İçindəki
Konfranslar
23-25 noyabr 2011-ci il tarixdə "Nüvə enerjisinin dinc məqsədlərlə istifadəsi perspektivləri" adlı IV Beynəlxalq Konfrans keçirilmişdir.
1-2 iyun 2011-ci il tarixdə Azərbaycan Respublikasının müstəqilliyinin bərpasının 20 illiyinə həsr edilmiş "Alternativ və bərpaolunan enerji mənbələrindən istifadənin perspektivləri" adlı III Respublika Konfransı keçirilmişdir.
8-10 noyabr 2010-cu il tarixdə «Nüvə enerjisinin dinc məqsədlərlə istifadəsi perspektivləri» mövzusunda İnstitutun ilk direktoru Mirkazım Məlikzadənin yubileyinə həsr olunmuş beynəlxalq konfrans keçirilmişdir.
1-2 iyun 2010-cu il tarixdə AMEA-nın müxbir üzvü A.A.Qəribovun 60 illik yubileyinə həsr edilmiş "Radiasiya və ətraf mühit" mövzusunda II Respublika Konfransı keçirilmişdir.
3-5 noyabr 2009-cu il tarixdə AMEA Radiasiya Problemləri İnstitutunun yaradılmasının 40 illik yubileyinə həsr edilmiş "Nüvə enerjisinin dinc məqsədlərlə istifadəsi perspektivləri" adlı II Beynəlxalq Konfransı keçirilmişdir.
10-12 dekabr 2008-ci il tarixdə Akademik Mahmud Kərimovun anadan olmasının 60 illiyinə həsr olunmuş "Nüvə enerjisinin gələcəyin enerji təminatında rolu" mövzusunda I Beynəlxalq Konfransı keçirilmişdir.
14-17 oktyabr 2008-ci il tarixdə Ankarada Türkiyə Atom Enerjisi Kurumu ilə birlikdə "Nüvə elmləri və onun tətbiqləri" mövzusunda V Beynəlxalq Avroasiya konfransı keçirilmişdir.
5-7 dekabr 2007-ci il tarixdə Həsən Əliyevin 100 illik yubileyinə həsr olunmuş "Abşeron Yarımadasının radioekoloji durumuna Neft-Qaz İstehsalının təsiri" mövzusunda I Respublika Konfransı keçirilmişdir.
31 oktyabr-3 noyabr 2006-cı il tarixdə RPİ-nin Türkiyə Atom Enerjisi Kurumu ilə birlikdə "Nüvə elmi və onun tətbiqləri" mövzusunda IV Beynəlxalq Avroasiya Konfransı keçirilmişdir.
26-29 sentyabr 2005-ci il tarixdə Qazaxstanın Almatı şəhərində Radiasiya Problemləri İnstitutu Qazaxstan Nüvə İnstitutunun Milli Nüvə Mərkəzi ilə birlikdə «Nüvə və radiasiya fizikası» adlı V Beynəlxalq Konfransını keçirmişdir.
22-25 noyabr 2005-ci il tarixdə Avropa komissiyasının F6 Çərçivə Proqramı üzrə «Neftin nəqlinin ətraf mühitə təsiri» mövzusunda konfransı keçirilmişdir.
Magistral Neft kəmərlərinin Ətraf mühitə təsiri. Aİ-2005
15-17 iyun 2004-cü il tarixdə Bakı şəhərində Radiasiya Problemləri İnstitutu NATO-nun Mülkü Tədqiqatlar fondu ilə birlikdə «Terrorizm və nüvə təhlükəsizliyi məsələləri» mövzusunda konfrans keçirilmişdir.
Xəzəryanı ölkələrdə Radiasiya təhlükəsizliyi. NATO. 2003
Magistral neft kəmərlərinin ətraf mühitə təsiri. Dünya Bankı. 1997