RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Journal of Radiation Researches

"Journal of Radiation Researches” beynəlxalq jurnalı 01.03.2014 tarixindən etibarən ildə 2 dəfə olmaqla AMEA Radiasiya Problemləri İnstitutu tərəfindən nəşr edilir. Jurnalın nəşr edilməsində əsas məqsəd radiasiya tədqiqatları sahəsində olan son elmi nailiyyətlərin elmi müzakirəsi, aktual istiqamətlərin müəyyənləşdrilməsi, respublikamızda və dünyada radiasiya tədqiqatları sahəsində alınmış son nailiyyətlərin elmi ictimaiyyətə çatdırılmasıdır. İngilis dilində çap olunan "Journal of Radiation Researches" jurnalında ölkəmizin, eləcə də xarici ölkə tədqiqatçılarının radiasiya ilə bağlı elmi məqalələri çap olunur.

"Journal of Radiation Researches” beynəlxalq jurnalının baş redaktoru Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü, professor İslam Mustafayev, redaktor müavini fizika-riyaziyyat elmləri namizədi Məhəmməd Bayramovdur. Jurnal on-line və çap olunmuş şəkildə buraxılır. On-line versiyanı jradres.az linkində tapmaq mümkündür. Jurnalda məqalənin çap olunması qaydaları jurnalın 4-cü səhifəsində verilmişdir. Məqalələr AR Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutuna təqdim olunmalıdır. Jurnal AMEA-nın “Elm” nəşriyyatı tərəfindən nəşr olunur.