RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Layihələr

RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTUNDA İCRA OLUNAN BEYNƏLXALQ LAYİHƏLƏR VƏ SAZİŞLƏR

     АМЕА Radiasiya Problemləri İnstitutunda nüvə enerjisinin dinc məqsədlərlə istifadəsi, radiasiya təhlükəsizliyi, radioekologiya, bərk cisimlərin radiasiya effektləri və radiasiya materialşünaslığı istiqamətləri üzrə aparılan elmi-tədqiqat işlərinin dünya elminə inteqrasiyasını təmin etmək məqsədi ilə Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA), Amerika Birləşmiş Ştatlarının Energetika Nazirliyinin Nüvə Təhlükəsizlik Deportamenti, NATO, ABŞ Mülki Araşdırmalar Fondu CRDF ilə beynəlxalq proqramlar çərçivəsində işlər görülür.

1. ABŞ Energetika Nazirliyi, Nüvə Təhlükəsizlik Deportamentinin "Radioloji Təhlükənin Azaldılmasına dair Beynəlxalq layihəsi" çərçivəsində RPİ Azərbaycan Respublikasında Radioaktiv materialların, mənbələrin və qurğuların fiziki müdafiəsinin gücləndirilməsinə dair işlərə elmi-metodik rəhbərlik edir. 2005-ci ildə Respublikamızda mövcud olan radioaktiv mənbələrin fiziki müdafiəsi gücləndirilmiş və yüksək səviyyəli radioaktiv materialların saxlanması üçün xüsusi anbarın tikintisinə 2006-cı ildən başlanaraq Azərbaycan Respublikasında mövcud olan radioaktiv mənbələrdən istifadə olunan obyektlərin fiziki mühafizəsinin gücləndirilməsinə dair işlər həyata keçirilir. Müqavilə üzrə işlər davam etdirilir.

2. Amerika Birləşmiş Ştatları CRDF Fondu – "Fiziki ətraf mühitin tədqiqi mərkəzinin inkişafı" layihəsi həyata keçirilir, layihənin müddəti 2002-2016-cı illərdir. Bu müqavilənin maliyyələşməsi 2006-cı ildə başa çatıb. Sonrakı illərdə alınan avadanlıqların iş rejiminə nəzarət həyata keçirilir.

3. UETM 5075 layihəsi (AMEA-nın Fizika İnstitutu ilə birgə) Layihənin müddəti 2009-2012- ci ildir. Layihənin məbləği – АБШ $ 100.000 (yüz мин). Bu ilin sentyabr ayında başa çatıb

4. UETM 4618 layihəsi (AMEA-nın Zoologiya İnstitutu ilə birgə) Layihənin müddəti 2009-2012-ci ildir. Layihənin məbləği 240000ABŞ $ Bu ilin avqust ayında başa çatıb

5. UETM 3913 layihəsi (AMEA-nın Zoologiya İnstitutu ilə birgə) Layihənin müddəti 2009-2012-ci ildir. Layihənin məbləği 260000ABŞ $ Bu layihə sentyabr ayında başa çatıb

6. UETM 5026 layihəsi (AMEA-nın Botanika İnstitutu ilə birgə) Layihənin müddəti 2011-2013-cü ildlr. Layihənin məbləği 174000 Avrodur.

7. UETM -5590 layihəsi (AMEA-nın Mikrobiologiya İnstitutu ilə birgə) Layihənin müddəti 12 ay –dır. Layihənin məbləği 95410 ABŞ $-dır. (RPİ-üçün 31092 ABŞ $-dır)

8. UETM - P461 layihəsi (Partnyor proyekti) Nüvə ekspertizası sahəsində milli imkanların və təcrübənin artırılması, Layihənin müddəti-2 ildir (2012-2013), Layihənin məbləği- 40 000 ABŞ $-dır.
     Ukrayna Elmi-Texniki Mərkəzi ilə olan layihələr digər institutlarla birgə həyata keçirildiyindən İnstitut maliyyə vəsaitinin yalnız 30%-ni alır.

9. AEBA ilə Texniki Əməkdaşlıq Proqramı çərçivəsində AZB002 layihəsi "Radiasiya texnologiyaları vasitəsilə qida məhsullarının, tibbi material və vəsaitləri, polimer və tikinti materiallarının sterilizasiya edilməsi üçün qamma-şüalanma kompleksinin yaradılması". Layihənin məbləği 1860000 ABŞ dolları. Layihənin müddəti 2009-2011-ci illərdir. Layihənin müddəti uzadılıb.
     Qamma şüalanma kompleksinin yaradılması üçün torpaq sahəsi ayrılmış, ərazisi hasara alınmış, əraziyə yol çəkilmiş, su, qaz, elektrik enerjisi, telekommunikasiya xətlərinin layihə-smeta sənədləri hazırlanmışdır. Bu layihə üzrə İnstitutun gənc əməkdaşları Türkiyənin Ankara, Macarıstanın Budapeşt və Polşanın Varşava şəhərlərində fəaliyyət göstərən radiasiya sterilizasiya qurğularında treninq kurslarına göndərilmişdir.
     AR Nazirlər Kabinetinin 2011-ci il 4 iyul tarixli 177s saylı sərəncamı ilə AMEA-na "Radiasiyalı proseslərin imkanlarının genişləndirilməsi-sterilizasiya qurğusunun yaradılması" layıhələri üzrə ilkin tikinti işlərinin aparılması məqsədi ilə vəsait ayrılmışdır. Kompleksin şüalanma qurğusunun məhsuldarlığını və şüalanma keyfiyyətini artırmaq məqsədi ilə AEBA-nın Texniki Əməkdaşlıq şöbəsinin vasitəçiliyi ilə əlavə izotop mənbələrinin qoyuluşu üzrə vəsait ayrılıb və ödənişi həyata keçirilib. Kompleksin layihə-smeta sənədləri işlənilib, kommunikasiya xətləri qurulur. 2013-cü ildən isə laboratoriya korpusunun tikintisi həyata keçiriləcəkdir. Kompleksin şüalanma və nəqliyyat sistemləri 2013-cü ildə hazır olacaqdır.

