RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[10.02.2021]

Akademik Mahmud Kərimovun xatirəsi yad edilib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) sabiq prezidenti, akademik Mahmud Kərimovun anım günü ilə əlaqədar alimin Fəxri Xiyabanda yerləşən qəbirüstü abidəsi ziyarət olunub, əklil və gül dəstələri qoyulub.

Ziyarətdə iştirak edən AMEA-nın akademik katibi, akademik Adil Qəribov, Fizika İnstitutunun Baş direktoru, akademik Arif Həşimov, akademik Nazim Məmmədov, Radiasiya Problemləri İnstitutunun Elmi İşlər Üzrə Direktor müavini, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Rəvan Mehdiyeva və alimin ailə üzvləri akademik Mahmud Kərimovun elmi və idarəçilik fəaliyyəti haqqında qısa fikirlərini bölüşüblər.

Akademik Mahmud Kərimovun xatirəsi yad edilib
[05.02.2021]

Radiasiya Problemləri İnstitutu əməkdaşlarının məqaləsi yüksək impakt faktorlu jurnalda dərc olunub

Radiasiya Problemləri İnstitutunun əməkdaşları Hacı Vahid Axundzadə və Rəna Xankişiyevanın həmmüəllifi olduqları ingilis dilində “Dihidropirimidinlər və onların regioselektiv oksidləşmə məhsullarının sintezi, kristal quruluşu və antibakterial xassələrinin tədqiqi” adlı məqalə “Web of Science” bazasına daxil olan “RSC Advances” jurnalında dərc olunub.

 Radiasiya Problemləri İnstitutu əməkdaşlarının məqaləsi yüksək impakt faktorlu jurnalda dərc olunub
[03.02.2021]

AMEA Radiasiya Problemləri İnstitutunun gənc alimi “İlin gənc alimi” müsabiqəsinin qalibi olub

Bakı Dövlət Universitetində (BDU) 2 Fevral - Azərbaycan Gəncləri Gününə həsr olunmuş tədbirdə “İlin gənc alimi” müsabiqəsinin qalibləri elan olunub. Müsabiqə Komissiyasının qərarına əsasən Fizika fakültəsinin Nanomaterialların kimyəvi fizikası kafedrasının müəllimi Həbibə Şirinova təbiət və texnika elmləri üzrə, Hüquq fakültəsinin Konstitusiya hüququ kafedrasının dosenti Aytəkin İbrahimova humanitar və ictimai elmlər üzrə ən yüksək nəticə göstərərək müsabiqənin qalibi olublar.

 AMEA Radiasiya Problemləri İnstitutunun gənc alimi “İlin gənc alimi” müsabiqəsinin qalibi olub
[03.02.2021]

Elmi Şuranın növbəti iclası keçirilib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunun (RPİ) Elmi Şurasının növbəti onlayn iclası keçirilib.

İclasda çıxış edən AMEA-nın akademik katibi, RPİ-nin direktoru vəzifəsini icra edən, akademik Adil Qəribov Gündəlikdəki məsələləri iclas iştirakçılarının diqqətinə çatdırıb.

Elmi Şuranın növbəti iclası keçirilib
[02.02.2021]

Güclü lider və onun qalib gəncləri

Azərbaycanda gənclərlə bağlı təşkilatlanmanın və davamlı inkişafı hədəfləyən sistemli strategiyanın formalaşma tarixi Ümummilli Liderin adı ilə, hakimiyyətdə olduğu dövrlə bağlıdır. “Gənclər günü”nün yaddaşını Ulu Öndərin qərarları ilə bərabər, yeni dünyanın siyasi fenomeni, eləcə də XXI əsrin qalib sərkərdəsi Prezident İlham Əliyevin dəmir iradəsi, zəfəri hədəfləyən siyasi manevrləri bəzəyir.

Güclü lider və onun qalib gəncləri
[01.02.2021]

“Beynəlxalq Radioaktiv Tullantıların İdarəedilməsi Konfransı” keçiriləcək

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin (AEBA) təşkilatçılığı ilə 1-5 Noyabr 2021-ci il tarixlərində “Beynəlxalq Radioaktiv Tullantıların İdarəedilməsi: Davamlı gələcək üçün həll yolları” adlı konfrans keçiriləcək.

Avstriyanın Vyana şəhərində təşkil olunacaq konfrans radioaktiv tullantıların idarəedilməsi sahəsindəki mövcud vəziyyət və həll yolları haqqında fikir və informasiya mübadiləsini təşviq etmək məqsədi daşıyır. Konfransda məruzə və ya poster təqdimatla iştirak etmək istəyənlər 5 Mart 2021-ci il tarixinə qədər konfransın web əsaslı sənəd göndərmə sistemi olan IAEA – INDICO vasitəsilə elektron formatda xülasə təqdim etməlidir.

“Beynəlxalq Radioaktiv Tullantıların İdarəedilməsi Konfransı” keçiriləcək
[01.02.2021]

İnstitutun dissertantı “İLİN PEŞƏKAR GƏNCİ” mükafatına layiq görülüb

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstritutunun “Radiobiologiya” laboratoriyasının dissertantı Nərmin Quliyeva əməkdə, təhsildə və ictimai fəaliyyətdə xüsusi nailiyyətlərinə görə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) tərəfindən “İLİN PEŞƏKAR GƏNCİ” fəxri adı və döş nişanı ilə təltif edilib.

