RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Struktur

"Enerjitutumlu radiasiya prosesləri" laboratoriyası

Tel: (+994 12) 4383224
Faks: (+994 12) 5398318
E-mail: hokman@mail.ru

Struktur bölmənin rəhbəri: k.e.n., dos. Mahmudov Hökmən Mövəcət oğlu

İşçilərin ümumi sayı: 13

Struktur bölmənin əsas fəaliyyət istiqaməti:
Hidrogen enegetikası, enerjitutumlu proseslərin radiasiya-foto kimyəvi çevrilməsi problemləri;
1. Radiasiya və fotokimyəvi metodla təbii resursların homo və hetero sistemlərdə çevrilməsi, molekulyar hidrogenin alınması və onun çıxımının artırılması yolları.
2. Ekoloji problemlərin həlli istiqamətində radiasiya və fotokimyəvi textologiyaların tətbiqi yollarının araşdırılması.

Struktur bölmənin əsas elmi nəticələri:
1. Müxtəlif mühitlərdə və müxtəlif udulan doza gücündə nano ölçülü katalizator səthi üzərində su və karbohidrogenlərin daha dərin parçalanmasının kinetikası tədqiq edilmiş və uyğun mexanizmlər müəyyənləşdirilmişdir. Götürülən ilkin maddənin fiziki-kimyəvi xassələrindən asılı olaraq ionlaşdırıcı şüaların udulma doza miqdarının kritik qiymətləri müəyyənləşdirilmişdir.
2. Fotokimyəvi texnologiyaların tətbiqi əsasında qaz qarışığı məhsullarının radiasiya və fotokimyəvi təmizlənmə, çevrilmə kinetikası tədqiq edilmiş və uyğun mexanizmi müəyyənləşdirilmişdir. Alinmiş kinetik asilılıqlar əsasinda prosesin başa çatma müddəti, udulan şüa intensivliyindən asılı olaraq sistemin təmizlənmə dərəcəsi və digər texniki parametrlər hesablanmışdır.