10. ABŞ-nın Energetika Nazirliyinin Milli Nüvə Təhlükəsizliyi Administrasiyasının Müdafiənin İkinci Xətti Proqramı çərçivəsində Azərbaycan Respublikasının dövlət sərhəd keçid məntəqələrində radiasiya aşkarlayan avadanlıqların quraşdırılması işi həyata keçirilir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17/1745-95-22/11 saylı, 29 noyabr 2007-ci il tarixli dərkənarına əsasən AMEA-nın Radiasiya Problemləri İnstitutu radiasiya aşkaredici cihazların kalibrə və təmir işlərinin aparılması, eləcə də bu cihazların istismar edilməsi sahəsində təlimlərin həyata keçirilməsi üzrə səlahiyyətli qurum təyin edilmişdir. Müdafiənin İkinci Xətti Proqramı çərçivəsində İnstitutun "Nüvə və Radiasiya Təhlükəsizliyi üzrə Ekspertiza Mərkəzi"-nin əmakdaşları müvafiq təlimlər keçmişlər və mütəmadi olaraq sərhədlərdə quraşdırılmış radiasiyanı aşkar edən avadanlığın və cihazların istismar və kalibrə işlərini həyata keçirirlər. Hal-hazırda bu işlər uğurla davam etdirilir.

11. İnstitut "Elmin İnkişafı fondu"nun keçirdiyi qrant müsabiqəsində iştirak etmiş, 2011-ci ildə üç layihə müsabiqənin qalibi olmuşdur. 2012-ci ildə layihələr uğurla yerinə yetirilib.

• "Bakı-Tbilisi-Ceyhan Neft kəmərləri boyunca tullantı mənbələrinin inventarlaşdırılması və ətraf mühitin monitorinqi" (60000)

• "Təbii radioaktiv radium izotoplarını ayırmaq üçün yeni effektiv sorbentlərin alınması və onların sorbsiya qanunauyğunluqlarının tədqiqi" (200000 AZN)

• Mezoskopik nanostrukturların alınması və onların əsasında Teraherts Blox generatorunun hazırlanması (60000 AZN)

12. 2012-ci ildə "Elmin İnkişafı fondu"nun keçirdiyi gənc alim və mütəxəssislərin qrant müsabiqəsində institutun 2 əməkdaşı müsabiqənin qalıbi olmuşdur.

• Qrant № EİF/GAM-1-2011-2(4)-26/07/2-Böyük Bakı timsalında urbanizə olunmuş ərazilərin radiogeokimyəvi sahələrinin geoloji və ekoloji aspektləri, layihənin həyata keçirilmə müddəti 18 aydır. Layihənin dəyəri 30000AZN –dir. Layihə AMEA-nın Geologiya İnstitutu ilə müştərək olaraq həyata keçirilir.

• Qrant № EİF/GAM-1-2011-2(4)-26/15/3-M-01- Radiasiyanın xroniki təsiri şəraitində yetişən bitkilərin antioksidant müdafiə sisteminin elementləri əsasında radiorezistenlik xüsusiyyətlərinin öyrənilməsi. layihənin həyata keçirilmə müddəti 12aydır. Layihənin dəyəri 7000AZN–dir.

13. UETM-5816 CdMnTe nanotəbəqələrinin alınması, onların rentgen və qamma şüalarını qeyd etmək imkanlarının tədqiqi. (AMEA-nın Fizika İnstitutu ilə birgə)

14. ARDNŞ-nin Elm Fondu:
"Neftlə çirklənmiş torpaqların münbitliyinin aqrokimyəvi üsulla bərpası" (AMEA-nın Torpaqşünaslıq İnstitutu ilə birgə)

15. EIF - 2012-2(6) - FT:
Cd1-xMnxTe nazik epitaksial təbəqələrinin alınma texnologiyasının işlənib hazırlanması və onların müxtəlif təyinatlı cihazlarda istifadə perspektivlərinin öyrənilməsi (Fizika İnstitutu ilə birgə).

16. SOCAR Elm Fondu:
BTC neft kəmərləri obyektlərində enerji effektivliyinin qiymətləndirilməsi və onun artırılması üçün alternativ enerjidən istifədə olunması