RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[12.09.2023]

Radiasiya Problemləri İnstitutunun Ümumi iclası keçirilib

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutunun Ümumi iclası keçirilib.

Giriş sözü ilə çıxış edən İnstitutun Baş direktoru, AMEA-nın müxbir üzvü, professor İslam Mustafayev Gündəlikdəki məsələləri iclas iştirakçılarının diqqətinə çatdırıb.

İclasda əvvəlcə yeni iş mövsümü ilə əlaqədar əməkdaşları təbrik edən İ.Mustafayev onlara səmərəli elmi fəaliyyətlərində yeni uğurlar arzu edib.

Sonra “Radiokimya və Radioprotektorlar” laboratoriyasının rəhbəri, kimya elmləri doktoru, dosent Xaqani Məmmədov elmi ekspedissiyalardakı mühüm nailiyyətlərinə və aktiv fəaliyyətinə görə, həmçinin 60 illik yubileyi münasibətilə institutun Beynəlxalq əlaqələr şöbəsinin əməkdaşı, fizika-riyaziyyat elmləri namizədi İbrahim Qabulov Fəxri Fərmanla təltif edilib.

Radiasiya Problemləri İnstitutunun Ümumi iclası keçirilib
[08.09.2023]

Akademik M.K.Kərimovun 75 illiyi nə həsr olunmuş “Radiasiya təhlükəsizliyi problemləri: Regional aspektlər”adlı konfrans keçiriləcək

Düz on il bundan öncə son mənzilə yola saldığımız AMEA-nın 13 il prezidenti olmuş, 17 il AMEA Radiasiya Problemləri İnstitutuna rəhbərlik etmiş akademik Mahmud Kərimovun bu il 75 yaşı tamam olur. Respublika elminin köklü və aktual istiqamətlərinin inkişafı, elmi kadrların hazırlanması, elmin maddi-texniki bazasının möhkəmləndirilməsində böyük xidmətlər göstərmiş, “Şöhrət” Orden”li akademik M.K.Kərimovun mənalı ömrünün 30 ilini çalışdığı İnstitut bu il 18-19 oktyabr 2023-cü il tarixlərində akademik M.K.Kərimovun 75 illiyi nə həsr olunmuş “RADİASİYA TƏHLÜKƏSİZLİYİ PROBLEMLƏRİ: REGİONAL ASPEKTLƏR” adlı konfrans keçirməyi planlaşdırır. Konfrans M.K.Kərimovun ata yurdu Naxçıvanda Naxçıvan Dövlət Universiteti ilə birgə keçiriləcəkdir.

Akademik M.K.Kərimovun 75 illiyi nə həsr olunmuş “Radiasiya təhlükəsizliyi problemləri: Regional aspektlər”adlı konfrans keçiriləcək
[22.08.2023]

Kimyaçı alimin rəhbərliyi altında şagirdlərin hazırladığı layihə qızıl medal qazanıb

Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutunun Polimerlərin radiasiya kimyası və texnologiyası laboratoriyasının elmi işçisi, kimya üzrə fəlsəfə doktoru Rəna Xankişiyevanın rəhbərliyi altında şagirdlərin hazırladığı layihə beynəlxalq olimpiadalarda birincilik qazanıb.

Kimyaçı alimin rəhbərliyi altında şagirdlərin hazırladığı layihə qızıl medal qazanıb
[14.08.2023]

Radiasiya Problemləri İnstitutu Ege Universiteti ilə əməkdaşlıq müqaviləsi imzalayıb

Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutu ilə Türkiyənin Ege Universiteti arasında ikitərəfli əməkdaşlığa dair anlaşma Memorandumu imzalanıb.

Memorandumda tərəflər arasında əməkdaşlıq, akademik və mədəni əlaqələrin inkişaf etdirilməsi nəzərdə tutulur. Ege Universiteti nəzdində fəaliyyət göstərən Nüvə Araşdırmalar İnstitutunda radiasiya monitorinqi, radiasiya təhlükəsizliyi, nüvə fizikası və Radiasiya Problemləri İnstitutu ilə eyni olan digər istiqamətlərdə araşdırmaların davam etdirilməsi nəzərdə tutulur. 2022-ci ilin oktyabrında Radiasiya Problemləri İnstitutunun 3 əməkdaşı sözügedən institutun Quş adasında təşkil etdiyi “Nüvə elmləri və texnologiyaları” üzrə beynəlxalq konfransda məruzə ilə çıxış ediblər.

Radiasiya Problemləri İnstitutu Ege Universiteti ilə əməkdaşlıq müqaviləsi imzalayıb
[26.07.2023]

Quramalarda əbədiləşən bir kimyaçı ömrü başa çatmışdır

İçərişəhərdə, üzərində tarixin izləri qalan qədim bir evdə alimlər ailəsində dünyaya göz açan kimya elmləri namizədi, dosent Xalidə xanım bu gün əbədi olaraq dünyaya göz yummuş, 77 illik ömrünü ad günü ərəfəsində başa vurmuşdur.

