RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[09.06.2021]

İnstitutda Fransa-Azərbaycan Universitetinin (UFAZ) rəhbər heyəti ilə görüş keçirilib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunda Fransa-Azərbaycan Universitetinin (UFAZ) rəhbər heyəti ilə görüş keçirilib. UFAZ-ın təşəbbüsü ilə keçirilən görüşdə Radiasiya Problemləri İnstitutunun Baş direktoru, AMEA-nın müxbir üzvü İslam Mustafayev, İnstitutun laboratoriya rəhbərləri – professor Müslüm Qurbanov və professor Teymur Ağayev, UFAZ-ın direktoru Dr. Vazeh Əsgərov, Bölmə rəhbəri Dr. Filippe Turek və baş elmi katib Dr. Elizabeta Bydanova iştirak edib.

Görüşdə çıxış edən RPİ-nin Baş direktoru, AMEA-nın müxbir üzvü İslam Mustafayev qonaqları salamlayıb və İnstutun fəaliyyəti haqqında onlara məlumat verib.

Hər iki təşkilat arasında elmin multidissiplinar sahələrində əməkdaşlıq niyyətlərinin müzakirə olunduğu görüşdə xüsusilə kimya və neft-qaz mühəndisliyi üzrə əməkdaşlıqdan bəhs edilib, həmçinin əməkdaşlığın əsas istiqamətlərinin AMEA və UFAZ arasında imzalanacaq Memorandumda nəzərdə tutulacağı bildirilib.

Qeyd edək ki, görüş çərçivəsində Avropa İttifaqının “Horizon-Avropa” Proqramına layihələrin təqdim olunması üçün konsorsiumların yaradılması, elmlə təhsilin inteqrasiyası, elmi kadrların mübadiləsi, elmi tədqiqatların texniki təchizatına dəstək, mühazirələrin təşkil edilməsi və digər istiqamətlərdə də qarşılıqlı müzakirələr aparılıb.




 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.