RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[31.05.2022]

İnstitutda magistr dissertasiya işinin ilkin müzakirəsi keçirilib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunda magistr dissertasiya işinin ilkin müzakirəsi keçirilib.

Tədbirdə magistr – Məmmədova Aytən Şahlar qızının “Radiasiya materialşünaslığı” ixtisası üzrə “Məsaməli polietilentereftalat əsasında alınmış PETF/CdS nanokompozitlərinin elektrik xassələrinə qamma şüalanmanın təsiri” mövzusunda dissertasiya işi müzakirə edilib.

Müzakirədə iddiaçının, elmi rəhbərin və rəyçilərin çıxışları nəzərə alınaraq dissertasiyanın aktuallığı, elmi və praktiki əhəmiyyəti vurğulanıb və əsas müdafiə üçün İxtisaslaşdırılmış Müdafiə Şurasına təqdim olunması və qəbul edilən rəylərin təsdiq edilməsi qərara alınıb.


 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.