İçindəki
Elmi Şura
AR Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutunun Elmi Şurası haqqında məlumat
Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi Radiasiya Problemləri İnstitutunun elmi şurası İnstitutun direktorundan, onun elmi işlər üzrə müavinindən, elmi katibdən və institutun aparıcı alimlərindən ibarət qurumdur. Elmi şuraya İnstitutun direktoru rəhbərlik edir. Elmi Şuranın iclasları ayda bir dəfədən az olmayaraq çağırılır. Elmi Şura institutun elmi tədqiqat işlərinin prioritet istiqamətlərini müzakirələr yolu ilə müəyyənləşdirir, laboratoriyaların elmi-tədqiqat işləri haqqında illik hesabatını dinləyir və qiymətləndirir, İnstitutda aparılan müxtəlif elmi araşdırmalar əsasında hazırlanmış məqalələrin müzakirəsini keçirir və nəşrinə icazə verir. İnstitutda laboratoriyaların yaradılması, ləğvi, yenidən təşkili barəsində məsələləri həll edir, professor və dosent elmi adlarının verilməsi, laboratoriya rəhbərlərinin seçilməsi və geri çağrılması, fəxri adların verilməsi haqqında Elmi Şuranın qərarları müəyyən olunmuş qaydada gizli səsvermə yolu ilə qəbul edilir. Elmi Şuranın qərar çıxarması üçün keçirilən iclasda onun üzvlərinin ən azı 2/3 hissəsinin iştirakı vacibdir. Elmi Şurada iştirak edənlərin ümumi sayının 2/3 hissəsi müzakirə olunan məsələnin lehinə səs verərsə qərar qəbul olunmuş hesab edilir.
Sədr:
Mustafayev İslam İsrafil oğlu
Müavin:
Mehdiyeva Rəvan Nadir qızı
Katib:
Nuriyev Musa Abduləli oğlu
Üzvlər:
4. Abdullayev Mahmud Abdulla oğlu
5. Abiyev Əsgər Əli Qulam oğlu
6. Ağayev Teymur Nemətulla oğlu
7. Cəfərov Elimxan Süleyman oğlu
8. Qurbanov Müslüm Əhməd oğlu
9. Mədətov Rəhim Səlim oğlu
10. Səmədov Oqtay Əbil oğlu
11. Sərdarlı Rauf Mədət oğlu
12. Mehrabova Mətanət Əhməd qızı
13. Bayramov Məzahir Nəsrəddin oğlu
14. Mahmudov Hökmən Mövəcət oğlu
15. Məmmədov Şiraz Məcnun oğlu
16. Xəlilov Rövşən İbrahimxəlil oğlu
17. Hümbətov Famil Yusif oğlu
18. Məmmədov Xəqani Fərzulla oğlu
19. Əhmədov Fərid İbrahim oğlu
20. Mikayılova Əminə Cümşüd qızı (Həmkarlar təşkilatın sədri)
21. Məmmədov Əli Xanlar oğlu (Gənc alim və mütəxəssislər Şurasının sədri)