RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[14.04.2022]

İnstitutun gənc alimi İctimai Radioda çıxış edib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunun kiçik elmi işçisi, “Radioizotop Tarixləndirmə” laboratoriyasının əməkdaşı Aybəniz Əhədova İctimai Radionun “Can Azərbaycan” proqramında iştirak edib.

Proqramda AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin elmi işçisi Aslan Qasımovla birlikdə iştirak edən A.Əhədova “Qobustan qayaüstü təsvirlərin xronologiyasının dəqiq dövrləşmə metodları ilə müəyyən edilməsi” adlı qrant layihəsi haqqında məlumat verib.

Sözügedən layihə əsasında qayaüstü təsvirlərin öyrənilməsi tarixində ilk dəfə olaraq təsvirlərin yaşının arxeoloji konteksdən asılı olmadan, dəqiq dövrləşdirmə metodları ilə birbaşa müəyyən edilməsi prossesindən bəhs edən A.Əhədova, həmçinin Qobustanın əsas düşərgə və abidələrini, müxtəlif motivləri və onların variantlarını əhatə edən, müasir və dəqiq dövrləşdirmə metodlarına əsaslanaraq xronoloji cədvəlin yaradılmasının vacibliyini də diqqətə çatdırıb.


 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.