RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[24.01.2020]

İnstitutda növbəti elmi seminar keçirilib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunda (RPİ) növbəti elmi seminar keçirilib.

Seminarda İnstitutun “Ətraf Mühitin Radiasiya Kimyası” laboratoriyasının baş elmi işçisi, fizika üzrə fəlsəfə doktoru, Məhəmməd Bayramov “EPR spektrometrin proqram təminatı və onun tarixləndirmə metodunda tətbiqi” mövzusunda məruzə ilə çıxış edib ...

İnstitutda növbəti elmi seminar keçirilib
[24.01.2020]

AMEA-da Hesablama Palatasının sədri ilə görüş keçirilib

Akademiyanın Rəyasət Heyətində AMEA əməkdaşlarının Azərbaycan Respublikası Hesablama Palatasının sədri Vüqar Gülməmmədovla görüşü keçirilib.

Tədbiri giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev görüşün Azərbaycan Respublikasının daimi fəaliyyət göstərən dövlət büdcə-maliyyə nəzarəti orqanının sədri Vüqar Gülməmmədovun Akademiya əməkdaşlarını maraqlandıran sualları cavablandırmaq və əməkdaşlara tövsiyələrini vermək məqsədilə təşkil olunduğunu diqqətə çatdırıb ...

AMEA-da Hesablama Palatasının sədri ilə görüş keçirilib
[23.01.2020]

Milli Kitabxanada “Azərbaycan Milli Elmlər Akademiyası – 75” adlı sərgi açılıb

Yanvarın 23-də Azərbaycan Milli Kitabxanasında “Azərbaycan Milli Elmlər Akademiyası – 75” adlı kitab sərgisi açılıb ...

Milli Kitabxanada “Azərbaycan Milli Elmlər Akademiyası – 75” adlı sərgi açılıb
[23.01.2020]

“Magistr” xüsusi buraxılışının 1-ci nömrəsi çapdan çıxıb

Dövlət İmtahan Mərkəzi tərəfindən “Magistr” xüsusi buraxılışının 1-ci nömrəsi nəşr olunub ...

“Magistr” xüsusi buraxılışının 1-ci nömrəsi çapdan çıxıb
[23.01.2020]

AMEA ilə TÜBİTAK-ın birgə elan etdiyi müsabiqəyə dair maarifləndirici seminar keçirilib

Yanvarın 23-də AMEA-nın Əsas binasında Azərbaycan Milli Elmlər Akademiyası və Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurası (TÜBİTAK) arasında imzalanmış əməkdaşlıq sazişi üzrə müştərək proqram çərçivəsində elan olunan müsabiqəyə dair məlumatlandırma seminarı keçirilib ...

AMEA ilə TÜBİTAK-ın birgə elan etdiyi müsabiqəyə dair maarifləndirici seminar keçirilib
[23.01.2020]

YAP AMEA Rəyasət Heyəti ilk ərazi təşkilatının iclası keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) AMEA Rəyasət Heyəti ilk ərazi təşkilatının iclası keçirilib. Tədbirdə təşkilati məsələlərə baxılıb ...

YAP AMEA Rəyasət Heyəti ilk ərazi təşkilatının iclası keçirilib
[23.01.2020]

Çində dünyanın ən böyük teleskopu işə salınıb

Çində dünyanın ən böyük “FAST” adlı teleskopu rəsmi olaraq istifadəyə verilib.

hightech.fm saytının məlumatına görə, Quayçjou əyalətində yerləşən teleskop pulsarların (yüksək maqnitləşmiş, böyük sürətlə fırlanan neytron ulduz) axtarışı və tədqiqi ilə məşğul olacaq. Artıq iki pulsar sınaqlar zamanı “FAST” tərəfindən 2017-ci ilin avqustunda kəşf edilib. Diametri 500 metr təşkil edən teleskop tədqiqatlar zamanı səthin 300 metrindən istifadə edir ...

Çində dünyanın ən böyük teleskopu işə salınıb
[22.01.2020]

AMEA Rəyasət Heyətinin iclası keçirilib

Yanvarın 22-də AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib.

