RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[14.07.2021]

Radiasiya Problemləri İnstitutunun tədqiqat qurğusunda yenidənqurma işləri aparılıb

14.07.2021

AMEA-nın Radiasiya Problemləri İnstitutunun İzotop Mənşəli Şüa Mənbələri elmi-təcrübi şöbəsində MRH-Gamma-25 qurğusunda yenidən yüklənmə işləri aparılıb.

Belə ki, sözügedən şöbədə 1969-cu ildən bu günə kimi Co-60 izotop mənbəyindən istifadə edilib və onun intensivliyi son dövrlərdə xeyli zəifləyib. Mənbəyin yenidən yüklənməsi işləri Atom Enerjisi üzrə Beynəlxalq Agentlik tərəfindən dəstəklənən “Azərbaycanda radiasiya texnologiyalarının inkişafı və genişləndirilməsi” adlı Milli Layihə çərçivəsində yerinə yetirilib. 7000 Küri aktivliyində radioaktiv Co-60 mənbəyi Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin “Texniki Əməkdaşlıq” Proqramı çərçivəsində Macarıstanın “İsotopes Co.Ltd.” İnstitutu tərəfindən həyata keçirilib və yeni yüklənmiş qurğunun dozimetriyası aparılıb.

ABŞ Energetika Nazirliyinin Nüvə və Radiasiya Təhlükəsizliyi Departamentinin dəstəyi ilə İzotop Mənşəli Şüa Mənbələri elmi-təcrübi şöbəsinin radiasiya təhlükəsizliyi sistemi gücləndirilib.

Aparılan yenidənqurma işləri institutda radiasiya texnologiyalarından istifadə etməklə aparılan tədqiqat işlərinin müasir səviyyədə həyata keçirilməsi üçün yeni imkanlar açacaq.

www.science.gov.az