RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[05.06.2020]

Radiasiya Problemləri İnstitutunda koronavirus təhlükəsinə qarşı profilaktik tədbirlər davam etdirilir

Nazirlər Kabinetinin “Azərbaycanda yeni koronavirus xəstəliyinin yayılmasının qarşısının alınmasına dair fəaliyyət planı”nın icrasını təmin etmək, həmçinin AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin koronavirusla bağlı profilaktik tədbirlər haqqında imzaladığı sərəncama uyğun olaraq AMEA-nın Radiasiya Problemləri İnstitutunda növbəti dezinfeksiya işləri aparılıb ...

Radiasiya Problemləri İnstitutunda koronavirus təhlükəsinə qarşı profilaktik tədbirlər davam etdirilir
[03.06.2020]

Akademik Adil Qəribova “Şöhrət” ordeni təqdim olunub

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu il martın 27-də akademik A.Qəribovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında müvafiq sərəncam imzalayıb. 02.06.2020-ci il tarixində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə ”Milli Nüvə Tədqiqatları Mərkəzi” QSC-nin sədri, akademik Adil Qəribova “Şöhrət” ordenini təqdim edib ...

Akademik Adil Qəribova “Şöhrət” ordeni təqdim olunub
[02.06.2020]

Akademik İsa Həbibbəyli: "AMEA işçiləri üçün növbəli iş rejiminin tətbiqinə başlanılıb"

Pandemiya ilə əlaqədar AMEA işçiləri üçün növbəli iş rejimi tətbiq olunmağa başlayıb.

Bu barədə AMEA-nın birinci vitse-prezidenti, akademik İsa Həbibbəyli məlumat verib. Onun sözlərinə görə, akademiyada əməkdaşların hamısının eyni gündə işə gəlməsi sosial məsafənin gözlənilməsi tələbini qorumağı çətinləşdirir. Bu səbəbdən yaşı 60-dan çox olan akademiya işçilərinin həftənin cüt günlərində – çərşənbə axşamı və cümə axşamları, qalan heyətin isə həftənin tək günlərində işə gəlməsi qərara alınıb: "Bu halda iş yerində sosial məsafəni qorumaq mümkün olacaq ...

Akademik İsa Həbibbəyli: "AMEA işçiləri üçün növbəli iş rejiminin tətbiqinə başlanılıb"
[02.06.2020]

Beyin hüceyrələrini koronavirusdan qorumaq üsulu tapılıb

Kaliforniya Universitetinin professoru Elison Muotrinin rəhbərliyi altında yerinə yetirilən yeni tədqiqatda neyrofizioloqlar və molekulyar bioloqlar aydınlaşdırıblar ki, Hepatit C virusunun müalicəsi üçün istifadə olunan “Sofosbuvir” adlı preparat beyin hüceyrələrini koronavirusdan qoruyur.

poisknews.ru saytı xəbər verir ki, tədqiqatçılar kök hüceyrələlərindən kiçik beyin nümunələri yetişdiriblər ...

Beyin hüceyrələrini koronavirusdan qorumaq üsulu tapılıb
[02.06.2020]

Prezidentin nümayiş etdirdiyi qətiyyət ölkədəki islahatların dönməzliyinin təminatçısıdır

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında COVID-19 pandemiyası dövründə həyata keçirilən məqsədyönlü daxili və xarici siyasət, eyni zamanda dövlət idarəçiliyinin təkmilləşdirilməsi, xüsusən vətəndaş haqqına göz dikən məmurların ifşa edilərək cəzalandırılması, eləcə də daha cavan və perspektivli kadrların olduqca mühüm vəzifələrə təyin edilməsi ən nüfuzlu beynəlxalq təsisatlar və yerli sadə vətəndaşlar tərəfindən dövlət başçısına olan rəğbətin daha da artmasına səbəb olmuşdur ...

 Prezidentin nümayiş etdirdiyi qətiyyət ölkədəki islahatların dönməzliyinin təminatçısıdır
[31.05.2020]

Radiasiya Problemləri İnstitutunun magistrantları ilə onlayn görüş keçirilib

AMEA-nın Radiasiya Problemləri İnstitutunun magistrantlarının magistr işlərinin onlayn formatda ilkin müzakirəsi keçirilib.

Görüşdə İnstitutun direktoru, AMEA-nın müxbir üzvü, professor Oqtay Səmədov, elmi-işlər üzrə direktor müavini, fizika - riyaziyyat elmləri namizədi, dosent Rəvan Mehdiyeva, Təhsil şöbəsinin müdiri, fizika - riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Əminə Mikayilova, eləcə də qurumun laboratoriya rəhbərləri, magistrantları və elmi rəhbərlər iştirak ediblər ...

Radiasiya Problemləri İnstitutunun magistrantları ilə onlayn görüş keçirilib
[22.05.2020]

28 May - "Respublika Günü"nüz mübarək !

Hörmətli həmkarlar !

Sizi "28 May - Respublika Günü" münasibəti ilə ürəkdən təbrik edir, Sizlərə can sağlığı, uzun ömür, müstəqil Azərbaycanımızın tərəqqisi, elmimizin inkişafı naminə fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram.

