RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[10.11.2020]

AMEA Rəyasət Heyətinin bəyanatı

2020-ci ilin 10 noyabr tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin tərəfindən Qarabağda hərbi münaqişənin başa çatdığını ehtiva edən birgə bəyanat imzalanmışdır. Faktiki olaraq Ermənistanın kapitulyasiyası mənasını verən bəyanat, heç şübhəsiz ki, istər hərbi, istərsə də siyasi baxımdan Azərbaycan xalqının 30 ildən bəri davam edən haqlı mübarizədəki şanlı qələbəsini rəsmiləşdirmiş oldu.

AMEA Rəyasət Heyətinin bəyanatı
[10.11.2020]

10 noyabr - Sülh və İnkişaf Naminə Dünya Elm Günüdür

Hər il noyabrın 10-da Sülh və İnkişaf Naminə Dünya Elm Günü qeyd olunur. Bu günün qeyd olunmasında məqsəd elmin cəmiyyətdəki rolunu və geniş ictimaiyyətin elmi məsələlərin müzakirəsində iştirakının vacibliyini, eyni zamanda, elmin gündəlik həyatda əhəmiyyətini və aktuallığını vurğulamaqdır.

10 noyabr - Sülh və İnkişaf Naminə Dünya Elm Günüdür
[10.11.2020]

Azərbaycan-Türkiyə birliyi: Türk dünyası üçün örnək

Azərbaycan Respublikasının Prezidenti, qüdrətli Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Dağlıq Qarabağda və ətraf rayonlarda işğal edilmiş torpaqlarımızın düşməndən azad edilməyə başlandığı ilk gündən etibarən qardaş Türkiyə Cümhuriyyəti ölkəmizə və xalqımıza hər cür siyasi və mənəvi dəstək göstərməkdə davam edir.

Azərbaycan-Türkiyə birliyi: Türk dünyası üçün örnək
[10.11.2020]

Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidentinin Bəyanatı

Biz, Azərbaycan Respublikasının Prezidenti İ.H.Əliyev, Ermənistan Respublikasının baş naziri N.V.Paşinyan və Rusiya Federasiyasının Prezidenti V.V.Putin aşağıdakıları bəyan edirik:

 Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidentinin Bəyanatı
[06.11.2020]

“Elm” qəzetinin “Qarabağ Azərbaycandır!” şüarı ilə yeni sayı işıq üzü görüb

AMEA Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin “Qarabağ Azərbaycandır!” şüarı ilə cari ildə 20-ci nömrəsi çapdan çıxıb.

Qəzetin ilk səhifəsində Prezident İlham Əliyevin İtaliyanın “La Repubblica” qəzetinə müsahibəsi yer alıb.

“Elm” qəzetinin “Qarabağ Azərbaycandır!” şüarı ilə yeni sayı işıq üzü görüb
[02.11.2020]

Azərbaycanlı alimin məqaləsi yüksək impakt faktorlu jurnalda dərc olunub

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radisiya Problemləri İnstitutunun əməkdaşı, fizika-riyaziyyat elmləri doktoru, professor Rövşən Xəlilovun həmmüəllifi olduğu məqalə "Journal of Colloid and Interface Science" Beynəlxalq jurnalında dərc olunub.

Azərbaycanlı alimin məqaləsi yüksək impakt faktorlu jurnalda dərc olunub
[02.11.2020]

İnstitutun alimi onlayn beynəlxalq konfransda məruzə ilə çıxış edib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunun “Nizamsız bərk cisimlərin radiasiya fizikası” laboratoriyasının aparıcı elmi işçisi, fizika üzrə elmlər doktoru, dosent Mətanət Mehrabova Almaniyanın Rostok şəhərində keçirilən online beynəlxalq konfransda məruzə ilə çıxış edib.