Əvvəlcə AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev “Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif olunmuş – Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli, Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu, Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov və Memarlıq və İncəsənət İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Ərtegin Salamzadəyə yubiley medallarını təqdim edib ...

AMEA Rəyasət Heyətinin iclası keçirilib
[22.01.2020]

Doktorantura, dissertantura və magistraturaya qəbul olmaq istəyənlərin nəzərinə

Doktorantura və dissertanturaya qəbul olmaq istəyən namizədlər üçün xarici dil imtahanı yanvarın 26-da keçiriləcək. Ai təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul olmaq istəyənlər isə fevralın 23-də imtahan verəcəklər ...

Doktorantura, dissertantura və magistraturaya qəbul olmaq istəyənlərin nəzərinə
[22.01.2020]

Ötən il yüksək nəticələrlə başa vuruldu

Son illər Azərbaycanda yüksək səviyyədə həyata keçirilən gənclər siyasətinin nəticələri özünü gənc nəslin müxtəlif sahələrdəki aktiv fəaliyyətləri, həmçinin əldə olunan davamlı uğurları ilə büruzə verməkdədir. Prezident İlham Əliyevin bu istiqamətdə müəyyənləşdirdiyi siyasi xəttin əsas məqamlarını innovativ fəaliyyətə istiqamətləndirən davamlı proqramların reallaşdırılması və Azərbaycanın gələcək inkişafı naminə hədəflərimizin gerçəkləşdirilməsi üçün aparıcı qüvvəyə çevrilə bilən gənc nəslin yetişdirilməsi təşkil edir ...

Ötən il yüksək nəticələrlə başa vuruldu
[21.01.2020]

Türkiyə 2020-2021-ci tədris ili üzrə təqaüd proqramı elan edib

Türkiyə Respublikası tərəfindən 2020-2021-ci tədris ili üzrə təqaüd proqramı elan olunub.

Təqaüd proqramı bakalavriat, magistratura və doktorantura səviyyələrini əhatə edir. Proqramda iştirak üçün sənədlərin qəbulu İnternet səhifəsində göstərilən qaydada həyata keçirilir. Sənədlər fevralın 20-dək qəbul ediləcək ...

Türkiyə 2020-2021-ci tədris ili üzrə təqaüd proqramı elan edib
[21.01.2020]

Ayda oksigenin alınmasına imkan verən qurğunun prototipi hazırlanıb

Avropa Kosmik Agentliyinin mühəndisləri gələcək kolonistlərin Ayda oksigen əldə etməsi üsulunu fikirləşiblər. Belə ki, onlar Ay reqolitini (qayaları örtən heterogen material) yenidən emal edəcəklər ...

Ayda oksigenin alınmasına imkan verən qurğunun prototipi hazırlanıb
[20.01.2020]

Elmi ictimaiyyətin nümayəndələri Şəhidlər xiyabanını ziyarət ediblər

Qanlı 20 Yanvar faciəsinin otuzuncu ildönümü ilə əlaqədar AMEA Rəyasət Heyətinin üzvləri, aparatın struktur bölmələrinin rəhbərləri, o cümlədən institut və təşkilatların nümayəndələri yanvarın 20-də - Ümumxalq Hüzn Günündə Şəhidlər xiyabanını ziyarət ediblər ...

Elmi ictimaiyyətin nümayəndələri Şəhidlər xiyabanını ziyarət ediblər
[17.01.2020]

AMEA-nın İşlər idarəsinin yeni müdiri kollektivə təqdim edilib

AMEA prezidentinin 16 yanvar 2020-ci il tarixli sərəncamı ilə Azərbaycan Milli Elmlər Akademiyası İşlər idarəsinin müdiri təyin olunmuş texnika elmləri doktoru, professor Elton Məmmədov yanvarın 17-də AMEA-nın akademik-katibi, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov tərəfindən Rəyasət Heyətinin kollektivinə təqdim edilib ...

AMEA-nın İşlər idarəsinin yeni müdiri kollektivə təqdim edilib