RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[12.02.2020]

AMEA-da İqtisadiyyat naziri Mikayıl Cabbarovla görüş keçirilib

Fevralın 12-də AMEA-da Akademiya əməkdaşlarının Azərbaycan Respublikasının İqtisadiyyat naziri Mikayıl Cabbarovla görüşü keçirilib.

AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev giriş sözü ilə çıxış edərək son vaxtlarda Akademiyada bir sıra dövlət nümayəndələri ilə görüşlərin keçirildiyini, müxtəlif qurumlarla birgə layihələr həyata keçirməyi nəzərdə tutan əməkdaşlıq əlaqələrinin yaradıldığını bildirib. O, bu cür görüşlərin təşkilində başlıca məqsədin AMEA-nın mövcud potensialını, alimlərimizin əldə etdikləri mühüm nəticələri əməli baxımdan ölkədə quruculuq prosesinə, iqtisadiyyata inteqrasiya etmək, ölkəmizin hərtərəfli inkişafında elmi qurumların layiqli iştirakını təmin etməkdən ibarət olduğunu diqqətə çatdırıb ...

AMEA-da İqtisadiyyat naziri Mikayıl Cabbarovla görüş keçirilib
[12.02.2020]

AMEA Rəyasət Heyəti aparatının yeni strukturu təsdiqlənib

AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin apardığı genişmiqyaslı struktur islahatları çərçivəsində AMEA Rəyasət Heyəti aparatının yeni strukturu təsdiqlənib.

Bu məqsədlə akademik Ramiz Mehdiyev Rəyasət Heyəti aparatının yeni təsdiq edilmiş struktur rəhbərlərini qəbul edib ...

AMEA Rəyasət Heyəti aparatının yeni strukturu təsdiqlənib
[11.02.2020]

Fevralın 11-i Beynəlxalq Qadın və Qızların Elmdə İştirakı Günüdür

Birləşmiş Millətlər Təşkilatı (BMT) Baş Assambleyasının 2015-ci il dekabrın 22-də qəbul etdiyi qətnamə ilə fevralın 11-i Beynəlxalq Qadın və Qızların Elmdə İştirakı Günü elan edilib.

Bu günün qeyd edilməsində məqsəd qadın və qızların cəmiyyətdə rolunun, həmçinin onların elmi və texnoloji sahələrdə fəal iştirakının təmin olunmasıdır ...

Fevralın 11-i Beynəlxalq Qadın və Qızların Elmdə İştirakı Günüdür
[10.02.2020]

İnstitutda maarifləndirici tədbir keçirilib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunda (RPİ) maarifləndirici tədbir keçirilib.

İnstitutun Həmkarlar Təşkilatının təşəbbüsü ilə keçirilən və “Koronovirus xəstəliyi və ona qarşı ilkin proflaktiki tədbirlərin görülməsi”nə həsr olunmuş tədbirdə İnstitut əməkdaşları və Yasamal rayonu Gigiyena və Epidemiologiya Mərkəzinin (GEM) müxtəlif sahələr üzrə təyin olunmuş mütəxəssis həkimləri - Kəmalə Cəlilova və Şəfa Nuriyeva iştirak edib ...

İnstitutda maarifləndirici tədbir keçirilib
[07.02.2020]

AMEA-nın Yer Elmləri Bölməsinin elmi-tədqiqat institutlarının fəaliyyəti yüksək qiymətləndirilib

Fevralın 7-də AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib.

Əvvəlcə AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə təltif olunmuş – Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev və Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədova “Şöhrət” ordenlərini, “Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif olunmuş – akademiklər Akif Əlizadə, Ramiz Məmmədov, Telman Əliyev, Nazim Məmmədov, Vaqif Fərzəliyev, Vaqif Abbasov, AMEA-nın müxbir üzvləri Qurban Yetirmişli, Misir Mərdanov, Oktay Qasımov, Oqtay Səmədov və Bəxtiyar Məmmədova yubiley medallarını təqdim edib ...

AMEA-nın Yer Elmləri Bölməsinin elmi-tədqiqat institutlarının fəaliyyəti yüksək qiymətləndirilib
[07.02.2020]

Azərbaycan ilə Rusiya arasında elmi əməkdaşlıq perspektivləri müzakirə olunub

AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev Rusiya Federasiyası Prezidentinin Beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy ilə görüşüb.

Akademiyanın Rəyasət Heyətində baş tutan görüşdə AMEA-nın birinci vitse-prezidenti, akademik İsa Həbibbəyli və Rusiyanın Azərbaycandakı səfirinin müşaviri İqor Yeronin də iştirak ediblər ...

Azərbaycan ilə Rusiya arasında elmi əməkdaşlıq perspektivləri müzakirə olunub
[06.02.2020]

İnstitutda Elmi Şuranın növbəti iclası keçirilib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunun (RPİ) Elmi Şurasının növbəti iclası keçirilib.

İclasda çıxış edən İnstitutun direktoru, AMEA-nın müxbir üzvü, professor Oqtay Səmədov iclas iştirakçılarını Gündəlikdəki məsələlərlə tanış edib ...

İnstitutda Elmi Şuranın növbəti iclası keçirilib
[05.02.2020]

AMEA-da Azərbaycan Əsilli Alimlərin Assosiasiyası yaradılacaq

AMEA Rəyasət Heyətinin fevralın 5-də keçirilmiş iclasında xaricdə fəaliyyət göstərən Azərbaycan Əsilli Alimlərin Assosiasiyasının yaradılması məsələsi müzakirə olunub.

