İçindəki
Xəbərlər
İnstitutda magistrantların qış imtahan sessiyası başlayıb
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutunda (RPİ) magistrantların 2022/2023-cü tədris ili üzrə qış imtahan sessiyasında I və II kurslar üzrə “Radiasiya materialşünaslığı” ixtisasından imtahanlara başlanılıb.
İnstitutun gənc alimi radio proqramının qonağı olub
Radiasiya Problemləri İnstitutunun gənc alimi Namiq Heydərov “CBC FM” radiosunun "Səhər Saatı" proqramının qonağı olub. Gənc alim sözügedən proqramda hazırda dünyada və Azərbaycanda olan texnoloji yeniliklərdən danışıb, gənclərlə öz təcrubəsini bölüşüb.
Ölkəmizdə gənclərin inkişafı üçün yaradılan şəraitdən və daha surətli inkişaf üçün vacib amillərdən bəhs edib Namiq Heydərov, gənc tədiqatçıların muasir texnologiyalar əsasında hazırladığı qurğular və gələcək prespektiv istiqamətləri haqqında məlumat verib.
Radiasiya Problemləri İnstitutunun gənc alimi nüfuzlu jurnalın redaksiya heyətinə üzv seçilib
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutunun gənc alimi, fizika üzrə fəlsəfə doktoru, dosent Günel İmanova dünyanın ən güclü “Elsevier” nəşriyyatının “Hybrid advances” jurnalının redaksiya heyətinə üzv seçilib.
İnstitutda yeni kafedralar fəaliyyət göstərəcək
Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutunda Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) bir sıra kafedralarının rəhbər heyəti ilə görüş keçirilib.
Görüş AMEA Rəyasət Heyətinin 10 iyun 2021-ci il tarixli müvafiq Qərarının elm və təhsil sisteminin effektiv, çoxşaxəli inteqrasiyası Strategiyasına uyğun olaraq ADNSU PHŞ ilə Radiasiya Problemləri İnstitutu arasında 2018-ci ildə bağlanmış Müqaviləni, həmçinin RPİ-nin Elmi Şurasının 2 dekabr 2022-ci il tarixli iclasının müvafiq qərarını əsas tutaraq Universitetin “Sənaye təhlükəsizliyi və əmək mühafizəsi” və “Neft-kimya texnologiyası və sənaye ekologiyası” kafedralarının RPİ-nin nəzdində birgə “filial”ı yaradılmasına həsr olunub.
YENİ İLİNİZ MÜBARƏK !
Hörmətli həmkarlar!
Sizi qarşıdan gələn 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramları münasibəti ilə səmimi-qəlbdən təbrik edir, sizə möhkəm can sağlığı, uzun ömür, ailələrinizə sevinc və xoşbəxtlik, firavan həyat, Azərbaycan elminin tərəqqisində göstərdiyiniz səmərəli fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram.
Hörmətlə,
İslam Mustafayev
Radiasiya Problemləri İnstitutunun Baş direktoru,
AMEA-nın müxbir üzvü, professor
Fizika, Radiasiya Problemləri və Biofizika institutlarının 2022-ci il üzrə illik hesabatları müzakirə olunub
AMEA Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin (FRTEB) 2022-ci il üzrə illik hesabatlara həsr olunmuş Ümumi Yığıncağının növbəti iclası keçirilib.
AR Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutunda keçirilən tədbirdə AMEA-nın vitse-prezidenti, akademik Rasim Əliquliyev, Bölmə üzrə AMEA-nın üzvləri, Bölmənin tərkibinə daxil olan elmi müəssisələrin baş və icraçı direktorları, elmi katiblər və digər aidiyyəti şəxslər iştirak ediblər.
Akademik Rasim Əliquliyev tədbiri giriş sözü ilə açaraq gündəlikdə duran məsələləri diqqətə çatdırıb, iclasda AR Elm və Təhsil Nazirliyinin Fizika, Radiasiya Problemləri və Biofizika institutlarının, eləcə də FRTEB üzrə bəzi AMEA üzvlərinin illik hesabatlarının müzakirə olunacağını söyləyib.
İnstitutun Elmi Şurasının növbəti iclası keçirilib
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutunda (RPİ) Elmi Şuranın növbəti iclası keçirilib.
İclasda çıxış edən İnstitutun Baş direktoru, AMEA-nın müxbir üzvü, professor İslam Mustafayev əməkdaşları qarşıdan gələn 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramları münasibəti ilə təbrik edib, daha sonra Gündəlikdəki məsələləri iclas iştirakçılarının diqqətinə çatdırıb.
İnstitutun alimi “Dəvətli professor” layihəsində təqdimatla çıxış edib
Radiasiya Problemləri İnstitutunun alimi, kimya elmləri namizədi Sadiq Həsənov Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin “Neft-kimya texnologiyası və sənaye ekologiyası” kafedrasının “Dəvətli professor” layihəsi çərçivəsində keçirilən açıq dərsdə iştirak edib.
