RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[20.02.2020]

AMEA-da Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb

Fevralın 20-də AMEA-nın Azad Həmkarlar İttifaqı və Qadınlar şurasının birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunan tədbir keçirilib.

AMEA-nın Əsas binasında baş tutan tədbir Xocalı soyqırımı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb ...

AMEA-da Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb
[20.02.2020]

AMEA-nın Azad Həmkarlar İttifaqı hesabat verib

Fevralın 20-də AMEA-nın Əsas binasında Azad Həmkarlar İttifaqının (AHİ) Məclisinin növbəti iclası keçirilib.

İclasda qurumun sədri, hüquq elmləri doktoru, professor Habil Qurbanov rəhbərlik etdiyi təşkilatın 2019-cu ilə dair hesabatını təqdim edib. Bildirib ki, ötən il elmi fəaliyyətlə məşğul olan şəxslərə dəstək vermək, onların əməyini qiymətləndirmək, maddi-sosial problemlərini həll etmək, o cümlədən mədəni-kütləvi mərasimlərdə iştirakını, asudə vaxtlarını səmərəli keçirmələrini təmin etmək məqsədilə bir sıra tədbirlər həyata keçirilib ...

AMEA-nın Azad Həmkarlar İttifaqı hesabat verib
[19.02.2020]

AMEA-da Ali Attestasiya Komissiyasının sədri Famil Mustafayevlə görüş keçirilib

Fevralın 19-da AMEA-da Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri Famil Mustafayevlə görüş keçirilib.

Görüşdə AMEA rəhbərliyi, akademiyanın elmi müəssisə və təşkilatlarının elmlər doktoru və fəlsəfə doktoru dissertasiyalarının müdafiəsini keçirən Dissertasiya şuralarının sədrləri və bu şuraların elmi katibləri iştirak ediblər ...

AMEA-da Ali Attestasiya Komissiyasının sədri Famil Mustafayevlə görüş keçirilib
[19.02.2020]

Yeni Azərbaycan Partiyası AMEA ərazi partiya təşkilatının ilk konfransı keçirilib

Fevralın 19-da AMEA-da Yeni Azərbaycan Partiyası (YAP) ərazi partiya təşkilatının ilk konfransı keçirilib.

Konfransda AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev, YAP Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov, AMEA-nın birinci vitse-prezidenti, akademik İsa Həbibbəyli, AMEA-nın vitse-prezidenti, akademik Rasim Əliquliyev, elmi müəssisələr üzrə ərazi təşkilatlarının sədrləri və digər aidiyyatı əməkdaşlar iştirak ediblər ...

Yeni Azərbaycan Partiyası AMEA ərazi partiya təşkilatının ilk konfransı keçirilib
[19.02.2020]

İnstitutda Mülki müdafiə məşqi keçirilib

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Radiasiya Problemləri İnstitutunda (RPİ) cari ilin “Tədbirlər planına” əsasən “Rəhbər heyətin mülki müdafiə məşqi” keçirilib. “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda keçirilmiş tədbirdə İnstitutun rəhbərliyi və əməkdaşları, həmçinin Yasamal rayonu üzrə Fövqəladə hallar şöbəsinin rəisi, polkovnik-leytenant İlqar Səfərov iştirak ediblər ...

İnstitutda Mülki müdafiə məşqi keçirilib
[18.02.2020]

Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin iclasında prioritet məsələlər müzakirə olunub

Fevralın 18-də AMEA-nın Rəyasət Heyətində Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin (FRTEB) Ümumi yığıncağı keçirilib.

Əvvəlcə bölmənin üzvü olmuş mərhum akademik Bahadır Tağıyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib ...

Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin iclasında prioritet məsələlər müzakirə olunub
[18.02.2020]

Magistraturaya qəbul imtahanı fevralın 23-də keçiriləcək

Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul imtahanı fevralın 23-də keçiriləcək.

“İmtahana buraxılış vərəqəsi”ni çap etmək üçün www.e-gov.az/az/services/read/ linkinə daxil olmaq lazımdır.

Magistraturaya qəbul imtahanı fevralın 23-də keçiriləcək
[17.02.2020]

“Elm” qəzetinin yeni sayı çapdan çıxıb

AMEA Rəyasət Heyətinin mətbu orqanı olan “Elm” qəzetinin növbəti nömrəsi işıq üzü görüb ...