Azərbaycan Milli Elmlər Akademiyasının Neft-kimya Prosesləri İnstitutunda, Sumqayıt Xlor-üzvi Birləşmələr İnstitutunda elmi karyerasına başlayan Xalidə Nəsirova neft kimyası və neft-kimyəvi sintez sahələrində dəyərli tədqiqatlara imza atmış, 10-dan çox beynəlxalq və yerli konfransda iştirak etmiş, 60-dan çox elmi əsərin, 13 patentin müəllifi olmuşdur. Onu tədqiqatları ikiqat əlaqələr ilə qoşulmuş aromatik dien karbohidrogenlərin alkinilləşdirilməsinə həsr olunmuşdur.

Xalidə xanım, ömrünün son 20 ilini Radiasiya Problemləri İnstitutunda karbohidrogenlərin radiasiya-kimyəvi çevrilmələri proseslərinin tədqiqinə həsr etmişdir. Tədqiqat proseslərində dəqiqliklə incələmək, dürüst və əsaslandırılmış nəticələr əldə etmək, həmçinin yüksək keyfiyyət təmin etmək X.Nəsirovanın kimyaçı kimi yaradıcılığının səciyyəvi cəhətləri idi.

Quramalarda əbədiləşən bir kimyaçı ömrü başa çatmışdır
[21.07.2023]

Radiasiya Problemləri İnstitutunun gənc alimi Fransada təcrübə keçəcək

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutunun gənc alimi Hacı Vahid Axundzadə Fransada qısamüddətli elmi təcrübə keçəcək.

Azərbaycan Elm Fondunun cari ildə elan edilmiş 10-cu “Mobillik qrantı” müsabiqəsində “Struktur biologiya və molekulyar dokinq” mövzusu üzrə qrant qazanmış gənc alimin təcrübəsi sentyabr-oktyabr aylarını əhatə edir və Nans şəhərində yerləşən Lorian Universitetində baş tutacaq.

Radiasiya Problemləri İnstitutunun gənc alimi Fransada təcrübə keçəcək
[10.07.2023]

Kosmik tətbiqlər üçün yeni HardGamm dedektor modolu hazırlanacaq

Neytron mənbəyi ilə birlikdə Ayın səthindəki suxurların hidrogen tərkibini (su və su buzu) araşdırmaq üçün istifadə ediləcək yeni HardGamm detektor modulları hazırlanacaq.

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutu, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin Nüvə Tədqiqatları Departamenti, həmçinin Çexiyanın Eksperimental və Tətbiqi Fizika İnstitutu və Qərbi Bohemiya Universiteti arasındakı əməkdaşlıq əsasında hazırlanacaq yeni HardGamm və HardPix detektorları məqsədəmüvafiq olaraq kosmik tətbiqlər üçün istifadə ediləcək.

Kosmik tətbiqlər üçün yeni HardGamm dedektor modolu hazırlanacaq
[10.07.2023]

Çexiyalı alimlər Radiasiya Problemləri İnstitutunda keçirilən seminarda iştirak edib

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutunda və İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin Nüvə Tədqiqatları Departamentində Çexiyalı alimlərin iştirakı ilə seminar keçirilib.

Maqnit Rezonans Tomoqrafiya/Pozitron Emissiya Tomoqrafiyası üçün yeni detektor modulunun müzakirə edildiyi seminarlarda LaBr, NaI, LSO və plastik sintilator ilə birbaşa MAPD massivindən alınan siqnalın formasını araşdırmaq kimi bəzi ölçmələrin aparıldığı diqqətə çatdırılıb. Bu nəticələrin isə Maqnit Rezonans Tomoqrafiya/Pozitron Emissiya Tomoqrafiyası üçün yeni detektor modulunun hazırlanmasında istifadə olunacağı bildirilib.

Çexiyalı alimlər Radiasiya Problemləri İnstitutunda keçirilən seminarda iştirak edib
[06.07.2023]

Azərbaycan elminə ağır itki üz verib

Tanınmış torpaqşünas alim, Radiasiya Problemləri İnstitutunun baş elmi işçisi, AMEA-nın müxbir üzvü Mahmud Abdullayev ömrünün 82-ci ilində vəfat etmişdir.

Mahmud Abdulla oğlu Abdullayev 30 iyun 1941-ci ildə Gəncə şəhərində anadan olmuşdur. 1962-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu (indiki Azərbaycan Dövlət Aqrar Universiteti) bitir­mişdir. 1964-cü ildə Azərbaycan SSR Kənd Təsərrüfatı Nazirliyinin ET Əkinçilik İnstitutunun aspiranturasına daxil olaraq 3 il müddətinə keçmiş SSRİ Elmlər Akademiyasının Moskvadakı Biofizika İnstitutunda radiobiologiya ixtisası üzrə aspiranturaya göndərilmişdir.

