RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Struktur

"İnnovativ ionlaşdırıcı şüa qəbulediciləri" laboratoriyası

Tel: (+994 12) 5383224,(+994 51) 4200820
Faks: (+994 12) 5398318
E-mail: farid-akhmedov@yandex.ru

Struktur bölmənin rəhbəri: f.r.e.n., dos. Əhmədov Fərid İbrahim oğlu

İşçilərin ümumi sayı: 12 (1-elmlər doktoru, 3-f.ü.f.d, 4-doktorant)

Struktur bölmənin əsas fəaliyyət istiqamətləri:
Laboratoriyanın əsas fəaliyyət istiqaməti yarımkeçirici əsaslı iffrat həssaslıqlı selvari foto qeydedicilərin hazırlanması, fiziki xassələrin tədqiqi və onların tətbiq olunma imkanlarının öyrənilməsi. Laboratoriyamız beynəlxalq əməkdalıq çərçivəsində ilk dəfə olaraq səthi və dərin pikselli selvari fotodiodların yeni tiplərini hazırlamış və uğurla sınaqdan keçirmişdir. Bununla yanaşı laboratoriyamızda digər növ ionlaşdırıcı radiasiya detektorlarının və həmçinində elektronik hissələrin hazırlanmasıda həyata keçirilir.

Struktur bölmənin imkanları:
Yarımkeçirici qurğuların simulyasiyası və istehsal kartının hazırlanması.
Yarımkeçirici foto qeydedicilərin vayferlərdə zond qurğusu vasitəsi ilə yoxlanılması.
Yarımkeçirici foto qeydedicilərin korpuslara yığılması və kontakt edilməsi.
Foto qeydedicilərin VAX, VFX və VGX (Volt-Gücləndirmə əmsalı) asılılıqlarının təyini.
Foto qeydedicilərin parametrlərinin azot temperaturunda tədqiqi.
Yarımkeçirici və ssintilyatorlu detektorların parametrlərinin ölçülməsi.
Yarımkeçirici qeydedicilərin radiasiya davamlığının tədqiqi.

Struktur bölmənin əsas nəticələri:
MAPD əməkdaşlıq çərçivəsində
• Selvari fotodiodların dərin, səthi pikselli və fototranzistorlu qurluşları hazırlanmış və uğurla sınaqdan keçirilmişdir.
• Selvari fotodiodlarda selvari prosesin baş verməsini və həcmi yüklər oblastının müqavimətinin, tutumun, ifrat gərginliyin selvari diodların parametrlərinə təsirini düzgün ifadə edən yeni iterativ model işlənmışdir. Müəyyən edilmişdir ki, gücləndirmə əmsalı həcmi yüklər oblastının müqavimətindən asılı olaraq 2 dəfəyə qədər dəyişə bilər. Bu müqavimət azaldıqca gücləndirmə əmsalı artır. Yeni model Laser companents və Zekotek firmasının fotodiodları ilə təcrübi olaraq yoxlanılmış və modelin doğruluğu təcrübi olaraq sübut edilmişdir.
• Yeni hazırlanmış MSFD-3NM fotodiodların işləmə gərginliyi 17%, temperatur asılığı 34% qədər və qaranlıq cərəyanı 5 dəfə azaldılmışdır. Bununla yanaşı yeni fotodiodun gücləndirmə əmsalı 1.8 dəfə çox olmuşdur. Alınan nəticələr göstərmişdir ki, yeni hazırlanmış MAPD-3NM diodu əksər parametlərinə görə 3NK diodunu üstələyir və əksər təcrübələrdə uğurla tətbiq oluna bilər.
• MSFD fotodiodlar və müxtəlif ssintilyatorlar əsasında ionlaşdırıcı radiasiya detektorları hazırlanmış və onlar geniş enerji intervalında qeydetmə həssaslığı tədqiq edilmişdir.

Beynəlxalq əməkdaşlıq:
Türkiyə - Nükleer Radyasyon Dedektörleri Uygulama ve Araştırma Merkezi, Bolu Abant İzzet Baysal Üniversitesi
Prof Ercan Yılmaz
Rusiya - Birləşmiş Nüvə Tədqiqatları İnstitutu
Dr. V. Shvetsov
Çexiya - Eksperimental və Tətbiqi Fizika İnstitutu, Çexiya Texniki Universitetinin
Dr. İvan Stekl
PhD. Michael Holik