RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Struktur

"Bərpa olunan enerji növlərinin çevrilmələri" laboratoriyası

Tel: (+994 12) 5383224
Faks: (+994 12) 5398318
E-mail: m.mehrabova@science.az, mehrabova@mail.ru

Struktur bölmənin rəhbəri: f.e.d., dos. Mehrabova Mətanət Əhməd qızı

İşçilərin ümumi sayı: 9

Struktur bölmənin əsas fəaliyyət istiqamətləri: Alternativ enerji, İstilik texnikası, Enerji çevrilmələri.

Struktur bölmənin əsas elmi nəticələri:
Alternativ energetika üzrə elmi tədqiqat işləri 1974-ci ildən başlanıb. İlk dövrdə lokal texniki məsələlərin həllinə yönəlmiş tədqiqat işləri daha üstünlük təşkil edib. 1977-ci ildə dünyada başlayan növbəti energetik böhranla əlaqədar olaraq günəş və külək enerjisinin universal enerji daşıyıcısı hidrogen vasitəsi ilə çevrib istifadəsi istiqamətində elmi tədqiqatlar aparılıb və aşağıdakı mühüm nəticələr alınıb.
- Ayrıca və kombinə olunmuş şəkildə fəaliyyət göstərən bir-neçə günəş və külək energetik qurğuları işlənilmiş, yaradılmış və onları Bakı şəhərinin klimatik şəraitində praktiki olaraq tədqiq edilmişdir, hansılara ki, aşağıdakılar aiddirlər;
- sudan təzyiq altında yüksəktəmizlikli hidrogen və oksigen qazları almaq üçün günəş-fotoelektrik və külək energetik qurğuları (qurğular kiçik ölçülü zərgərlik məmulatlarının istilik emalı məqsədilə tətbiq olunmuşlar);
- yeraltı metal avadanlıqları elektrokimyəvi və elektrik korroziyalarından qorumaq üçün foto-elektrik və külək elektrik cərəyan mənbələrindən qidalanan antikorroziya sistemləri (Sumqayıt-Qara-dağ magistral qaz kəmərinin, müvafiq olaraq, 300 m və 3 km uzunluqda hissələrini korroziyadan qorumaq məqsədilə tətbiq olunmuşlar);
- eyni zamanda iki ədəd külək elektrik mühərrikin-dən qidalanan, şitilxana tipli yerlərin qızdırılması üçün sistem (ümumi sahəsi 150 m2 olan örtülü şitilxananı isitmək üçün istifadə olunmuşdur);
- ayrılıqda və kombinə olunmuş günəş-külək istilik və qaynar su təminatı qurğularının müxtəlif modifikasiyaları;
- parabolik konsentratorlu yüksək temperaturlu günəş qurğusunda hidrogen və yanar qaz qarışığı (H2, CO2, CH4 və s.) almaq məqsədilə termokimyəvi reaktorlar və dozalaşdırıcı sistemlər (bu reaktor, qurğu və sistemlərə 4 ədəd müəlliflik şəhadətnaməsi alınmışdır);
- optimallaşdırıcı qurğular, həmçinin də izləyici və təhlükəsizlik təmin edən sistemlər (həmin qurğu və sistemlərin əksəriyyətinə keçmiş SSRİ-nin müəlliflik şəhadətnamələri, həmçinin də RF-nın və Azərbaycan Respublikasının patentləri alınmışdır);
- ilk dəfə olaraq sudan təzyiq altında yüksək təmizlikli hidrogen və oksigen qazlarının alınması üçün günəş elektroliz qurğusunun, həmçinin də biokütlələrdən və üzvi tullantılardan yanar qaz qarışıqları almaq üçün parabolik konsentratorlu, yüksəktemperaturlu günəş qurğusunun riyazi mo-delləri işlənilmişdir;
- Azərbaycan şəraitində günəş və külək enerjisindən istifadə imkanlarının aşkar edilməsi üzrə çoxsaylı tədqiqat işləri aparılmışdır. Azərbaycanın bütün ərazisi üçün külək və günəş rejimləri üzrə qısa kadastrı tərtib olunmuşdur. Bu zaman ilk dəfə ola-raq şaquli ekstropolyasiyada, o cümlədən 2 km-ə qədər hündürlüklərdə mümkün olan külək rejimləri müəyyən edilmişdir.
- Mədən şəraitində xam neftin emala hazırlanması prosesində iqtisadi və ekoloji cəhətdən əlverişli olan günəş enerjisinin istiliyindən istifadə etmək məqsədilə 2 modullu parabolosilindrik konsentratorlu günəş energetik qurğusu işlənib hazırlanmışdır.
- Bakı şəhərinin klimatik şəraitində bir başa günəş radiasiyasının 400-900 Vt/m2 intervalında təbii sınaqlar aparılmış, qurğunun həm mövsümü, həm də orta illik parametrləri təyin olunmuşdur. Külək enerjisinin sıxılmış hava enerjisinə çevirib, sonra onun əsasında stabil elektrik enerjisinin alınması üzrə tədqiqat işləri aparılmışdır.
- Abşeron klimatik şəraitində kənd və bağ evlərinin isti su təminatı üçün Günəş və Külək energetik qurğuları əsasında kombinə olunmuş sistem yaradılmışdır.
- 3 illik təcrübələr əsasında müəyyən müsbət nəticələr əldə edilmişdir və bu sahədə işlər davam etdirilir.
- Laboratoriyanın əməkdaşları tərəfindən 1974-2019-cu illər ərzində ümumilikdə ~520 məqalə yerli və xarici jurnallarda nəşr olunmuş, 107-dən çox ixtiraya keçmiş SSRİ-nin müəlliflik şəhadətnamələri, həmçinin də RF-nın Avroasiya Patent Təşkilatının və Azərbaycan Respublikasının patentləri alınmışdır.
- Laboratoriyanın gələcək işlərində Abşeron yarımadasının günəş kadastrının işlənib hazırlanması, praktiki olaraq kənd və bağ evlərində günəş energetik qurğularından istifadə edilməsi nəzərdə tutulur.
- Günəş enerjisi vasitəsilə üzvi tullantılardan və biokütlələrdən hidrogen və hidrogen tərkibli qazların (H2, CH4, CO və s.) alınması üsulları, perspektivlərinin araşdırılması, iqtisadi və ekoloji cəhətdən dəyərləndirilməsi üzrə elmi-tədqiqat işləri aparılır.