RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[30.09.2022]

İnstitut alimlərinin həmmüəllifi olduğu məqalə yüksək impakt faktorlu jurnalda dərc edilib

30.09.2022

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunun “İonnlaşdırıcı Şüa qeydediciləri” laboratoriyasının əməkdaşlarının da iştirakı ilə hazırlanmış məqalə yüksək impakt faktorlu Nature Scientific Reports jurnalında dərc edilib.

Qeyd edək ki, “LaBr3(Ce) kristallı və yeni hazırlanmış MAPD-3NM-II fotosensorunun qamma şüalarını aşkarlanma performansı” adlı məqalə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Milli Nüvə Tədqiqatları Mərkəzinin, Çexiya Qərbi Bohemiya Universitetinin Elektrik Mühəndisliyi fakültəsi, Çexiya Texniki Universitetinin Eksperimental və Tətbiqi Fizika İnstitutunun da birgə əməkdaşlığı çərçivəsində əldə etdiyi nəticələr əsaında hazırlanıb.


 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.