RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[19.04.2023]

RAMAZAN BAYRAMINIZ MÜBARƏK

Hörmətli həmkarlar!

Sizi dünya müsəlmanlarının əziz günü - mübarək Ramazan bayramı münasibətilə səmimi qəlbdən təbrik edir, Allahdan tutduğunuz oruc və etdiyiniz duaların qəbul olunmasını diləyirəm.

Ramazan bayramının müqəddəsliyi Quranın məhz bu ayda nazil olması ilə bağlıdır. Bu səbəbdən xeyir əməllər, savab, ülfət ayı olan Ramazan insanlara dözüm, mərhəmət, xeyirxahlıq təlqin edir. Bu ülvi bayram günündə hər birinizə möhkəm cansaglığı, ailə səadəti, süfrələrinizə bol ruzi-bərəkət, işlərinizdə uğurlar arzılayıram.

BAYRAMINIZ MÜBARƏK !

Hörmətlə,

İslam Mustafayev
Radiasiya Problemləri İnstitutunun Baş direktoru,
AMEA-nın müxbir üzvü, professor

RAMAZAN BAYRAMINIZ MÜBARƏK
[06.04.2023]

Radiasiya Problemləri İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilib

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutunun (RPİ) Elmi Şurasının növbəti iclası keçirilib.

Giriş sözü ilə çıxış edən İnstitutun Baş direktoru, AMEA-nın müxbir üzvü, professor İslam Mustafayev Gündəlikdəki məsələləri iclas iştirakçılarının diqqətinə çatdırıb.

İclasda əvvəlcə instututun alimləri – fizika-riyaziyyat elmləri doktoru, professor Rövşən Xəlilov və fizika elmləri doktoru, dosent Elçin Hüseynova elmi əsərlərinə olan yüksək istinad göstəricilərinə görə Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən verilmiş diplomlar təqdim olunub.

Radiasiya Problemləri İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilib
[03.04.2023]

Radiasiya Problemləri İnstitutunun Baş direktoru İ.Mustafayev H.Əliyevin 100 illik yubileyinə həsr olunmuş Konfransda çıxış edib

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutunun Baş direktoru, AMEA-nın müxbir üzvü, professor İslam Mustafayev Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Heydər Əliyev və Azərbaycançılıq məfkurəsi” adlı elmi konfransda iştirak edib.

Biləsuvar Rayon İcra Hakimiyyətinin təşkil etdiyi Konfransda iştirakçılar əvvəlcə Ulu öndərin abidəsi önünə gül dəstələri qoyub və onun əziz xatirəsini ehtiramla yad ediblər.

Heydər Əliyev Mərkəzi ilə tanışlıqdan sonra Konfrans zalında Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların və soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Konfransda Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətovun giriş sözündən sonra Milli Məclisin Deputatı Bəhruz Məhərrəmov və Rayon Ağsaqallar Şurasının sədri Akif Kazımov çıxış ediblər.

Radiasiya Problemləri İnstitutunun Baş direktoru İ.Mustafayev H.Əliyevin 100 illik yubileyinə həsr olunmuş Konfransda çıxış edib
[31.03.2023]

Radiasiya Problemləri İnstitutunda “31 mart - Azərbaycanlıların soyqırımı günü”nə həsr olunmuş anım tədbiri keçirilib

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutunda “31 mart - Azərbaycanlıların soyqırımı günü”nə həsr olunmuş anım tədbiri keçirilib.

Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Daha sonra soyqırımı qurbanları və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş Vətən övladlarının əziz xatirəsi 1 (bir) dəqiqəlik sükutla yad edilib.

Anım tədbirində giriş sözü ilə çıxış edən İnstitutun Baş direktoru, AMEA-nın müxbir üzvü, professor İslam Mustafayev soyqırımı haqqında qısa məlumat verib, həmçinin gəncləri tariximizi yaxşı bilməyə, Azərbaycanı savadlı və tarixi faktlara əsaslanaraq təmsil etməyə səsləyib, hər kəsin bu həqiqətlərin öyrənilməsi və dünya ictimaiyyətinə çatdırılmasında aktiv olmasının vacibliyini qeyd edib.

Radiasiya Problemləri İnstitutunda “31 mart - Azərbaycanlıların soyqırımı günü”nə həsr olunmuş anım tədbiri keçirilib
[30.03.2023]

Radiasiya Problemləri İnstitutunda “Açıq qapı” günü keçirilib

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutunun (RPİ) Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə 27 Mart – “Elm günü”nə həsr olunmuş “Açıq qapı” günü keçirilib.

Bu münasibətlə Bakı şəhərində yerləşən 193 saylı orta məktəbin müəllim və şagirdlərinin iştirakı ilə görüş təşkil olunub.

