RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[02.11.2020]

Azərbaycanlı alimin məqaləsi yüksək impakt faktorlu jurnalda dərc olunub

R. Xalilov

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radisiya Problemləri İnstitutunun əməkdaşı, fizika-riyaziyyat elmləri doktoru, professor Rövşən Xəlilovun həmmüəllifi olduğu məqalə "Journal of Colloid and Interface Science" Beynəlxalq jurnalında dərc olunub.

“Antibakterial aktivliyin və hüceyrələrin canlılığının təhlili üçün sidik cövhəri (AgNPs/Ur-PMO) əsaslı dövri mezoporoz silisiumda Ag nanohissəciklərinin biosintezi” (“Biosynthesis of AgNPs onto the urea-based periodic mesoporous organosilica (AgxNPs/Ur-PMO) for antibacterial and cell viability assay”) adlı məqalədə AgNPs/Ur-PMO birləşmələrin (xüsusilə PMO; 1,27 % AgNP) nisbətən yaxşı antibakterial təsirlərə malik olduğu göstərilib. Eyni zamanda, tədqiqatların nəticəsi olaraq müəyyən edilib ki, bu birləşmələrin tibbi müəssisələrdə - xəstəxana şəraitində istifadəsi infeksiyaları azaltmaqla yanaşı, antibiotiklərə davamlı bakteriyaların miqdari xarakteristikasını zəiflədə bilər.

Qeyd edək ki, "Journal of Colloid and Interface Science" Beynəlxalq jurnalı tibb sahəsində dünyanın ən məşhur və nüfuzlu jurnallarından sayılır və impakt faktoru 7.489-dur.




 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.