RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Struktur

«Radioekologiya» laboratoriyası

Tel: (+994 12) 5102681; (+994 50) 3706314
Faks: (+994 12) 5963408
E-mail: mahmud.su@mail.ru

Abdullayev Mahmud Abdulla oğlu

Struktur bölmənin rəhbəri:
Abdullayev Mahmud Abdulla oğlu
AMEA-nın müxbir üzvü, kənd təsərrüfatı elmləri doktoru

İşçilərin ümumi sayı: 7

Struktur bölmənin əsas fəaliyyət istiqamətləri: Laboratoriya radiasiya təhlükəsizliyinin elmi aspektlərinin işlənməsi istiqamətində fəaliyyət göstərir. Fəaliyyəti çərçivəsində radioaktiv maddələrin təbiətdə paylanması, onlarla əlaqəli yarana biləcək radioekoloji problemlərin vaxtında aşkarlanması, radionuklidlərin mühit komponentləri üzrə miqrasiyası, radioaktiv şüaların ətraf mühitə - biotop və biosenozlara (müxtəlif bioindikativ parametlərdən istifadə etməklə) təsiri problemlərini araşdırır. Laboratoriyanın tədqiqat əraziləri Respublikanın müxtəlif bölgələrini (Kür-Araz ovalığı, Abşeron yarımadasının müxtəlif rayonları) əhatə edir.
Tədqiqatların nəticələri əsasında müvafiq ərazilərin radioekoloji xəritələri tərtib edilir.

Struktur bölmənin əsas elmi nəticələri: İmişli, Ucar, Saatlı, Abşeron yarımadasının müxtəlif inzibati rayonlarının ərazilərində radioekoloji durum, biogeosenozların radioekoloji xüsusiyyətləri (radionuklidlərin toplanmasının və canlıların müxtəlif quruluş səviyyələrində baş verən dəyişikliklərin müşahidə edilməsi vasitəsilə) müəyyənləşdirilmiş, bu vəziyyəti əks etdirən xəritələr tərtib edilmişdir. Müəyyən edilmişdir ki, torpaqların ümumi radioaktivliyinin əsas hissəsini 40K radionuklidi təşkil edir. Eyni zamanda, süni radionuklidlərin torpaq və bitki nümunələrində aşkar olunan aktivliyinin əvvəlki illərlə müqayisədə azalması müəyyən edilmişdir.