaliyanın, Serbiyanın, Almaniyanın aparıcı elmi tədqiqat qurumlarının və təhsil mərkəzlərinin aparıcı alimlərinin iştirak etmişdir.

Kimya elmləri doktoru Xaqani Fərzulla oğlu Məmmədovun Çində Konfransda iştirak etmişdir
[26.04.2024]

Radiasiya Problemləri İnstitutunun əməkdaşları beynəlxalq konfransda iştirak ediblər

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutunun “Polimer və elektroaktiv materialların radiasiya fizikası” laboratoriyasının dissertantları Aysel Nəbiyeva və Aygün Qasımova 26 aprel 2024-cü il tarixində Bakı Mühəndislik Universiteti (BMU) və Dövlət Gömrük Komitəsinin Akademiyasının birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş “Gənc Tədqiqatçıların VIII Beynəlxalq Elmi Konfransı”adlı Beynəlxalq konfransında iştirak ediblər.

Radiasiya Problemləri İnstitutunun əməkdaşları beynəlxalq konfransda iştirak ediblər
[26.04.2024]

Radiasiya Problemləri İnstitutunun əməkdaşları Beynəlxalq Forumda iştirak ediblər

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutunun Baş direktoru, AMEA-nın müxbir üzvü, professor İslam Mustafayev, İnstitutun 11 saylı “Heterogen proseslərin radiasiya kimyası” laboratoriyasının aparıcı elmi işçisi fizika üzrə fəlsəfə doktoru, dosent Günel İmanova və İnstitutun 10 saylı "Ətraf mühitin radiasiya kimyası" laboratoriyasının kiçik elmi işçısı Selcan Hacıyeva Özbəkistanın Səmərqənd vilayətində keçirilən “THE THIRD INTERNATIONAL FORUM “PHYSICS – 2024” adlı Beynəlxalq Forumda iştirak ediblər.

30 ölkədən olan 200 iştirakçının qatıldığı Beynəlxalq Forumun Təşkilat Komitəsinin üzvü, professor İslam Mustafayev Beynəlxalq Forumda “Prospects of Using Nuclear Energy in Low-Carbon Petrochemical Processes” mövzusunda geniş təqdimatlarla çıxış edib, iştirakçılara Azərbaycanda bu istiqamətdə aparılan tədqiqatlar haqqında ətraflı məlumat verib. İ.Mustafayev həm də Beynəlxalq Forumun elmi sesiyalarının birinə moderatorluq etmişdir.

Radiasiya Problemləri İnstitutunun əməkdaşları Beynəlxalq Forumda iştirak ediblər
[26.04.2024]

Akademik Zərifə xanım Əliyevanın anadan olmasının 101 illiyinə həsr olunmuş tədbir

Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutunda YAP Ərazi partiya təşkilatı və institutun Qadınlar Şurasının təşkilatçılığı ilə akademik Zərifə xanım Əliyevanın anadan olmasının 101 illiyinə həsr olunmuş tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə açan institutun baş direktoru, professor İ. Mustafayev görkəmli alim və ictimai-siyasi xadim Zərifə xanım Əliyevanın həyat və elmi fəaliyyətinin önəmli dövrləri ilə tədbir iştirakçılarını tanış etmiş, gözlərə nur verən akademikin ideyalarını müasir dünyanın çağırışları prizmasından analiz etmişdir.

YAP Ərazi partiya Təşkilatının sədri, institutun icraçı direktoru, dosent R. Mehdiyeva yüksək mənəviyyat simvolu olan, tibb elmləri sahəsində ən yüksək mükafat olan Averbax adına mükafatın ilk qadın mükafatçısı olan akademik Zərifə xanım Əliyevanı istedadlı alim, bacarıqlı elm təşkilatçısı, müdrik həyat yoldaşı, qayğıkeş ana, zəhmətkeş, sadə bir insan, kübar, zərif bir qadın kimi xarakterizə edən xüsusiyyətləri, eləcə də onun tələbə yoldaşları, iş yoldaşları, onu tanıyan insanların xatirələri haqda söz açdı.

Akademik Zərifə xanım Əliyevanın anadan olmasının 101 illiyinə həsr olunmuş tədbir
[09.04.2024]

RAMAZAN BAYRAMINIZ MÜBARƏK

Hörmətli həmkarlar!

Sizi dünya müsəlmanlarının əziz günü - mübarək Ramazan bayramı münasibətilə səmimi qəlbdən təbrik edir, Allahdan tutulan oruc və edilən dualarınızın qəbul olunmasını diləyirəm.

Ramazanın müqəddəsliyi Quranın məhz bu ayda nazil olması ilə bağlıdır. Bu səbəbdən savab, ülfət ayı olan Ramazan insanlara dözüm, mərhəmət, xeyirxahlıq təlqin edir. Bu ülvi bayram günündə hər birinizə möhkəm cansaglığı, ailə səadəti, süfrələrinizə bol ruzi-bərəkət, işlərinizdə müvəffəqiyyətlər arzılayıram.

BAYRAMINIZ MÜBARƏK !

 

Hörmətlə,

İslam Mustafayev
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin
Radiasiya Problemləri İnstitutunun Baş direktoru,
AMEA-nın müxbir üzvü, professor

RAMAZAN BAYRAMINIZ MÜBARƏK
[09.04.2024]

İnstitutda Qızıl Aypara Cəmiyyətinin nümayəndələri ilə görüş keçirilib

Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutunda Qızıl Aypara Cəmiyyətinin nümayəndələri ilə görüş keçirilib.

Görüşdə çıxış edən İnstitutun icraçı direktoru, dosent Rəvan Mehdiyeva Qızıl Aypara Cəmiyyəti və Radiasiya Problemləri İnstitutu arasındakı əməkdaşlıq əlaqələrinin əhəmiyyətindən danışıb.

Daha sonra çıxış edən Qızıl Aypara Cəmiyyətinin sədri Ceyran Nağıyeva İnstitutda yaradılan şəraitə və ianələrə görə minnətdarlığını bildirib. C.Nağıyeva Cəmiyyətin fəaliyyət istiqamətləri və görülən xeyriyyə işləri haqqında tədbir iştirakçılarına məlumat verib.

İnstitutda Qızıl Aypara Cəmiyyətinin nümayəndələri ilə görüş keçirilib
[08.04.2024]

Radiasiya Problemləri İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilib

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutunda (RPİ) Elmi Şuranın növbəti iclası keçirilib.

İclasda çıxış edən İnstitutun Baş direktoru, AMEA-nın müxbir üzvü, İslam Mustafayev gündəlikdəki məsələləri iclas iştirakçılarının diqqətinə çatdırıb.

İnstitutda təhsil alan doktorant və dissertantların attestasiyası keçirilib.

Radiasiya Problemləri İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilib