RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[04.06.2021]

İnstitut alimlərinin həmmüəllifi olduğu məqalə beynəlxalq jurnalda dərc olunub

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunun “Radioekologiya” laboratoriyasının əməkdaşları – professor Rövşən Xəlilov və dosent Aygün Nəsibovanın həmmüəllifi olduğu məqalə Web of Science bazasında indeksləşən “Eurasian Chemical Communications” jurnalında dərc olunub.

Həmüəlliflərin “Əncir (Ficus carica L.) yarpaqlarında EPR siqnallarının identifikasiyası” (Identification of the EPR signals of fig leaves (Ficus carica L.)) adlı məqaləsində Abşeronun (Mərdəkan və Nardaran əraziləri) qiymətli bitkilərindən olan əncirin yarpaqları ilə aparılan araşdırmalara həsr edilib.

Sözügedən məqalədə qeyd edilir ki, biominerallaşma prosesi bitkilərdə biogen yolla dəmir oksidi maqnit nanohissəciklərinin yaranmasında, bioloji toxumalarda maqnetit kristalların formalaşmasında rol oynayır və radiasiya amilləri bu effektə stimullaşdırıcı təsir göstərdiyi müəyyən edilib. Radiasiya amillərinin təsir effekti müxtəlif sahələrdə tətbiq olunan funksional dəmir oksidi nanohissəciklərin biosintezində istifadə edilə bilər.




 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.