Görüşdə çıxış edən İnstitutun Baş direktoru, AMEA-nın müxbir üzvü, professor İslam Mustafayev qonaqları salamlayıb, həmçinin onlara Azərbaycanda və dünyada radiasiya elmi və İnstitutun tarixi haqqında məlumat verib.

Radiasiya Problemləri İnstitutunda “Açıq qapı” günü keçirilib
[30.03.2023]

İnstitut alimləri beynəlxalq indeks sıralamasına daxil edilib

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutunun 6 (altı) alimi beynəlxalq indeks sıralamasına daxil edilib.

“AD-Scientific İndex LTD” tərəfindən tərtib olunan siyahıya instututun alimləri – fizika-riyaziyyat elmləri doktoru, professor Rövşən Xəlilov, fizika elmləri doktoru, dosent Elçin Hüseynov, fizika üzrə fəlsəfə doktoru, dosent Günel İmanova, fizika üzrə fəlsəfə doktoru Azər Sadıqov, fizika elmləri dosktoru, dosent Famin Salmanov və kimya elmləri doktoru, dosent Xaqni Məmmədov daxil edilib.

İnstitut alimləri beynəlxalq indeks sıralamasına daxil edilib
[17.03.2023]

İnstitut alimləri Portuqaliyada keçirilən tədbirdə iştirak ediblər

Radiasiya Problemləri İnstitutunun əməkdaşları HORIZON-MSCA-2021-SE-01 çağırışı üzrə qalib olmuş “Nüvə Təbabəti üçün Qabaqcıl Hibrid “Maqnit Rezonans/Pozitron Emissiya Tomoqrafiyası” Skanerləri üçün İnnovativ Fotodetektor Modulu” adlı layihənin başlama toplantısında iştirak etmişdir.

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutunun (RPİ) “İnnovativ ionlaşdırıcı şüa qəbulediciləri” laboratoriyasının alimləri fizika elmləri doktoru, dosent Fərid Əhmədov və fizika üzrə fəlsəfə doktoru Qadir Əhmədov 13-16 mart tarixində Portuqaliyanın Lissabon şəhərində yerləşən Lusofona Universitetində təşkil olunmuş HORIZON-MSCA-2021-SE-01 çağırışı üzrə qalib olmuş “Nüvə Təbabəti üçün Qabaqcıl Hibrid “Maqnit Rezonans/Pozitron Emissiya Tomoqrafiyası” Skanerləri üçün İnnovativ Fotodetektor Modulu” adlı layihənin başlama toplantısında iştirak ediblər.

İnstitut alimləri Portuqaliyada keçirilən tədbirdə iştirak ediblər
[17.03.2023]

NOVRUZ BAYRAMINIZ MÜBARƏK!

Hörmətli həmkarlar !

Sizi qarşıdan gələn milli bayramımız olan NOVRUZ BAYRAMI münasibəti ilə ürəkdən təbrik edir, can sağlığı, ailə səadəti, müstəqil Azərbaycanımızın tərəqqisi naminə fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram.

Qoy baharın gəlişi ölkəmizə əmin-amanlıq, evinizə ruzi-bərəkət, qəlbinizə sevinc gətirsin !

Hörmətlə,

İslam Mustafayev
Radiasiya Problemləri İnstitutunun Baş direktoru,
AMEA-nın müxbir üzvü, professor

NOVRUZ BAYRAMINIZ MÜBARƏK!
[09.03.2023]

İnstitutda Elmi Şuranın növbəti iclası keçirilib

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutunun (RPİ) Elmi Şurasının növbəti iclası keçirilib.

Giriş sözü ilə çıxış edən İnstitutun Baş direktoru, AMEA-nın müxbir üzvü, professor İslam Mustafayev Gündəlikdəki məsələləri iclas iştirakçılarının diqqətinə çatdırıb.

İclasda əvvəlcə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair Dövlət Proqramı”nın icrası və RPİ-nin 2023-cü il üçün Fəaliyyət Proqramı haqqındakı məsələlərə baxılıb.

İnstitutda Elmi Şuranın növbəti iclası keçirilib
[07.03.2023]

Bayramınız mübarək!

Hörmətli xanımlar!

Sizi 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə ürəkdən təbrik edir, hər birinizə cansağlığı, səadət və gələcək işlərinizdə uğurlar arzulayıram.

Bayramınız mübarək olsun!

Hörmətlə,

İslam Mustafayev
Radiasiya Problemləri İnstitutunun Baş direktoru,
AMEA-nın müxbir üzvü, professor

Bayramınız mübarək!
[06.03.2023]

Radiasiya Problemləri İnstitutunda “Qadın gülərsə” adlı tədbir keçirilib

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutunda (RPİ) “8 Mart – Beynəlxalq Qadınlar Günü” münasibətilə “Qadın gülərsə” adlı tədbir keçirilib.

