RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[29.01.2021]

İnstitutunun əməkdaşları Rusiyada keçirilən onlayn Beynəlxalq Konfransda iştirak edirlər

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunun “Radioekologiya” laboratoriyasının əməkdaşları - professor Rövşən Xəlilov və dosent Aygün Nəsibova 25-30 yanvar 2021-ci il tarixlərində Moskva şəhərində keçirilən 28-ci “Математика. Компьютер. Образование (Riyaziyyat. Kompüter. Təhsil)” adlı onlayn Beynəlxalq Konfransda iştirak edirlər.

İnstitutunun əməkdaşları Rusiyada keçirilən onlayn Beynəlxalq Konfransda iştirak edirlər
[18.01.2021]

İnstitutun magistrantı AEBA-nın beynəlxalq təqaüd proqramının qalibi seçilib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunun “Radiasiya materialşünaslığı” ixtisası üzrə II kurs magistrantı Kimyəxanım Baxışova Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) beynəlxalq təqaüd proqramının qalibi seçilib.

İnstitutun magistrantı AEBA-nın beynəlxalq təqaüd proqramının qalibi seçilib
[11.01.2021]

İnstitutda magistrantların qış imtahan sessiyası başlayıb

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Radiasiya Problemləri İnstitutunda (RPİ) magistrantların 2020/2021-ci tədris ili üzrə qış imtahan sessiyasında I və II kurslar üzrə “Radiasiya materialşünaslığı” ixtisasından onlayn formatda imtahanlara başlanılıb.

İnstitutda magistrantların qış imtahan sessiyası başlayıb
[29.12.2020]

BAYRAMINIZ MÜBARƏK !

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Oqtay Səmədov İnstitut əməkdaşlarını təbrik edir.

Hörmətli həmkarlar !

Başa vurduğumuz 2020-ci ildə 44 gün davam edən və işğal altındakı ərazilərimizin azad olunması ilə nəticələnən Vətən müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi. Sözsüz ki, bu qələbəni, zəfəri bizlərə yaşadan Ulu Öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, ölkə Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin qətiyyəti, siyasi iradəsi və şanlı Azərbaycan ordusunun gücüdür.

8 noyabr tarixini Azərbaycan tarixinə Zəfər Günü kimi həkk edən Prezident İlham Əliyevin “Qarabağ Azərbaycandır” ifadəsi də bu gün bütün dünya azərbaycanlıları üçün milli qürur, fəxarət, birlik və həmrəylik çağırışıdır.

Birlik və həmrəyliyimizin, əzəli və əbədi torpaqlarımızın azad olunması sevinci ilə sizi qürurunu hər gün yaşadığımız Zəfər Günü, həmçinin qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibəti ilə ürəkdən təbrik edir, sizə can sağlığı, uzun ömür və xoşbəxtlik, müstəqil Azərbaycanımızın və elmimizin tərəqqisi naminə fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram.

Bayramınız mübarək olsun!

BAYRAMINIZ MÜBARƏK !
[28.12.2020]

Radiasiya Problemləri İnstitutunda hazırlanan layihə beynəlxalq olimpiadada qızıl medal qazanıb

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunun (RPİ) “İnnovativ İonlaşdırıcı Şüa Qəbulediciləri” laboratoriyasında hazırlanan layihə Türkiyənin İzmir şəhərində keçirilən “BUCA IMSEF Beynəlxalq Musiqi və Elm Müsabiqəsi”nin final mərhələsində qızıl medal qazanıb.

Radiasiya Problemləri İnstitutunda hazırlanan layihə  beynəlxalq olimpiadada qızıl medal qazanıb
[28.12.2020]

Elmi Şuranın növbəti iclası keçirilib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunun (RPİ) Elmi Şurasının növbəti onlayn iclası keçirilib.

İclasda çıxış edən İnstitutun direktoru, AMEA-nın müxbir üzvü, professor Oqtay Səmədov COVİD-19 koronavirus pandemiyası ilə əlaqədar ölkəmizdə tətbiq edilmiş mövcud karantin rejimi müddətində izolyasiya şəraitində fəaliyyət göstərən alimlərimizin fəaliyyətini yüksək qiymətləndirib və sağlamlığımız üçün müvafiq qaydalara əməl etməyin bir daha vacibliyini vurğulayıb.

Elmi Şuranın növbəti iclası keçirilib
[25.12.2020]

Radiasiya Problemləri İnstitutu “YAŞAT” Fonduna ianə köçürüb

AMEA-nın Radiasiya Problemləri İnstitutunun Həmkarlar Təşkilatı tərəfindən ölkəmizin ərazi bütövlüyünün müdafiəsi zamanı yaralananların və şəhid olanların ailələrinin təminatına dəstək məqsədilə yaradılan “YAŞAT” Fonduna 1000 manat məbləğində pul vəsaiti köçürülüb.

Radiasiya Problemləri İnstitutu “YAŞAT” Fonduna ianə köçürüb
[24.12.2020]

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə

AMEA Rəyasət Heyətinin təbrik məktubu

Möhtərəm cənab Prezident!

