RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[12.05.2020]

AMEA prezidenti postpandemiya dövründə Azərbaycan elminin qarşısında duran vəzifələrlə bağlı açıqlama verib

Azərbaycan Milli Elmlər Akademiyasında postpandemiya dövründə elmin vəzifələri elmi ictimaiyyətin müzakirə mövzusudur. AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev bu gün postpandemiya dövründə Azərbaycan elminin qarşısında duran vəzifələrlə bağlı rəhbərlik etdiyi qurumda həyata keçirilməsi nəzərdə tutulan tədbirlər barədə açıqlama verib ...

AMEA prezidenti postpandemiya dövründə Azərbaycan elminin qarşısında duran vəzifələrlə bağlı açıqlama verib
[12.05.2020]

Tokio Universitetində koronavirusa qarşı dərmanın klinik sınaqlarına başlanılıb

Tokio Universitetinin tədqiqatçılar qrupu koronavirusa yoluxanların müalicəsi məqsədilə dərmanın kliniki sınaqlarına başlayıb.

nhk.or.jp saytının məlumatına görə, koronavirusa yoluxanların bir qismində qanın laxtalanması onların vəziyyətinin ağırlaşmasına səbəb olub. Buna görə də, sınaqlar zamanı əsasən, qanın laxtalanmasına səbəb olan kəskin pankreatit və digər xəstəliklərin müalicəsində tətbiq olunan nafamostat mezilatdan istifadə edilir. Bu dərman “Futhan” markası ilə satılır ...

Tokio Universitetində koronavirusa qarşı dərmanın klinik sınaqlarına başlanılıb
[09.05.2020]

Heydər Əliyev mövqeyi

Bütün böyük və müdrik dühalar kimi, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev də yaşadığı dövrün real mahiyyətini dərindən görmüş, özünün aydın siyasi mövqeyi, möhkəm iradəsi və uzaqgörənliyi ilə zamanı irəli aparmaq qüdrətinə malik olmuşdur.

Bu görkəmli dövlət xadimi heç vaxt zamanın arxası ilə getməmiş, əksinə, zamanı öz arxasınca aparmağı bacarmışdır. Heydər Əliyevin fəth etdiyi zaman tarixə çevrilmiş və həm də növbəti sabahlara yol açmışdır. Bu mənada Ulu Öndər Heydər Əliyev epoxası sadəcə Azərbaycan xalqının və dövlətinin yalnız fərqli tarixi deyil, həm də daha işıqlı sabahı deməkdir ...

 Heydər Əliyev mövqeyi
[08.05.2020]

Azərbaycanlı alimlərin koronavirusa dair məqaləsi beynəlxalq jurnalda çap olunub

AMEA-nın Radiasiya Problemləri İnstitutunun alimləri, professor Rövşən Xəlilov və biologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Nəsibovanın “Ətraf mühitdə yeni koronavirusun (COVID-19) yayılması, müqaviməti, ölümü və genetik müxtəlifliyinə ümumi baxış” adlı məqaləsi beynəlxalq “Advances in Biology & Earth Sciences” jurnalında dərc edilib ...

Azərbaycanlı alimlərin koronavirusa dair məqaləsi beynəlxalq jurnalda çap olunub
[07.05.2020]

Radiasiya Problemləri İnstitutunun alimlərinin məqalələri dərc olunub

AMEA-nın Radiasiya Problemləri İnstitutunun əməkdaşı, fizika üzrə fəlsəfə doktoru, dosent Fərid Əhmədovun “Geiger rejimli fotodiodlarının yeni fiziki modeli”, “Qamma spektrometr üçün ssintilyator və MAPD matrisi”, “Silisium fotoelektron gücləndiricilərin aşağı temperaturda işləməsi”, “Ağır nüvələrin parçalanmasında T-odd asimmetryasını ölçmək üçün qurğu” və “Silisium fotoelektron gücləndiricilər: Statusu və perspektivləri” adlı 5 məqaləsi dərc olunub ...

Radiasiya Problemləri İnstitutunun alimlərinin məqalələri dərc olunub
[04.05.2020]

Azərbaycan alimi onlayn beynəlxalq konfransda iştirak edib

AMEA-nın Radiasiya Problemləri İnstitutunun Radiokimya laboratoriyasının rəhbəri, kimya elmləri doktoru Xaqani Məmmədov onlayn beynəlxalq konfransda iştirak edib ...

Azərbaycan alimi onlayn beynəlxalq konfransda iştirak edib
[01.05.2020]

“Elm haqqında” və “Peşə təhsili haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə AR Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alır:

“Elm haqqında” və “Peşə təhsili haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə AR Qanunu
[01.05.2020]

Akademik Ramiz Mehdiyev onlayn müşavirə keçirib

AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin rəhbərliyi ilə onlayn müşavirə keçirilib.

