RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[18.05.2020]

Azərbaycan Respublikası Prezidenti bir sıra fərmanlarda dəyişiklik edilməsi barədə Fərman imzalayıb

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Sərhəd mühafizə orqanları haqqında”, “Təhsil haqqında” və “Peşə təhsili haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2020-ci il 17 aprel tarixli 51-VIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:

Azərbaycan Respublikası Prezidenti bir sıra fərmanlarda dəyişiklik edilməsi barədə Fərman imzalayıb
[18.05.2020]

“Elm haqqında” Azərbaycan Respublikasının 2016-cı il 14 iyun tarixli Qanununun tətbiqi barədə” AR Prezidentinin 2016-cı il 9 avqust tarixli Fərmanında dəyişiklik edilməsi haqqında AR Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Elm haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2020-ci il 24 aprel tarixli 57-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar qərara alıram:

“Elm haqqında” Azərbaycan Respublikasının 2016-cı il 14 iyun tarixli Qanununun tətbiqi barədə” AR Prezidentinin 2016-cı il 9 avqust tarixli Fərmanında dəyişiklik edilməsi haqqında AR Prezidentinin Fərmanı
[15.05.2020]

AMEA Rəyasət Heyətinin onlayn iclası keçirilib

Mayın 15-də AMEA Rəyasət Heyətinin növbəti onlayn iclası keçirilib.

Tədbiri AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev açaraq AMEA-nın Yüksək Texnologiyalar Parkının (YT Park) fəaliyyətinə dair bir sıra məsələlərin iclasda müzakirə olunacağını diqqətə çatdırıb. Akademik Ramiz Mehdiyev Prezident İlham Əliyevin Sərəncamı ilə yaradılmış Yüksək Texnologiyalar Parkının ölkəmizdə elmin kommersiyalaşdırılması və texnologiyaların transferi istiqamətində xüsusi rola malik olduğunu deyib ...

AMEA Rəyasət Heyətinin onlayn iclası keçirilib
[15.05.2020]

ABŞ və Britaniya alimləri koronavirus peyvəndini meymunlar üzərində sınaqdan keçiriblər

ABŞ və Böyük Britaniyadan olan alimlər koronavirusa qarşı eksperimental vaksini makakalar üzərində uğurla sınaqdan keçiriblər. Peyvənd koronavirusa yoluxmadan sonra meymunları pnevmoniyanın inkişafından qoruyub.

dailystorm.ru saytı xəbər verir ki, bu barədə elmi materiallar dərc edən “bioRxiv” resursunda yerləşdirilən tədqiqatın nəticələrində bildirilir ...

ABŞ və Britaniya alimləri koronavirus peyvəndini meymunlar üzərində sınaqdan keçiriblər
[14.05.2020]

Azərbaycan Respublikası Prezidenti bir sıra sərəncamlarda dəyişiklik edilməsi barədə Sərəncam imzalayıb

Ölkə Prezidenti “Nüvə texnologiyalarından dinc məqsədlərlə istifadə üçün Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tabeliyində “Milli Nüvə Tədqiqatları Mərkəzi” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında” 2014-cü il 8 may tarixli 442 nömrəli, “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında” 2015-ci il 11 fevral tarixli 1047 nömrəli, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında” 2015-ci il 18 mart tarixli 1121 nömrəli, “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin təşkili haqqında” 2015-ci il 4 may tarixli 1206 nömrəli, “Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində “Şahdağ Turizm Mərkəzi” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında” ...

Azərbaycan Respublikası Prezidenti bir sıra sərəncamlarda dəyişiklik edilməsi barədə Sərəncam imzalayıb
[14.05.2020]

Yaponiyanın “Denka” şirkəti “Avigan” dərmanı üçün komponentin istehsalını bərpa edəcək

Yaponiyanın “Denka” şirkəti cari həftənin sonlarından başlayaraq koronavirusa qarşı “Avigan” dərmanı üçün zəruri olan üzvi komponentin istehsalını bərpa edəcəyini bəyan edib.

www3.nhk.or.jp saytı xəbər verir ki, Yaponiya hökuməti cari maliyyə ilində 2 milyon xəstənin müalicəsi üçün bu dərmanın tədarükünü təmin etməyi planlaşdırır. Bu komponentin sabit tədarükü Çindən ixracdan asılı olduğuna görə bu işdə ciddi problem yaranıb ...

Yaponiyanın “Denka” şirkəti “Avigan” dərmanı üçün komponentin istehsalını bərpa edəcək
[14.05.2020]

Rusiyada temperaturun ölçülməsi üçün kontaktsız sistemin sınaqları həyata keçirilir

Süni intellektli sistem Moskva şəhərindəki dəmiryol vağzallarından birində fəaliyyətə başlayıb.

“Şvabe” şirkəti Rusiya Dəmir Yolları ilə birgə insanların temperaturunun kontaktsız müəyyən olunması üçün infraqırmızı (İQ) sistemin pilot sınaqlarına başlayıb. İlk İQ termometrlər Moskvada, Leninqrad vağzalında quraşdırılıb ...

