RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[18.02.2022]

Türkiyəli alim İnstitutda məruzə ilə çıxış edib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunda (RPİ) Türkiyənin Əskişəhər Texniki Universitetinin (ƏTU) Mühəndislik fakültəsinin “Kimya mühəndisliyi” kafedrasının rəhbəri Nəzihə Ayasla görüş keçirilib.

Görüşdə RPİ-nin rəhbərliyi və əməkdaşları iştirak edib.

Tədbirdə giriş sözü ilə çıxış edən RPİ-nin Baş direktoru, AMEA-nın müxbir üzvü, professor İslam Mustafayev qonağı salamlayıb, İnstitut və onun maddi-texniki imkanları, eləcə də elmi tədqiqatlar və əldə edilmiş mühüm elmi nəticələr haqqında məlumat verib. İ.Mustafayev həmçinin, Azərbaycan – Türkiyə qardaşlığından, həmçinin elmi əməkdaşlıq əlaqələrinin əhəmiyyətindən bəhs edib.

Sonra çıxış edən Nəzihə xanım Ayas xoş və səmimi qonaqpərvərliyə görə minnətdarlığını bildirib.

Alim daha sonra “Bərpaolunan enerji” adlı məruzə ilə çıxış edib. Bərpaolunan enerji növləri və onların xarakteristikası, xüsusilə hidrogen energetikası və bioenerji resursları haqqında danışan N.Ayas Türkiyə alimlərinin tədqiqatlarından bəhs edib. Məruzədə hidrogen energetiksaının üstünlükləri və alınma yolları, eləcə də Biomass Enerji və istifadə metodları haqqında təcrübələrə toxunulub, ƏTU-nun müvafiq laboratoriyasındakı hidrogenayırma cihazları haqqında geniş məlumat verilib.

Məruzə maraqla qarşılanıb və sonda qonaq tərəfindən tədbir iştirakçılarının sualları cavablandırılıb.


 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.