RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Journal of Radiation Researches

        “Journal of Radiation Researches” beynəlxalq jurnalı 01.03.2014 tarixindən etibarən ildə 2 dəfə olmaqla AMEA Radiasiya Problemləri İnstitutu tərəfindən nəşr edilir. Jurnalın nəşr edilməsində əsas məqsəd radiasiya tədqiqatları sahəsində olan son elmi nailiyyətlərin elmi müzakirəsi, aktual istiqamətlərin müəyyənləşdrilməsi, respublikamızda və dünyada radiasiya tədqiqatları sahəsində alınmış son nailiyyətlərin elmi ictimaiyyətə çatdırılmasıdır.
        “Journal of Radiation Researches” beynəlxalq jurnalının baş redaktoru AMEA Radiasiya Problemləri İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü, professor İslam Mustafayev, redaktor müavini fizika-riyaziyyat elmləri namizədi Məhəmməd Bayramov. Jurnal on-line və çap olunmuş şəkildə buraxılır. On-line versiyanı http://irp.science.az/?l=/journals,127/lang,en/ linkində tapmaq mümkündür. Jurnalda məqalənin çap olunması qaydaları jurnalin 3-cü səhifəsində verilmişdir. Məqalələr AMEA Radiasiya Problemləri İnstitutuna təqdim olunmalıdır. Jurnal AMEA-nın “Elm” nəşriyyatı tərəfindən nəşr olunmuşdur.