RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Struktur

"Ətraf mühitin radiasiya kimyası" laboratoriyası

Tel: (+994 12) 5383224
Faks: (+994 12) 5398318
E-mail: m.gurbanov@science.az, m_gurbanov@mail.ru

Struktur bölmənin rəhbəri: k.e.d., prof. Qurbanov Müslüm Əhməd oğlu

İşçilərin ümumi sayı: 14

Struktur bölmənin əsas fəaliyyət istiqamətləri:
- Toksiki birləşmələrin radiasiya təmizlənmə proseslərin kinetika və mexanizminin tədqiqi: Tədqiqat obyekti kimi fenollar, politsiklik aromatik birləşmələr, xlor üzvi birləşmələr-xloroform, tsikloxlorbenzol, xlorlaşmış bifenillər və pestisidlər tədqiqi;
- Xlorlaşmış bifenillərlə çirklənmiş transformator yağlarının radiasiya texnologiyasının tətbiqi ilə təmizlənmə proseslərinin tədqiqi;
- Transformator yağı və tullantı sularının radioliz proseslərinin kinetik modelləşdirilməsi;
- Radioaktiv maye tullantılarda hidrogen və kimyəvi təhlükəsizliyin tədqiqi;
- Sənaye tullantılarının (antropogen faktorların) ətraf mühitdə karbon və onun nuklidlərinin dövriyyəsinə təsiri, onun riyazi modelləşdirilməsi.

Struktur bölmənin əsas elmi nəticələri:
1. Xlorsuzlaşma prosesini xarakterizə edən parametrlərin-pH göstəricisi, H2O2, oksigenə kimyəvi tələbatın dəyişməsinə nano-Al2O3-ün təsiri öyrənilmişdir. Göstərilmişdir ki, sistemdə nano-Al2O3 olduqda pH göstəricisinin turşuluğu azalır, oksigenə kimyəvi tələbat azalır. Bu azalma sistemdə TXB-nin qatılığı ilə müəyyən olunur. TXB-nin ilkin qatılığı artdıqca OKT-nin çevrilmə dərəcəsi azalır.
2. PXB izomerlərinin xromatoqrafik analizi aparılmış və dozadan asılı olaraq kinetik qanunauyğunluqlar müəyyən edilmiş, baxılan sistemin radioliz prosesinin mümkün kinetic sxemi qurulmuş və modelləşmə əsasında PXB izomerlərinin çevrilməsinin kinetik xüsusiyyətləri aydınlaşdırılmışdır.
3. Pestisidlərin γ-şüaların təsiri altında heksan və etanolda məhlullarının radiolizi zamanı ilkin qatılıqdan asılı olaraq çevrilmə dərəcəsi artır.
4. Oksalat, qarışqa və nitrat turşusu sistemlərinin müxtəlif qatılıqlarında suda məhlullarının radioliz prosesi tədqiq edilmişdir. KİNET proqramı vasitəsi ilə ikili (oksalat-qarışqa) və üçlü (oksalat-qarışqa-nitrat) sistemlərin suda məhlullarının radiolitik çevrilmə prosesləri öyrənilmişdir. Alınmış təcrübi və hesablama məlumatları əsasında turşuların çevrilmə mexanizmi müzakirə edilmiş və maye radioaktiv tullantıların saxlanılması üçün mümkün radiasiya və kimyəvi təhlükəsizlik qiymətləndirilmişdir.
5. Radiokarbon metodu ilə odun parçasının yaşı təyin edilmiş və onun yaşının təxminən 180±30 il olduğu müəyyən edilmişdir. Simens qardaşlarının Gədəbəydəki mədənlərindən götürülmüş ağac parçasının yaşı 180±35 il; Qəbələ rayonu, Aeroport ərazisindən tapılmış kömürləşmiş qaliğın yaşının 50 000 ildən yuxarı olduğu müəyyən edilmişdir.