RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Təşkilatın tarixi

Təşkilatın tarixi haqqında qısa məlumat

Radiasiya Problemləri İnstitutu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 81 saylı, 21 may 2002-ci il tarixli və Azərbaycan Milli Elmlər Akademiyasının 13/1 saylı, 3 iyun 2002-ci il tarixli qərarlarına əsasən AMEA-nın Radiasiya Tədqiqatları Sektorunun bazasında yaradılmışdır. Azərbaycanda nüvə enerjisinin dinc məqsədlərlə istifadəsinin, müxtəlif ionlaşdırıcı şüaların maddələrə, ətraf mühitə, canlılara təsirinin, enerji çevrilmələrinin fiziki-kimyəvi problemlərinin, radioekologiya və radiasiya təhlükəsizliyi istiqamətlərinin elmi və elmi-texniki əsaslarının işlənməsi məqsədilə SSRİ Nazirlər Soveti yanında Dövlət Elm və Texnika Komitəsinin 21 may 1969-cu il tarixli 27 saylı və Azərbaycan SSR Elmlər Akademiyası Rəyasət Heyətinin 20 iyun 1969-cu il tarixli, 26 saylı qərarları ilə Azərbaycan Elmlər Akademiyasınını Radiasiya tədqiqatları Sektorunun əsası qoyulmuşdur.

Radiasiya Tədqiqatları Sektorun aşağıdakı əsas elmi istiqamətləri təsdiq edilmişdir:
Radiasiya neft-kimya sintezinin kinetikası və mexanizminin tədqiqi, neft-kimya məhsullarının radiasiya modifikasiyasının öyrənilməsi və işlənməsi, konstruksiya materiallarına və avadanlıqlarına radiasiya təsirinin öyrənilməsi və onların radiasiya davamlılığını artırmaq üsullarının araşdırılması.

Keçən 50 il ərzində aparılan tədqiqatların istiqamətləri və əsas prioritetləri dəyişdirilmişdir.

Hazırda Radiasiya Problemləri İnstitutunda aşağıdakı 4 istiqamətdə tədqiqatlar aparılır:
- Radiasiya təhlükəsizliyi
- Radiasiya materialşünaslığı
- Radiasiya Texnologiyaları
- Ekoloji təmiz energetika