RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[05.03.2022]

İnstitut alimləri Zaparoje AES-in radiasiya təhlükəsizliyi ilə bağlı KİV-nə müsahibələr veriblər

Ukraynanın Zaparoje şəhərində yerləşən və Avropanın ən böyük Atom Elektrik Stansiyası (AES) ötən günlərdə dünyanın gündəmi oldu. Belə ki, stansiyanın tədris blokunda baş verən yanğından sonra enerji bloklarının təhlükəsizliyi, partlayış baş verərsə və ya radiasiya sızması yaranarsa bu halda yarana biləcək təhlükə, onun miqyası və ətraf mühitə təsiri haqqında bir sıra fikirlər meydana gəldi.

Sözügedən vəziyyəti və media mənsublarının çoxsaylı müraciətlərini nəzərə alaraq Radiasiya Problemləri İnstitutunun Baş direktoru, AMEA-nın müxbir üzvü, professor İslam Mustafayev ATV, CBC, ARB və ARB 24 televiziyalarına, “Yeni Azərbaycan” qəzeti və “Trend” İnformasiya Agentliyinə, həmçinin “Ətraf mühitin radiasiya kimyası” laboratoriyasının müdiri, kimya elmləri doktoru, professor Müslüm Qurbanov “APA” İnformasiya Agentliyinə mövzu ilə bağlı müsahibələr verib.

Müsahibələr zamanı alimlərimiz tərəfindən sözügedən AES-də meydana gələcək hər hansı bir qəzanın miqyası və fəsadları haqqında ətraflı və elm tutumlu məlumatlar verilib.


 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.