İnstitutun Həmkarlar Təşkilatı və Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə keçirilən tədbirdə giriş sözü ilə çıxış edən RPİ-nin Baş direktoru, AMEA-nın müxbir üzvü, professor İslam Mustafayev Azərbaycan qadınının ölkənin ictimai-siyasi və mədəni həyatındakı rolundan danışıb, tariximizdə önəmli xidmətləri olan qadın simalar haqqında tədbir iştirakçılarına məlumat verib.

“8 Mart – Beynəlxalq Qadınlar Günü” münasibətilə İnstitutun qadın əməkdaşlarını təbrik edən İ.Mustafayev onların elmi-ictimai fəaliyyətinə də toxunub, həmçinin onları beynəlxalq əməkdaşlıq əlaqələrində yaxından iştirak etməyə və Azərbaycan elminin təbliğində daha aktiv olmağa çağırıb.

Radiasiya Problemləri İnstitutunda “Qadın gülərsə” adlı tədbir keçirilib
[01.03.2023]

“1 Mart – Beynəlxalq Mülki-müdafiə Günü”nə həsr olunmuş tədbir keçirilib

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutunda “1 Mart – Beynəlxalq Mülki-müdafiə Günü”nə həsr olunmuş “Risklərin informasiya texnologiyalarında rolu” mövzusunda tədbir keçirilib.

İnstitutun 2023-cü il üçün təsdiq edilmiş Tədbirlər Planı üzrə keçirilmiş tədbirdə RPİ-nin baş mühəndisi Xəyyam Səfixanov çıxış edərək mövzu üzrə məlumat verib.

Daha sonra İnastitutun Mülki-müdafiə Qərargahının rəisi Taleh Məmmədov “1 Mart – Beynəlxalq Mülki-müdafiə Günü”nün tarixi və Azərbaycanda bu sahədə görülmüş işlər haqqında tədbir iştirakçılarına məlumat verib, onların suallarını cavablandırıb.

“1 Mart – Beynəlxalq Mülki-müdafiə Günü”nə həsr olunmuş tədbir keçirilib
[28.02.2023]

İnstitutun Gənc Alim və Mütəxəssislər Şurasının iclası keçirilib

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının növbədənkənar iclası keçirilib.

İclasda çıxış edən RPİ-nin Baş direktoru, AMEA-nın müxbir üzvü, professor İslam Mustafayev gənclərin ölkəmizin ictimai-siyasi və elmi-mədəni həyatındakı rolundan danışıb, eləcə də Azərbaycan gəncliyini daim əzmkar və vətənpərvar olmağa çağırıb.

İclasda Şuranın sədri vəzifəsindən könüllü olaraq arılan Əli Məmmədov çıxış edərək gənclər üçün yaradılmış şəraitə görə İnstitut rəhbərliyinə təşəkkürünü bildirib, həmçinin gələcəkdə fəaliyyətinin bir hissəsinin də məhz elmə istiqamətlənəcəyini bildirib.

İnstitutun Gənc Alim və Mütəxəssislər Şurasının iclası keçirilib
[24.02.2023]

İnstitutda 26 Fevral – Xocalı soyqırımı gününə həsr olunmuş tədbir keçirilib

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutunda “26 Fevral – Xocalı soyqırımı günü”nə həsr olunmuş tədbir keçirilib.

İnstitutun Həmkarlar Təşkilatı və Gənc Alim və Mütəxəssislər Şurasının birgə təşkilatçılığı ilə keçirilən tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, daha sonra Xocalı soyqırımı qurbanları və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi 1(bir) dəqiqəlik sükutla yad edilib.

Anım tədbirində giriş sözü ilə çıxış edən Radiasiya Problemləri İnstitutunun Baş direktoru, AMEA-nın müxbir üzvü, professor İslam Mustafayev Xocalı faciəsinin erməni millətçilərinin yüzilliklər boyu xalqımıza qarşı apardıqları soyqırımı və etnik təmizləmə siyasətinin qanlı səhifəsi, öz amansızlığına və qəddarlığına görə bəşəriyyətə və insanlığa qarşı törədilən amansız bir cinayət olduğunu qeyd edib. Bildirib ki, xalqımız mənfur düşmənin vəhşiliklərini, eləcə də bu cinayətlərin iştirakçılarını unutmayıb və heç vaxt unutmayacaqdır.

İnstitutda 26 Fevral – Xocalı soyqırımı gününə həsr olunmuş tədbir keçirilib