Mövzu ilə bağlı çıxış edən AMEA-nın akademik-katibi, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov bildirib ki, ölkələrarası əlaqələrin sürətli inkişafı, dünyada qlobal problemlərin mövcudluğu və elmi inteqrasiyanın getdikcə daha da genişlənməsi alimlərin ortaq fəaliyyətini şərtləndirir ...

AMEA-da Azərbaycan Əsilli Alimlərin Assosiasiyası yaradılacaq
[03.02.2020]

AMEA Rəyasət Heyətində bir sıra dövlət rəsmiləri ilə görüş keçirilib

AMEA Rəyasət Heyətində Azərbaycan Respublikası Prezidentinin İqtisadi islahatlar üzrə köməkçisi Natiq Əmirov, Maliyyə naziri Samir Şərifov, Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev ilə görüş keçirilib.

Rəyasət Heyətinin üzvlərinin iştirak etdiyi tədbirdə AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev dövlət rəsmilərini salamlayaraq, son aylar AMEA-da aparılan islahatlar, struktur dəyişiklikləri, yenidənqurma işləri, eləcə də perspektivdə görüləcək işlər barədə ətraflı məlumat verib. AMEA rəhbəri dövlət proqramlarının icrası, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən verilən tövsiyə və tapşırıqların yerinə yetirilməsi üzrə görülən işlərdən danışaraq, ölkə iqtisadiyyatının daha da inkişaf etdirilməsi istiqamətində Akademiya alimlərinin üzərinə düşən vəzifələrdən bəhs edib. Akademik Ramiz Mehdiyev dövlət başçısı tərəfindən AMEA kollektivi qarşısında qoyulan vəzifə və tapşırıqların yüksək işgüzarlıqla yerinə yetiriləcəyinə inamını bildirib ...

AMEA Rəyasət Heyətində bir sıra dövlət rəsmiləri ilə görüş keçirilib
[03.02.2020]

“Elm” qəzetinin yeni sayında maraqlı məqalələr yer alıb

AMEA Rəyasət Heyətinin mətbu orqanı olan “Elm” qəzetinin növbəti nömrəsi işıq üzü görüb.

Çoxsaylı nəşrlər sırasında özünəməxsus yeri olan və öz dəst-xətti ilə seçilən qəzetin ilk səhifəsində AMEA Rəyasət Heyətində Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, eləcə də Hesablama Palatasının sədri Vüqar Gülməmmədovla keçirilən görüşlər yer alıb.

“Elm” qəzetinin yeni sayında maraqlı məqalələr yer alıb
[03.02.2020]

AMEA-nın gənc mütəxəssisləri Gənclər və İdman Nazirliyi tərəfindən mükafatlandırılıb

2 fevral - Azərbaycan Gəncləri Günü münasibətilə Beynəlxalq Muğam Mərkəzində Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə istedadlı və yaradıcı gənclərin mükafatlandırılması mərasimi keçirilib.

Tədbirdə 2019-cu ildə yüksək fəallığı ilə seçilən gənclər və gənclər təşkilatları mükafatlandırılıblar ...

AMEA-nın gənc mütəxəssisləri Gənclər və İdman Nazirliyi tərəfindən mükafatlandırılıb
[03.02.2020]

“Magistr” jurnalının 2-ci nömrəsi çapdan çıxıb

“Magistr” jurnalının 2-ci nömrəsi çapdan çıxıb.

Jurnalın bu nömrəsində 2020/2021-ci tədris ili üzrə ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul haqqında elanın tam mətni, “Şəxsi kabinet”in yaradılması və istifadə qaydası, müsabiqə şərtləri, “Bakalavrın elektron ərizəsi” formasının doldurulma qaydası və onun nümunəsi, magistratura səviyyəsinə qəbul imtahanına hazırlaşan bakalavrlara kömək məqsədilə ümumi intellekt səviyyəsini (məntiqi təfəkkürü), informatika üzrə bilikləri, xarici dilləri bilmə səviyyəsini yoxlayan test tapşırığı nümunələri dərc edilib ...

“Magistr” jurnalının 2-ci nömrəsi çapdan çıxıb
[03.02.2020]

Daim axtarışda olan aparıcı qüvvə

Azərbaycanda gənclər gününün təsis edilməsindən düz 23 il ötür. Bu mühüm hadisəyə tarixi nöqteyi-nəzərdən yanaşsaq, heç şübhəsiz ki, respublikamızda bir çox ilklərin təməlini qoyan, müasir Azərbaycanın banisi olan Ümummilli Lider Heydər Əliyevin bu məsələdə qətiyyətini və gələcəyi görmə kimi fenomen xüsusiyyətini yada salmamaq mümkün deyil ...

Daim axtarışda olan aparıcı qüvvə
[03.02.2020]

"2 fevral - Gənclər Günü"ndə istedadlı və yaradıcı gənclər mükafatlandırıldı

Fevralın 2-də Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Gəncləri Günü münasibətilə istedadlı və yaradıcı gənclərin mükafatlandırılması mərasimi keçirilib ...

 "2 fevral - Gənclər Günü"ndə istedadlı və yaradıcı gənclər mükafatlandırıldı