“Elm” qəzetinin yeni sayı çapdan çıxıb
[14.02.2020]

“Elm və həyat” jurnalının Redaksiya heyətinin yeni tərkibi təsdiqlənib

AMEA-nın “Elm və həyat” jurnalının zəngin ənənələrinin müasir dövrün elmi-kütləvi nəşr tələblərinə uyğun, yüksək poliqrafik tərtibatda davam etdirilməsi məqsədilə Redaksiya heyətinin tərkibində dəyişiklik edilib ...

“Elm və həyat” jurnalının Redaksiya heyətinin yeni tərkibi təsdiqlənib
[14.02.2020]

AMEA Rəyasət Heyətinin iclasında bir sıra mühüm məsələlər müzakirə olunub

Fevralın 14-də AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib.

AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev tədbiri giriş sözü ilə açaraq gündəlikdəki məsələləri iştirakçıların diqqətinə çatdırıb ...

AMEA Rəyasət Heyətinin iclasında bir sıra mühüm məsələlər müzakirə olunub
[14.02.2020]

Radiasiya Problemləri İnstitutunun və Fizika institutunun alimlərinin birgə rəhbərlik etdiyi şagirdlər “Sabahın alimləri” IX Respublika müsabiqəsində bürünc medal qazanıblar

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunun və Fizika İnstitutunun alimlərinin birgə rəhbərlik etdiyi şagirdlər “Sabahın alimləri” IX Respublika müsabiqəsində qalib olublar ...

Radiasiya Problemləri İnstitutunun və Fizika institutunun alimlərinin birgə rəhbərlik etdiyi şagirdlər “Sabahın alimləri” IX Respublika müsabiqəsində bürünc medal qazanıblar
[14.02.2020]

Alimlərimizin rəhbərlik etdiyi şagirdlər qalib olub

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunun alimlərinin rəhbərlik etdiyi şagirdlər “Sabahın alimləri” IX Respublika müsabiqəsində qalib olublar.

Respublika miqyasında keçirilən müsabiqədə RPİ-nin əməkdaşları - fizika-riyaziyyat elmlər doktoru, professor Rövşən Xəlilov və biologiya elmlər namizədi, dosent Aygün Nəsibovanın rəhbərliyi ilə Bakı Avropa Liseyinin 10-cu sinif şagirdləri olan İsgəndər Yusifzadə və Nigar Əlizadə “Dəmir oksidi nanohissəciklərinin xərçəng əleyhinə terapiyada tətbiqi: hipertermiya və immunoterapiya” adlı layihəsinə görə “Tibb və sağlamlıq” nominasiyası üzrə ikinci yerə layiq görülüb ...

Alimlərimizin rəhbərlik etdiyi şagirdlər qalib olub
[13.02.2020]

Azərbaycanda vahid məlumat bazasının yaradılmasına dair müzakirələr aparılıb

AMEA-nın birinci vitse-prezidenti, akademik İbrahim Quliyev Avropa Komissiyasının nümayəndəsi, Sosial İnnovasiyalar Mərkəzinin layihə meneceri Martin Feliks Qajdusek ilə görüşüb.

Görüşdə akademik İbrahim Quliyev AMEA-da müxtəlif elm sahələri üzrə aparılan tədqiqatlar, elm və təhsilin inteqrasiyası, elmin kommersiyalaşması istiqamətində görülən işlər barədə məlumat verib. O, bu elm ocağının CERN, Birləşmiş Nüvə Tədqiqatları İnstitutu (Dubna) və digər nüfuzlu elm mərkəzlərilə sıx əməkdaşlığından söz açaraq, ölkə alimlərinin müxtəlif beynəlxalq proqram və layihələrdə fəal iştirak etdiyini bildirib ...

Azərbaycanda vahid məlumat bazasının yaradılmasına dair müzakirələr aparılıb
[13.02.2020]

AMEA-da Beynəlxalq Ana Dili Günü qeyd olunacaq

Fevralın 19-da saat 11:00-da AMEA-nın Əsas binasında Beynəlxalq Ana Dili Gününə həsr olunan elmi sessiya keçiriləcək.

Nəsimi adına Dilçilik İnstitutu tərəfindən təşkil olunacaq tədbirdə "Ana dilimizi - Azərbaycan dilini dünyada tanıdaq", "Azərbaycan dilinin poetik imkanları", "Ana dili mənəvi varlığımızdır" və digər mövzularda məruzələr dinləniləcək, müzakirələr aparılacaq.

Ünvan: Bakı şəh., H.Cavid prospekti, 117

AMEA-da Beynəlxalq Ana Dili Günü qeyd olunacaq