Sizi doğum gününüz münasibətilə ürəkdən təbrik edir, ən səmimi arzularımızı çatdırır, can sağlığı, şəxsi həyatınızda və dövlətçilik fəaliyyətinizdə bundan sonra da böyük uğurlar diləyirik. Hesab edirik ki, bu il 44 gün ərzində 30 ildən artıq işğal altında qalan Qarabağ torpaqlarını erməni işğalçılarından azad etməklə doğum gününüzə ən böyük hədiyyəni elə Siz özünün etmisiniz. Sizin qətiyyətiniz nəticəsində Azərbaycan ordusunun qazandığı parlaq tarixi zəfər regiondakı geosiyasi mənzərəni dəyişmiş, yeni reallıqlar yaratmış, ölkəmiz qarşısında yeni inkişaf üfüqləri açılmışdır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə
[21.12.2020]

Radiasiya Problemləri İnstitutu cari ildəki fəaliyyətinə dair hesabat verib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fizika – Riyaziyyat və Texnika Elmləri Bölməsinin (FRTEB) bu gün keçirilən onlayn iclasında bölməyə daxil olan Radiasiya Problemləri İnstitutu cari ildəki elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabat verib.

Çıxış edən Radiasiya Problemləri İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Oqtay Səmədov əvvəlcə İnstitutun 2020-ci ildəki elmi fəaliyyətini əhatə edən aktual və strateji istiqamətlər haqqında məlumat verib. Qeyd edib ki, bu elmi istiqamətlər dünyəvi aktual elmi-texniki problem olaraq ionlaşdırıcı şüaların enerjisinin dinc və təhlükəsiz istifadəsi, termik üsullarla gedə bilməyən yüksək enerji tutumlu proseslərin radiasiya texnologiyalarının imkanlarından istifadə etməklə reallaşması, materialların xassələrinin tərkibi dəyişmədən idarə edilməsi, nanomateriallar daxil olmaqla yeni materialların alınması və radiasiyanın təsiri ilə xassələrində baş verən dəyişikliklərin öyrənilməsi, nüvə və radiasiya təhlükəsizliyinin elmi əsaslarının işlənməsi, respublikanın perspektiv enerji təhlükəsizliyinin təmini məqsədi ilə alternativ enerji mənbələrinin ehtiyatlarının qiymətləndirilməsi, enerji çevrilmələrinin effektiv üsullarının işlənilməsi məqsədlərinin həllinə yönəlib.

Radiasiya Problemləri İnstitutu cari ildəki fəaliyyətinə dair hesabat verib
[21.12.2020]

Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin onlayn iclası keçirilib

AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin (FRTEB) Ümumi yığıncağının illik hesabatlara həsr olunmuş onlayn iclası keçirilib.

Tədbirdə AMEA-nın vitse-prezidenti, bölmənin Elmi şurasının sədri, akademik Rasim Əliquliyev, Bakı Dövlət Universitetinin (BDU) rektoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Elçin Babayev, bölmənin Ümumi yığıncağının üzvləri, elmi müəs­sisələrin rəhbərləri, direktor müavinləri, elmi katibləri, həmçinin əldə edilmiş mühüm elmi nəticələrin müəllifləri, icti­maiy­yət­lə əlaqələr, təhsil və beynəlxalq əlaqələr şöbələrinin rəhbərləri, həmkarlar təşkilatlarının nümayəndələri, gənc alim və mütəxəssislər şuralarının sədrləri iştirak ediblər.

Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin onlayn iclası keçirilib
[18.12.2020]

İnstitutun gənc əməkdaşı gənclər formunda məruzə ilə çıxış edib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunun gənc əməkdaşı Azərbaycan Gənclərinin 9-cu forumunun ilk mərhələsində iştirak edib.

Forumda məruzə ilə çıxış edən Aybəniz Əhədova Dövlət Gənclər Siyasətindən, Covid-19 pandemiyasına qarşı mübarizədə və 44 günlük Vətən Müharibəsində gənclərin əvəzsiz rolu, eləcə də gənc alimlərin yeni nailiyyətləri haqqında məlumat verib.

İnstitutun gənc əməkdaşı gənclər formunda məruzə ilə çıxış edib
[14.12.2020]

Professor Arif Məhərrəmov vəfat edib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunun (RPİ) laboratoriya müdiri, fizika-riyaziyyat elmləri doktoru, professor Arif Məhərrəmov ömrünün 68-ci ilində vəfat edib.

Professor Arif Məhərrəmov vəfat edib
[11.12.2020]

Radiasiya Problemləri İnstitutunda doktorluq üzrə qış imtahan sessiyası keçirilib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunda doktorluq üzrə qış imtahan sessiyası keçirilib.

Koronavirus pandemiyası ilə əlaqədar karantin qaydalarına riayət etməklə izolyasiya şəraitində keçirilən imtahanlarda iştirakçılar “Radiasiya materialşünaslığı”, “Radiobiologiya” və “Nüvə kimyası” ixtisas fənnindən doktorluq imtahanı veriblər.

Radiasiya Problemləri İnstitutunda doktorluq üzrə qış imtahan sessiyası keçirilib
[11.12.2020]

Qarabağda aparılacaq elmi tədqiqat işləri ilə bağlı AMEA-nın vəzifələri müəyyənləşdirilib

Dekabrın 11-də Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib.

İclasda AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev, AMEA-nın birinci vitse-prezidentləri, akademiklər İsa Həbibbəyli və İbrahim Quliyev, AMEA-nın vitse-prezidentləri, akademiklər - Dilqəm Tağıyev, İradə Hüseynova, Rasim Əliquliyev, akademiyanın akademik-katibi, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov və Rəyasət Heyətinin digər üzvü akademik Gövhər Baxşəliyeva iştirak ediblər.

Qarabağda aparılacaq elmi tədqiqat işləri ilə bağlı AMEA-nın vəzifələri müəyyənləşdirilib