 

Hörmətlə,

Oqtay Səmədov
AMEA-nın Radiasiya Problemləri
İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor

28 May - "Respublika Günü"nüz mübarək !
[22.05.2020]

RAMAZAN BAYRAMINIZ MÜBARƏK !

Əziz həmkarlar!

Sizi dünya müsəlmanlarının əziz günü - mübarək Ramazan bayramı münasibətilə səmimi qəlbdən təbrik edir, Allahdan tutulan oruc və edilən dualarınızın qəbul olunmasını diləyirəm.

Ramazanın müqəddəsliyi Quranın məhz bu ayda nazil olması ilə bağlıdır. Bu səbəbdən savab, ülfət ayı olan Ramazan insanlara dözüm, mərhəmət, xeyirxahlıq təlqin edir. Bu ülvi bayram günündə hər birinizə möhkəm cansaglığı, ailə səadəti, süfrələrinizə bol ruzi-bərəkət, işlərinizdə müvəffəqiyyətlər arzılayıram.

BAYRAMINIZ MÜBARƏK !

 

Hörmətlə,

Oqtay Səmədov
AMEA-nın Radiasiya Problemləri
İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor

RAMAZAN BAYRAMINIZ MÜBARƏK !
[22.05.2020]

Akademiyanın aztəminatlı əməkdaşlarına ərzaq yardımı göstərilib

AMEA Rəyasət Heyəti aparatının Həmkarlar Təşkilatı və Azad Həmkarlar İttifaqı (AHİ) tərəfindən koronavirus pandemiyası dövründə ehtiyacı olan aztəminatlı əməkdaşlara ərzaq yardımı edilib.

Tədbirdə AHİ-nin Rəyasət Heyətinin üzvü Şəhla Əmirova çıxış edərək ölkə rəhbərliyi tərəfindən Azərbaycanda COVID-19 pandemiyasının qarşısının alınması məqsədilə zəruri qabaqlayıcı tədbirlərin görüldüyünü, profilaktik və təxirəsalınmaz addımların atıldığını bildirib ...

Akademiyanın aztəminatlı əməkdaşlarına ərzaq yardımı göstərilib
[21.05.2020]

Antarktika temperaturun yüksəlməsi səbəbindən yaşıllaşmağa başlayıb

Alimlər Antarktika yarımadasında yeni ekosistem yarandığını elan ediblər. Belə ki, əriyən qarın səthində orqanizmlərin digər növləri üçün potensial qida mənbəyi olan yosunlar əmələ gəlib.

popmech.ru saytı xəbər verir ki, tədqiqat aparan Britaniya komandası hesab edir ki, bu “güllər” gələcəkdə öz çeşidlərini genişləndirəcək ...

Antarktika temperaturun yüksəlməsi səbəbindən yaşıllaşmağa başlayıb
[20.05.2020]

AMEA-nın magistraturasına 2020/2021-ci tədris ili üçün qəbul planı təsdiqlənib

Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən 2020/2021-ci tədris ili üçün Azərbaycan Milli Elmlər Akademiyasının magistraturasına 15 ixtisas 43 ixtisaslaşma üzrə 59 plan yeri təsdiq edilib. Ayrılan bütün plan yerləri dövlət sifarişlidir ...

AMEA-nın magistraturasına 2020/2021-ci tədris ili üçün qəbul planı təsdiqlənib
[20.05.2020]

ABŞ-da COVID-19-a qarşı peyvəndin uğurla nəticələndiyi bəyan edilib

ABŞ-ın “Moderna” biotexnologiya şirkəti koronavirus vaksininin nəticələrinin müsbət çıxdığını və onun COVID-19-un qarşısının alınması üçün potensiala malik olduğunu bəyan edib.

washingtonpost.com saytı xəbər verir ki, şirkət nümayəndələri klinik sınaqların ilk mərhələsinin başa çatdığını bildiriblər ...

ABŞ-da COVID-19-a qarşı peyvəndin uğurla nəticələndiyi bəyan edilib
[18.05.2020]

Koronavirusu tamamilə bloklayan anticisim tapılıb

Alimlər koronavirusu məhv edən preparatın yaradılmasına dair ciddi irəliləyiş əldə ediblər. Belə ki, “Sorrento Therapeutics” biofarmaseptik şirkəti tərəfindən çoxlu sayda anticisim üzərində tədqiqat aparılaraq, koronovirusa qarşı dərman hazırlanıb ...

Koronavirusu tamamilə bloklayan anticisim tapılıb
[18.05.2020]

“Elm” qəzetinin yeni sayında maraqlı məqalələr yer alıb

AMEA Rəyasət Heyətinin mətbu orqanı olan “Elm” qəzetinin yeni sayı çapdan çıxıb.

Qəzetin ilk səhifəsində “Elm haqqında” və “Peşə təhsili haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə AR Qanunu, həmçinin ölkə başçısının 2014-cü il 11 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “AMEA-nın Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında AR Prezidentinin Fərmanı yer alıb ...

“Elm” qəzetinin yeni sayında maraqlı məqalələr yer alıb