Rusiyada temperaturun ölçülməsi üçün kontaktsız sistemin sınaqları həyata keçirilir
[13.05.2020]

Akademik Rasim Əliquliyev: “Koronavirus pandemiyası distant təhsil, elektron elm və onlayn ticarətin müasir dövrdə aktuallıq kəsb etdiyini göstərib”

AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev modern.az saytına müsahibə verib. O, koronavirus pandemiyası dövründə informasiya-kommunikasiya texnologiyaları və internetdən istifadənin yaratdığı imkanlardan, eləcə də onun insanlar arasında ünsiyyətin təmin olunmasındakı rolundan bəhs edib ...

Akademik Rasim Əliquliyev: “Koronavirus pandemiyası distant təhsil, elektron elm və onlayn ticarətin müasir dövrdə aktuallıq kəsb etdiyini göstərib”
[13.05.2020]

Ayda dağların formalaşması səbəbi müəyyən edilib

Ayda olan bəzi dağların hündürlüyü bir neçə kilometrə çatır, lakin peykdə vulkanik və güclü seysmik fəallıq olmadığından onların necə əmələ gəlməsi indiyədək anlaşılmaz qalıb.

popmech.ru saytının məlumatına görə, Kanadanın Ontario əyalətinin Kral Muzeyinin beynəlxalq tədqiqatçılar qrupu 1972-ci ildə “Apollon-17” tərəfindən Yer kürəsinə gətirilmiş Ay daşlarının nümunələrini yenidən tədqiq ediblər ...

Ayda dağların formalaşması səbəbi müəyyən edilib
[12.05.2020]

AMEA prezidenti postpandemiya dövründə Azərbaycan elminin qarşısında duran vəzifələrlə bağlı açıqlama verib

Azərbaycan Milli Elmlər Akademiyasında postpandemiya dövründə elmin vəzifələri elmi ictimaiyyətin müzakirə mövzusudur. AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev bu gün postpandemiya dövründə Azərbaycan elminin qarşısında duran vəzifələrlə bağlı rəhbərlik etdiyi qurumda həyata keçirilməsi nəzərdə tutulan tədbirlər barədə açıqlama verib ...

AMEA prezidenti postpandemiya dövründə Azərbaycan elminin qarşısında duran vəzifələrlə bağlı açıqlama verib
[12.05.2020]

Tokio Universitetində koronavirusa qarşı dərmanın klinik sınaqlarına başlanılıb

Tokio Universitetinin tədqiqatçılar qrupu koronavirusa yoluxanların müalicəsi məqsədilə dərmanın kliniki sınaqlarına başlayıb.

nhk.or.jp saytının məlumatına görə, koronavirusa yoluxanların bir qismində qanın laxtalanması onların vəziyyətinin ağırlaşmasına səbəb olub. Buna görə də, sınaqlar zamanı əsasən, qanın laxtalanmasına səbəb olan kəskin pankreatit və digər xəstəliklərin müalicəsində tətbiq olunan nafamostat mezilatdan istifadə edilir. Bu dərman “Futhan” markası ilə satılır ...

Tokio Universitetində koronavirusa qarşı dərmanın klinik sınaqlarına başlanılıb
[09.05.2020]

Heydər Əliyev mövqeyi

Bütün böyük və müdrik dühalar kimi, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev də yaşadığı dövrün real mahiyyətini dərindən görmüş, özünün aydın siyasi mövqeyi, möhkəm iradəsi və uzaqgörənliyi ilə zamanı irəli aparmaq qüdrətinə malik olmuşdur.

Bu görkəmli dövlət xadimi heç vaxt zamanın arxası ilə getməmiş, əksinə, zamanı öz arxasınca aparmağı bacarmışdır. Heydər Əliyevin fəth etdiyi zaman tarixə çevrilmiş və həm də növbəti sabahlara yol açmışdır. Bu mənada Ulu Öndər Heydər Əliyev epoxası sadəcə Azərbaycan xalqının və dövlətinin yalnız fərqli tarixi deyil, həm də daha işıqlı sabahı deməkdir ...

 Heydər Əliyev mövqeyi
[08.05.2020]

Azərbaycanlı alimlərin koronavirusa dair məqaləsi beynəlxalq jurnalda çap olunub

AMEA-nın Radiasiya Problemləri İnstitutunun alimləri, professor Rövşən Xəlilov və biologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Nəsibovanın “Ətraf mühitdə yeni koronavirusun (COVID-19) yayılması, müqaviməti, ölümü və genetik müxtəlifliyinə ümumi baxış” adlı məqaləsi beynəlxalq “Advances in Biology & Earth Sciences” jurnalında dərc edilib ...

Azərbaycanlı alimlərin koronavirusa dair məqaləsi beynəlxalq jurnalda çap olunub
[07.05.2020]

Radiasiya Problemləri İnstitutunun alimlərinin məqalələri dərc olunub

AMEA-nın Radiasiya Problemləri İnstitutunun əməkdaşı, fizika üzrə fəlsəfə doktoru, dosent Fərid Əhmədovun “Geiger rejimli fotodiodlarının yeni fiziki modeli”, “Qamma spektrometr üçün ssintilyator və MAPD matrisi”, “Silisium fotoelektron gücləndiricilərin aşağı temperaturda işləməsi”, “Ağır nüvələrin parçalanmasında T-odd asimmetryasını ölçmək üçün qurğu” və “Silisium fotoelektron gücləndiricilər: Statusu və perspektivləri” adlı 5 məqaləsi dərc olunub ...

Radiasiya Problemləri İnstitutunun alimlərinin məqalələri dərc olunub