İnstitutun dissertantı “İLİN PEŞƏKAR GƏNCİ” mükafatına layiq görülüb
[29.01.2021]

AMEA Mətbuat və informasiya şöbəsinin məlumatı

Dünən bir sıra kütləvi informasiya vasitələrində yayılıb ki, AMEA İşlər idarəsinin müdiri, texnika elmləri doktoru, professor Elton Məmmədov guya AMEA-nın Radiasiya Problemləri İnstitutunun baş direktoru vəzifəsinə təyin edilib. İctimaiyyətin diqqətinə çatdırırıq ki, yayılan bu məlumatın heç bir əsası yoxdur.

Professor Elton Məmmədov hal-hazırda da AMEA İşlər idarəsinin müdiri vəzifəsində öz fəaliyyətini davam etdirir.

AMEA Mətbuat və informasiya şöbəsinin məlumatı
[29.01.2021]

İnstitutun gənc alimi “İlin ən yaxşı rəyçisi” seçilib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunun böyük elmi işçisi, fizika üzrə fəlsəfə doktoru Günel İmanova beynəlxalq jurnal tərəfindən “İlin ən yaxşı rəyçisi” sertifikatı ilə təltif olunub.

İnstitutun gənc alimi “İlin ən yaxşı rəyçisi” seçilib
[29.01.2021]

İnstitutunun əməkdaşları Rusiyada keçirilən onlayn Beynəlxalq Konfransda iştirak edirlər

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunun “Radioekologiya” laboratoriyasının əməkdaşları - professor Rövşən Xəlilov və dosent Aygün Nəsibova 25-30 yanvar 2021-ci il tarixlərində Moskva şəhərində keçirilən 28-ci “Математика. Компьютер. Образование (Riyaziyyat. Kompüter. Təhsil)” adlı onlayn Beynəlxalq Konfransda iştirak edirlər.

İnstitutunun əməkdaşları Rusiyada keçirilən onlayn Beynəlxalq Konfransda iştirak edirlər
[18.01.2021]

İnstitutun magistrantı AEBA-nın beynəlxalq təqaüd proqramının qalibi seçilib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunun “Radiasiya materialşünaslığı” ixtisası üzrə II kurs magistrantı Kimyəxanım Baxışova Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) beynəlxalq təqaüd proqramının qalibi seçilib.

İnstitutun magistrantı AEBA-nın beynəlxalq təqaüd proqramının qalibi seçilib
[11.01.2021]

İnstitutda magistrantların qış imtahan sessiyası başlayıb

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Radiasiya Problemləri İnstitutunda (RPİ) magistrantların 2020/2021-ci tədris ili üzrə qış imtahan sessiyasında I və II kurslar üzrə “Radiasiya materialşünaslığı” ixtisasından onlayn formatda imtahanlara başlanılıb.

İnstitutda magistrantların qış imtahan sessiyası başlayıb
[29.12.2020]

BAYRAMINIZ MÜBARƏK !

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Oqtay Səmədov İnstitut əməkdaşlarını təbrik edir.

Hörmətli həmkarlar !

Başa vurduğumuz 2020-ci ildə 44 gün davam edən və işğal altındakı ərazilərimizin azad olunması ilə nəticələnən Vətən müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi. Sözsüz ki, bu qələbəni, zəfəri bizlərə yaşadan Ulu Öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, ölkə Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin qətiyyəti, siyasi iradəsi və şanlı Azərbaycan ordusunun gücüdür.

8 noyabr tarixini Azərbaycan tarixinə Zəfər Günü kimi həkk edən Prezident İlham Əliyevin “Qarabağ Azərbaycandır” ifadəsi də bu gün bütün dünya azərbaycanlıları üçün milli qürur, fəxarət, birlik və həmrəylik çağırışıdır.

Birlik və həmrəyliyimizin, əzəli və əbədi torpaqlarımızın azad olunması sevinci ilə sizi qürurunu hər gün yaşadığımız Zəfər Günü, həmçinin qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibəti ilə ürəkdən təbrik edir, sizə can sağlığı, uzun ömür və xoşbəxtlik, müstəqil Azərbaycanımızın və elmimizin tərəqqisi naminə fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram.

Bayramınız mübarək olsun!

BAYRAMINIZ MÜBARƏK !
[28.12.2020]

Radiasiya Problemləri İnstitutunda hazırlanan layihə beynəlxalq olimpiadada qızıl medal qazanıb

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunun (RPİ) “İnnovativ İonlaşdırıcı Şüa Qəbulediciləri” laboratoriyasında hazırlanan layihə Türkiyənin İzmir şəhərində keçirilən “BUCA IMSEF Beynəlxalq Musiqi və Elm Müsabiqəsi”nin final mərhələsində qızıl medal qazanıb.

Radiasiya Problemləri İnstitutunda hazırlanan layihə  beynəlxalq olimpiadada qızıl medal qazanıb