Mahmud Abdullayev 1980-ci ildə Moskva Dövlət Universitetində “Torpaqşünaslıq” ixtisası üzrə dissertasiya müdafiə edərək, biologiya elmləri namizədi elmi dərəcəsini, 1998-ci ildə AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitu­tunda dissertasiya müdafiə edərək kənd təsərrüfatı elmləri doktoru elmi dərəcəsi almışdır. 2007-ci ildə “Torpaqşünaslıq” ixtisası üzrə AMEA-nın müxbir üzvü seçilmişdir.

Azərbaycan elminə ağır itki üz verib
[25.06.2023]

QURBAN BAYRAMINIZ MÜBARƏK!

Hörmətli həmkarlar !

Sizi dünya müsəlmanlarının mənəvi birlik və həmrəylik rəmzi olan müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edirəm. Etdiyiniz dualar, kəsdiyiniz qurbanlar Tanrı dərgahında qəbul olunsun. Qoy bu bayram ailələrinizə xoşbəxtlik, süfrələrinizə xeyir-bərəkət gətirsin.

Qurban bayramınız mübarək olsun!

Hörmətlə,

İslam Mustafayev
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin
Radiasiya Problemləri İnstitutun Baş direktoru,
AMEA-nın müxbir üzvü, professor

QURBAN BAYRAMINIZ MÜBARƏK!
[22.06.2023]

Radiasiya Problemləri İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilib

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutunun (RPİ) Elmi Şurasının növbəti iclası keçirilib.

Giriş sözü ilə çıxış edən İnstitutun Baş direktoru, AMEA-nın müxbir üzvü, professor İslam Mustafayev Gündəlikdəki məsələləri iclas iştirakçılarının diqqətinə çatdırıb.

İclasda əvvəlcə İnstitutun gənc alimi – Quliyeva Nərmin Rafiq qızına “Fəlsəfə doktoru” (biologiya üzrə) diplomu təqdim olunub. Sonra İnstitutun Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Xilasetmə” festivalında təltif olunmuş fəxri fərmanın təqdimatı baş tutub.

Radiasiya Problemləri İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilib
[13.06.2023]

Radiasiya Problemləri İnstitutunun məqalələri impakt faktorlu jurnalda işıq üzü görüb

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutunun “Radioizotop tarixləndirmə” qrupunun əməkdaşlarının müəllif və həmmüəlllif olduğu 2 məqalə impakt faktorlu jurnalda işıq üzü görüb.

İnstitutun aparıcı elmi işçisi, dosent Sahib Məmmədov və kiçik elmi işçi Aybəniz Əhədovanın müəllif və həmmüəllifi olduqları "Comprehensive Investigation Of Neolithic Ceramic Samples: Firing Technology And Age Insights" və “The Thermoluminescence Parameters of Irradiated K-Feldspar” adlı məqalələri “East European Journal of Physics” jurnalında dərc edilib.

Radiasiya Problemləri İnstitutunun məqalələri impakt faktorlu jurnalda  işıq üzü görüb
[12.06.2023]

Radiasiya Problemləri İnstitutunda tələbələrin buraxılış işlərinin ilkin müzakirəsi keçirilib

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutunda Bakı Mühəndislik Universitetinin “Fizika müəllimliyi” ixtisası üzrə sonuncu kursunda (V kurs) təhsil alan Arzu Alxanova və Rauf Məmmədovun buraxılış işlərinin ilkin müzakirəsi keçirilib.

İnstitutun “Seqnetoelektriklərin radiasiya fizikası” laboratoriyasında fizika-riyaziyyat elmləri doktoru, professor Rauf Sərdarlının rəhbərliyi ilə yerinə yetirmiş “TlGaSe2 kristalında superion keçiriciliyinin tədqiqi” və “TlSe kristalının radiotezlik diapozonunda impedans spektrləri” mövzusundakı buraxılış işləri maraqla qarşılanıb, auditoriyanın sualları cavablandırılıb.

Radiasiya Problemləri İnstitutunda tələbələrin buraxılış işlərinin ilkin müzakirəsi keçirilib
[12.06.2023]

RPİ-nin dəstəyi ilə hazırlanmış layihə CASPİAN STARTUP 2023 müsabiqəsində qalib olub

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutunun “İnnovativ Tədqiqatlar Qrupu”nun dəstəyi ilə hazırlanan layihə Qazaxıstanda keçirilən Beynəlxalq yarışmanın qalibi seçilib.

“İnnovativ Tədqiqatlar Qrupu”nun rəhbəri Namiq Heydərovun rəhbərliyi ilə 36 nömrəli məktəbin 10-cu sinif şagirdi Əminə Əsədovanın hazırladığı “Robobin” (Robot IT) adlı layihə CASPİAN STARTUP 2023 müsabiqəsində birinci yerə layiq görülüb və Ə.Əsədova “Kazakh-British Technical University”-nin “Robotics and mechatronics” bakalavr səviyəsinə tam ödənişsiz təhsil hüququ qazanıb.

RPİ-nin dəstəyi ilə hazırlanmış layihə CASPİAN STARTUP 2023 müsabiqəsində qalib olub