Tədbirdə AMEA Rəyasət Heyətinin üzvləri, Rəyasət Heyəti aparatının idarə və şöbələrinin rəhbərləri iştirak ediblər ...

Akademik Ramiz Mehdiyev onlayn müşavirə keçirib
[03.05.2020]

Milli birlik və vətəndaş həmrəyliyi

Son illər ölkəmizdə bütün sahələr üzrə aparılan uğurlu islahatlar öz bəhrəsini verməkdədir.

2020-ci ilin islahatlar ili elan edilməsi, eləcə də bununla bağlı atılan ardıcıl və qətiyyətli addımlar, həmçinin gənc kadrların mühüm dövlət işlərinə cəlb edilməsi dövrün tələbləri ilə uzlaşan müasir idarəetmə siyasətinin bərqərar olması, xüsusən gənclərə göstərilən etimad baxımından göz oxşayır. Aparılan iqtisadi və siyasi dəyişikliklər, daxili və xarici siyasətdə əldə olunan uğurlar vətəndaşlarımızı nə qədər sevindirsə də, düşmənlərimizi ziyadəsi ilə təşvişə salır ...

 Milli birlik və vətəndaş həmrəyliyi
[28.04.2020]

Azərbaycanlı alimin məqaləsi yüksək impakt faktorlu jurnalda dərc olunub

AMEA-nın Radiasiya Problemləri İnstitutunun professor Rövşən Xəlilovun həmmüəllifi olduğu məqalə yüksək impakt faktorlu jurnalda dərc olunub.

Tibb sahəsində dünyanın ən nüfuzlu jurnallarından biri olan “Nature Medicine”də nəşr olunan “2000-2017-ci illərdə aşağı və orta gəlirli ölkələrdə uşaq yaşlarında artıq çəki və çəki azlığı hallarının lokal modelinin xəritələşməsi” adlı məqalə böyük maraqla qarşılanıb ...

Azərbaycanlı alimin məqaləsi yüksək impakt faktorlu jurnalda dərc olunub
[28.04.2020]

AMEA-nın müxbir üzvü İslam Mustafayev beynəlxalq video-konfransda iştirak edib

AMEA-nın Radiasiya Problemləri İnstitutunun Enerjiqənaətedici radiasiya prosesləri laboratoriyasının rəhbəri, eləcə də BMT-nin “Ətraf mühit” Proqramının eksperti, AMEA-nın müxbir üzvü İslam Mustafayev beynəlxalq video-konfransda iştirak edib ...

AMEA-nın müxbir üzvü İslam Mustafayev beynəlxalq video-konfransda iştirak edib
[28.04.2020]

Radiasiya Problemləri İnstitutunun apardıqları çoxsaylı təcrübələrin nəticələri beynəlxalq jurnallarda dərc olunub

AMEA-nın Radiasiya Problemləri İnstitutunun əməkdaşları koronavirus pandemiyası ilə əlaqədar tətbiq olunmuş karantin rejimi dövründə sosial izolyasiya şəraitində fəaliyyət göstərirlər ...

Radiasiya Problemləri İnstitutunun apardıqları çoxsaylı təcrübələrin nəticələri beynəlxalq jurnallarda dərc olunub
[23.04.2020]

Radiasiya Problemləri İnstitutu iş rejimini mövcud şəraitə uyğunlaşdırıb

Bu gün bütün dünyanı narahat edən koronavirus epidemiyası səbəbindən AMEA alimləri “Evdə qal” kampaniyasına qoşularaq elmi fəaliyyətlərini onlayn şəkildə davam etdirirlər. AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin müvafiq sərəncamına əsasən, Radiasiya Problemləri İnstitutu da iş rejimini mövcud şəraitə uyğunlaşdıraraq məsafədən həyata keçirir ...

Radiasiya Problemləri İnstitutu iş rejimini mövcud şəraitə uyğunlaşdırıb
[18.03.2020]

Novruz bayramınız mübarək !

Hörmətli həmkarlar!

Sizi xalqımızın qarşıdan gələn milli bayramı, Novruz bayramı münasibəti ilə ürəkdən təbrik edir, Sizə can sağlığı, uzun ömür, ölkəmizin tərəqqisi və çiçəklənməsi naminə səmərəli fəaliyyətinizdə uğurlar, ailənizə xoşbəxtlik, firavanlıq, süfrələrinizə bol ruzi və xeyir-bərəkət arzulayıram.

Novruz bayramınız mübarək!

Hörmətlə,

Oqtay Səmədov
AMEA-nın Radiasiya Problemləri
İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor

Novruz bayramınız mübarək !