RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[11.06.2021]

İnstitutda Elmi Şuranın növbəti iclası keçirilib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunun Elmi Şurasının növbəti iclası keçirilib.

İclasda giriş sözü ilə çıxış edən RPİ-nin Baş direktoru, AMEA-nın müxbir üzvü İslam Mustafayev Gündəlikdəki məsələləri iclas iştirakçılarının diqqətinə çatdırıb.

İclasda əvvəlcə İnstitut Elmi Şurasının tərkibinin dəyişdirilməsi məsələsi müzakirə olunub.

Daha sonra “Görkəmli alim Lütfü Ələsgərzadənin 100 illik yubileyinin keçirilməsi”, “AMEA üzrə yay imtahan sessiyasının keçirilməsi”, “Xüsusi karantin rejimi dövründə AMEA işçilərinin işə davamiyyətinin tənzimlənməsi”, “Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi tabeliyində “Texnologiyaların Kommersiyalaşdırılması və Transfer Mərkəzi”nin yaradılması” və “20-24 sentyabr 2021-ci il tarixlərində Qazaxstanın Almata şəhərində keçiriləcək “Nüvə elmi və texnologiyaları” adlı III Beynəlxalq Elmi Forum” haqqındakı məsələlərə baxılıb, geniş fikir mübadiləsi aparılıb.




 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.