İnstitutda növbəti doktorluq imtahanları keçirilib
Radiasiya Problemləri İnstitutunda qış imtahan sessiyasının ixtisas fənlərindən doktorluq imtahanları keçirilib.
Bu gün keçirilən imtahanlarda doktorantlar “Radiasiya materialşünaslığı” ixtisas fənnindən doktorluq və “Ümumi kimya” fənnindən fərq doktorluq imtahanı veriblər.
İnstitutun gənc alimi Azərbaycan Kooperasiya Universitetində təqdimatla çıxış edib
Radiasiya Problemləri İnstitutunun gənc alimi Aybəniz Əhədova Azərbaycan Kooperasiya Universitetində təqdimatla çıxış edib. Universitetin "Muzey, Arxiv işi və Abidələrin qorunması" ixtisasının tələbələrinin iştirakı ilə ustad dərsi formatında keçirilən seminarda təqdimatla çıxış edən A.Əhədova əvvəlcə RPİ-nin aparıcı elmi işçi Sahib Məmmədovun rəhbərliyi ilə İnstitutda "Arxeoloji tapıntıların radioizotop tarixləndirilməsi" qrupunun fəaliyyəti haqqında məlumat verib və bildirib ki, hazırda laboratoriyada aparılan tədqiqatlarda 3 metodika (Radiokarbon, Elektron Paramaqnit Rezonans, Termolüminessensiya) tətbiq olunur.
“Günəş enerjisindən istifadə” adlı elmi-populyar kitabın təqdimatı keçirilib
Radiasiya Problemləri İnstitutunun alimi, fizika üzrə fəlsəfə doktoru, dosent Oktay Salamovun həmmüəllifi olduğu “Günəş enerjisindən istifadə” adlı elmi-populyar kitabın təqdimatı keçirilib.
“Akademikitab” kitab evində keçirilən təqdimat mərasimində kitabın digər həmmüəllifi texnika üzrə fəlsəfə doktoru Əlisgəndər Salamov, Radiasiya Problemləri İnstitutunun (RPİ) icraçı direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Rəvan Mehdiyeva, AzMİU-nin “Ekologiya” kafedrasın professoru, texnika elmləri doktoru Fuad Hacızadə, Azərbaycav Dəniz Akademiyasının “Mexanika” kafedrasının müdiri, texnika elmləri doktoru, professor Vaqif Həsənov, RPİ-nin “Bərpa olunan enerji növlərinin çevrilməsi laboratoriyası”nın rəhbəri, fizika üzrə elmlər doktoru, dosent Mətanət Mehrabova, həmin institutun elmi katibi fizika üzrə fəlsəfə doktoru, dosent Musa Nuriyev, həmiçinin də İnstitutunun müxtəlif laboratoriyalarının əməkdaşları iştirak ediblər.
İnstitutda elmi seminar keçirilib
Radiasiya Problemləri İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə “Müasir detonasiya texnologiyalarından istifadə edərək üzvi tullantıların təkrar emalı” mövzusunda elmi seminar keçirilib.
Seminarda giriş sözü ilə çıxış edən İnstitutun Baş direktoru, AMEA-nın müxbir üzvü, professor İslam Mustafayev iştirakçıları salamlayaraq seminarın əhəmiyyəti və mövzu ətrafında öz fikirlərini səsləndirib, həmçinin məruzəçi N.N.Semyonov adına Kimyəvi Fizika üzrə Federal Tədqiqat Mərkəzinin əməkdaşı, fizika-riyaziyyat elmləri namizədi Vüqar Xudaverdiyevi seminar iştirakçılarına təqdim edib.
Radiasiya texnologiyaları kənd təsərrüfatında uğurla tətbiq edilir
Yeni dövrün elmi fəaliyyətində ölkənin təbii ehtiyatlarının və biomüxtəlifliyinin qorunması və səmərəli istifadəsinə dair elmi tədqiqatlar aparılması başlıca hədəf olaraq müəyyən edilib. Radiasiya Problemləri İnstitutunun əsas tədqiqat istiqamətlərindən biri də məhz radiasiya texnologiyalarının pambıqçılıqda və taxılçılıqda tətbiq olunmasıdır.
İnstitutun bu sahədə çalışan əməkdaşları RPİ-nin icraçı direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Rəvan Mehdiyevanın rəhbərliyi ilə Gəncə şəhərində ezamiyyətdə olub, bu ilki tədqiqat işinin nəticələrini müzakirə ediblər.
İnstitutda Ulu Öndər Heydər Əliyevin xatirəsi anılıb
Radiasiya Problemləri İnstitutunda Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə əvvəlcə Ulu Öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra giriş sözü ilə çıxış edən İnstitutun Baş direktoru, AMEA-nın müxbir üzvü, professor İslam Mustafayev əbədiyaşar liderin həyat yolu və onun Azərbaycana olan sevgisindən, ölkə rəhbərliyi dövründə görülmüş işlərdən danışıb, Heydər Əliyevin qurucusu olduğu Azərbaycançılıq ideologiyası və Dünya Azərbaycanlılarına töhfələri haqqında məlumat verib.