İnstitutun alimi onlayn beynəlxalq konfransda məruzə ilə çıxış edib
[02.11.2020]

Azərbaycan Ordusu hərb tariximizin ən şanlı səhifələrini yazır

Azərbaycanın qədim tarixini vərəqləyərkən onun səhifələrində böyük zəfərlər qazanan Babək, Şah İsmayıl Xətai, Pənahəli xan Cavanşir, Cavad xan və adlarını çəkmədiyimiz digər sərkərdələrimiz var. On­lar haqqında oxuyarkən, həqiqətən də necə böyük iradəyə, cəsarətə və şəxsi idarəetmə keyfiyyətlərinə malik xaqanların övladları olduğumuzla fərəhlənir və qürürlanırıq. Sözsüz ki, xronika baxımından, ard-arda belə dövlət xadimlərimizin meydana çıxması və tarix yazmaları xalqımızın şərəfli keçmişə malik olduğunun sübutudur.

 Azərbaycan Ordusu hərb tariximizin ən şanlı səhifələrini yazır
[19.10.2020]

Azərbaycan haqq mübarizəsində qalib gələcək

Bu günlərdə Azərbaycan qədim və möhtəşəm tarixinin yeni şanlı qələbələr dolu səhifələrini yazır. Əzəli və əbədi Qarabağ torpaqları silahlı qüvvələrimiz tərəfindən yağı düşməndən azad olunur, 30 ilə yaxın davam edən torpaq həsrəti yekunlaşmaq üzrədir.

27 sentyabrda erməni silahlı qüvvələrinin Azərbaycana qarşı müxtəlif istiqamətlərdə növbəti təxribatının qarşısı hər zaman olduğu kimi alınsa da, artıq səbri tükənmiş şanlı ordumuz əks-həmlə əməliyyatlarına başladı. Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələri tərəfindən qısa müddətdə erməni işğalçılarına ciddi zərbələr endirildi. Döyüşlər məhv edilən düşmən sayına və ələ keçirilən hərbi texnika, eləcə də azad edilən torpaqlar baxımından Ermənistan üçün sarsıdıcıdır.

Azərbaycan haqq mübarizəsində qalib gələcək
[15.10.2020]

Radiasiya Problemləri İnstitutunun direktoru Oqtay Səmədov ölkə başçısına məktub ünvanlayıb

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Oqtay Səmədov qurumun kollektivi adından Prezident İlham Əliyevə məktub ünvanlayıb.
Məktubda deyilir:

Radiasiya Problemləri İnstitutunun direktoru Oqtay Səmədov ölkə başçısına məktub ünvanlayıb
[07.10.2020]

İnstitut cəbhədə döyüşən əməkdaşlarının ailələrinə yardım edib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutu cəbhədə döyüşən əməkdaşlarının ailələrinə yardım edib.

Belə ki, torpaqlarımızın düşməndən azad edilməsi üçün əks hücum əməliyyatlarında könüllü iştirak edən 2 əməkdaşın ailələrinə kömək məqsədi ilə İnstitutun Həmkarlar Təşkilatı fondundan 1 aylıq əməkhaqqı miqdarında maddi yardım edilib.

İnstitut cəbhədə döyüşən əməkdaşlarının ailələrinə yardım edib
[06.10.2020]

İşğaldan azad olunmuş ərazilərdə ekoloji monitorinqlər üzrə müzakirə aparılıb

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunda AMEA-nın Geologiya və Geofizika İnstitutunun təklifi ilə işğaldan azad edilmiş ərazilərimizin monitorinqi ilə bağlı görüş keçirilib.

İşğaldan azad olunmuş ərazilərdə ekoloji monitorinqlər üzrə müzakirə aparılıb
[06.10.2020]

Radiasiya Problemləri İnstitutu Silahlı Qüvvələrə Yardım Fonduna ianə edib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunun əməkdaşları ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizə aparan Azərbaycan Ordusuna dəstək məqsədilə öz vəzifə maaşlarından könüllü olaraq 4755 manat, İnstitutun Həmkarlar Təşkilatı tərəfindən isə 2000 manat vəsait Silahlı Qüvvələrə Yardım Fonduna köçürülüb.

Radiasiya Problemləri İnstitutu Silahlı Qüvvələrə Yardım Fonduna ianə edib
[05.10.2020]

ELAN

Azərbaycan Milli EA Radiasiya Problemləri İnstitutu aşağıdakı vəzifələri tutmaq üçün müsabiqə elan edir:

ELAN