RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[18.11.2022]

Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutunda 2022-ci il üzrə laboratoriyaların hesabat iclasları keçirilib

Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutunda 2022-ci il 15-18 noyabr tarixlərində İnstitut Elmi Şurasının iclaslarında, il ərzində aparılmış elmi-tədqiqat işlərinin yekunlarına həsr olunmuş laboratoriya və şöbələrin hesabatları keçirilmişdir.

İclasda çıxış edən İnstitutun Baş direktoru, AMEA-nın müxbir üzvü, professor İslam Mustafayev iclas iştirakçılarını Gündəlikdəki məsələlərlə tanış edərək, Elmi Şura iclaslarının növbəti günlərdə də mütamadi olaraq keçiriləcəyi və hər gün dörd laboratoriyanın hesabatının dinləniləcəyi haqqında məlumat verdi. İ.Mustafayev, 2022-ci hesabat ilində İnstitut laboratoriyaları və əməkdaşlarının ümumilikdə səmərəli fəaliyyət göstərdiyini qeyd edərək, hesabatların da geniş, dolğun və elmtutumlu olacağına inandığını bildirdi.

Daha sonra laboratoriya və şöbələrin hesabatları başlanıldı.


 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.